Məhkəmə qərarları › İş №2(041)-1430/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1430/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1430/2024 05.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc pu tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 6300 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış 2746 manat olmaqla cəmi 9046 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh 2021-ci ilin iyul ayına kimi 7000 manat məbləğində borc verib. Aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən Nurlan bildirmişdir ki, avqust ayında anasının adına kredit götürüb qaytaracaqdır. Bu məbləğdən cavabdeh 700 manat geri qaytarıb. Ancaq qalan borcu indiyə kimi qaytarmayıb. Aralarında yaranmış mübahisə ilə bağlı Kürdəmir rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarında da cavabdeh ondan bu borcu aldığını etiray edib. Borcun verilməsində\n xeyli müddət keçməsinə baxmayaraq bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hələdə pulunu ona geri qaytarmayıb. Cavabdeh ondan götürdüyü borcu öz istəyi ilə geri qaytarmaq istəmir. Odur ki, borcun qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozub, ona görə də həm borclu olduğu məbləği qaytarmalı, həm də mənə vurduğu ziyanı ödəməlidir. Ona görə də Cavabdeh oğlundan 6300 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış 2746 manat olmaqla cəmi 9046 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Cavabdeh Kürdəmir rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, İddiaçı 7000 manat borc pul alıb və maddi imkanı olmadığı üçün həmin pulu ona qaytara bilməyib. Həmin borcdan 200 manat qaytarıb. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının və habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh 2021-ci ilin iyul ayına kimi 7000 manat məbləğində borc verib. Aralarında bağlanmış şifahi borc müqaviləsinə əsasən Nurlan bildirmişdir ki, avqust ayında anasının adına kredit götürüb qaytaracaqdır. Bu məbləğdən cavabdeh 700 manat geri qaytarıb. Ancaq qalan borcu indiyə kimi qaytarmayıb. Aralarında yaranmış mübahisə ilə bağlı Kürdəmir rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Kürdəmir rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarında da cavabdeh ondan bu borcu aldığını etiray edib. Borcun verilməsində\n xeyli müddət keçməsinə baxmayaraq bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh hələdə pulunu ona geri qaytarmayıb. Cavabdeh ondan götürdüyü borcu öz istəyi ilə geri qaytarmaq istəmir. Odur ki, borcun qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozub, ona görə də həm borclu olduğu məbləği qaytarmalı, həm də mənə vurduğu ziyanı ödəməlidir. Ona görə də Cavabdeh oğlundan 6300 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış 2746 manat olmaqla cəmi 9046 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X2 Cavabdeh 6300 manat borc məğləğinin, borcun gecikdirilməsinə görə 2746 manat faiz əlavəsi olmaqla cəmi 9046 manat məbləğində pul tələb etsə də iddiaçı ilə cavabdehin arasında bununla bağlı heç bir müqavilə tərtib edilməmiş, həmçinin iddiaçı borcun gecikdirilməsinə görə 2746 manat məbləğində faizlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı müraciəti ilə əlaqədar Kürdəmir rayon Polis şöbəsində araşdırma aparılarkən Cavabdeh iddiaçıdan 7000 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh oğlundan 6300 manat və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə 83 manat olmaqla cəmi 6383 manat alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 6300 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 83 manat olmaqla, cəmi 6383 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar