Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1393/2024 29.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə rəsmi nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdiriblər. Birgə nikahlarından üç uşaqları xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 anadan olmuşdur.Onlar hazırda ayrı yaşayırlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və həmin qətnaməyə əsasən xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 onun himayəsində saxlanılmışdır. Himayəsində olan üç az yaşlı uşağın saxlanması üçün cavabdehdən ümumilikdə 400 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən ümumilikdə 400 manat məbləğində alimentlə uşaqlarını saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan üç nəfər az yaşlı uşağının saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan üç nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki İddiaçı ilə evlənib ailə quraraq nikahlarını xx.xx.2015-ci il tarixdə qeyd etdirmişlər. İddiaçı ilə birgə nikahlarından üç uşaqları xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 anadan olmuşdur. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulub. Həmin qətnaməyə əsasən üç az yaşlı uşaqları cavabdehin himayəsində saxlanılmaqla ondan ümumilikdə 400 manat alınıb iddiaçıya verilməsi qət olunmuşdur. Hazırda o, ailə qurub, bir uşağda var və xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 analarının himayəsindən alınıb onun himayəsinə verilməsi ilə bağlı Kürdəmir rayon məhkəməsinin icraatında mülki iş var. Həmin mülki işlə bağlı rəy verilməsi üçün Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müvafiq qərar göndərilib. O, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatında aparıcı məsləhətçi-X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu vəzifəsində işləyir, aidiyyəti tutulmalardan sonra 915 manat aylıq əmək haqqı alır. O, aldığı əmək haqqından 400 manat aliment ödəyir və qalan pula isə ailəsini dolapndırmaqda çətinlik çəkir. Ona görə də idia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE№11350341 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE№11350466 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA2235345 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə Arzu adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçının himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün Cavabdeh ümumilikdə 400 məbləğində aliment tutularaq İddiaçı verilməsi qət olunub. İş materiallarına əlavə olunmuş Kürdəmir Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-56/2-849/2024 saylı arayışdan görünür ki, Məmmədov X7 Rayon İcra Hakimiyyəti Başçısı Aparatında aparıcı məsləhətçi-X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu vəzifəsində işləyir, aidiyyəti üzrə köçürülmələrdən sonra qalıq 915,67 manat əmək haqqı alır. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdiriblər. Birgə nikahlarından üç uşaqları xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 anadan olmuşdur.Onlar hazırda ayrı yaşayırlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və həmin qətnaməyə əsasən xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 onun himayəsində saxlanılmışdır. Himayəsində olan üç az yaşlı uşağın saxlanması üçün cavabdehdən ümumilikdə 400 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən ümumilikdə 400 manat məbləğində alimentlə uşaqlarını saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan üç nəfər az yaşlı uşağının saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan üç nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh 400 manatdan artıq məbləğdə aliment ödəməyə maddi imkanı olmadığı üçün və hazırda uşaq tələbi ilə bağlı məhkəmənin icraatında mülki iş olduğundan iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Zəhra, Ayan və Arzu adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq ona verilməsini tələb etmişdir. Cavabdeh özü məhkəməyə iş yeri və əmək haqqı barədə arayış təqdim etmiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən üç uşağa görə iddiaçıya ödənilən ümumilikdə 400 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Zəhra, Ayan və Arzu adlı uşaqlarının saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 75 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-886/2023 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dəniləcək illik alimentin həcminə görə 75 (yetmiş beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1393/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1393/2024
29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver