Məhkəmə qərarları › İş №2(041)-1376/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1376/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1376/2024 01.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlu sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı İddiaçı QİZİ Cavabdeh MANSİROVA AYGÜN SALEH iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı QİZİ cavabdeh MANSİROVA AYGÜN SALEH qarşı tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı QİZİ cavabdeh MANSİROVA AYGÜN SALEH qarşı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, məhkəmənin hazırlıq iclasından sonra cavabdeh MANSİROVA AYGÜN SALEH tərəfindən verilmiş və iş materiallarına əlavə olunmuş sənədlərin surətinə əsasən müəyyən olunmuşdur ki, o,ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdeh MANSİROVA AYGÜN SALEH ünvanı Abşeron rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Abşeron rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı QİZİ cavabdeh MANSİROVA AYGÜN SALEH qarşı tələbinə dair 2(004)-1376 /2024 saylı mülki iş aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar