Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1387/2024 26.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi Vəkil Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və X2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulan maddi zərərə görə cavabdehlərdən 2880 manat, 50 manat dövlət rüsumu və vəkilə yardım üçün ödənilmiş 500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhərində hərəkətdə olarkən cavabdeh X4 idarə etdiyi VAZ 2105 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 60 km/saat sürətlə hərəkət edərkən Kürdəmir şəhəri istiqamətində öz yolunda üfüqi nişanlama xəttinin tələblərini pozaraq qarşı zolaqda ona sarı hərəkət edən “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili buraxmadan qarşısına çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Kürdəmir DYPB tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul olunmuş və Vaz 21053 markalı ** CH *** dövblət qeydiyyat nişanlı avtomobili hadisə zamanı idarə edən Cavabdeh1 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə 80 manat miqdarında cərimə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya vurulan ziyan ödənilməmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat pul ödənilmiş, yerdə qalan 2880 manat ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobili ilə İddiaçı məxsus avtomobilin toqquşması nəticəsində İddiaçı məxsus avtomobilə maddi zərər dəyşmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq iddiaçıya 5000 manat sığorta ödənişi edilmiş, lakin iddiaçı sığorta ödənişini almasına baxmayaraq yenidən ondan əlavə pul tələb edir. Cavabdeh izahatının sonunda iddianın təmn edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh X3 təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş: - Gəncə şəhər avtoservis müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 7880 manat ziyan dəymişdir. - Kürdəmir rayon DYPB-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə VAZ 2105 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 AR İXM-nin 327.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat cərimə olunmuşdur. İş materiallarına eyni zamanda yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin Kürdəmir rayon polis şöbəsində verdikləri izahatların surətləri, avtomobillərin texniki sənədlərinin surətləri, avtomobillərin fotoşəkilləri və digər sənədlər əlavə edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-1387/2024 saylı qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı mülkiyyətində olan, “Hyundai Acsent” markalı ** DU *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməklə, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş maddi ziyanın məbləği müəyyən edilsin. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6622 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu iləı iş materiallarında olan “Gəncə avtomibil sevis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2014-cü il buraxılışlı, tünd boz metallik rəngli “Hyundai Accent minik” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdaki kimi müəyyən edilir: 1) dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6650 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 4650 manat, təmir bərpa işlərinin qiyməti 2000 manat, 2) dəyişiləmli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5535,07 manat o, cümlədən: dəyişilməli hissələrin qiyməti 3535.07 manat, təmir bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə X4 idarə etdiyi VAZ 2105 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçı tərəf Gəncə şəhər avtoservis müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsaslanaraq “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 7880 manat ziyan dəydiyini iddia etsə də, Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6622 saylı ekspert rəyi ilə dəyişiləmli hissələrin qiymətinə aşınma tətbiq edilməklə avtomobilə dəymiş ziyan 5535,07 manat müəyyən edilmişdir. İşdə tərəflərin verdikləri izahata görə, yol verilən yol-nəqliyyat hadisəsinə görə “Hyundai Acsent” markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulan maddi zərərə görə 5000 manat sığorta ödənişi edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, VAZ 2105 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X2 məxsus olsa da, yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədildiyindən və hər ikisi avtomobildə olduğuna görə iddia tələbi üzrə cavabdeh qismində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki iş üzrə də iddiaçıya məxsus avtomobilə dəymiş ziyanla bağlı ekspert rəyi əsas sübut kimi qəbul edilməli və sığorta ödənişi nəzərə alınmaqla həmin məbləğ daxilində (5535,07-5000=535.07 manat) iddia təmin edilməlidir. İşdə olan ödəniş qəbzinə görə iddiaçı hazırki iddia tələbinə görə 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 20 manatı cavabdehlərə aid edilir. İddia ərizəsində vəkilə yardım üçün ödənilmiş 500 manat məbləğində pulun tutulması tələb edilsə də. bununla bağlı heç bir sübut işə əlavə edilməmiş və eləcə də, məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 535.07 manat maddi ziyan tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və X1 535.07 (beş yüz otuz beş manat 07 qəpik) manat dəymiş ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1387/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1387/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver