Məhkəmə qərarları › İş №2(041)-1409/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1409/2023

01.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1409/2023 01.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, tərəflərin iştirakı olmadan, İddiaçılar X2, İddiaçı4, X1, İddiaçı5 Rəfail qızının və İddiaçı2 Rəfail oğlunun cavabdehlər Cavabdeh1 İsbəndiyar oğluna və Cavabdeh2 qarşı cavabdehlərin onlara məxsus pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar X4, İddiaçı4, X3, İddiaçı5 Rəfail qızı və İddiaçı2 Rəfail oğlu cavabdehlər Cavabdeh1 İsbəndiyar oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 2.62 hektar pay torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması və pay torpaq sahəsindən istifadələrinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci il maddəsinin tələblərinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılarkən müəyyən edildi ki, iddiaçı 100 manat dövlət rüsumu ödənilməli olduğu halda, 10 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar X2,İddiaçı4, X1, İddiaçı5 Rəfail qızının və İddiaçı2 Rəfail oğlunun cavabdehlər Cavabdeh1 İsbəndiyar oğluna və Cavabdeh2 qarşı cavabdehlərin onlara məxsus pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar