Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1457/2024 05.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh X7 iştirakı ilə İddiaçı cavabdeh X10 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X11 ilə birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq cavabdeh X3 pul məbləğində 235 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, cavabdeh X11 ilə evlənib ailə qurmaqla aralarında 2018-ci tl tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2020-ci il tarixdə X12 anadan olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah ləğv olunub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 saylı qətnaməsinə əsasən himayəsində olan bir az yaşlı uşağın saxlanması üçün bir uşaq üçün cavabdeh X6 150 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən 150 manat məbləğində alimentlə uşaqlarımı saxlaya bilmir, çox çətinlik çəkir və uşağın gündəlik artan təlabatlarını qarşılaya bilmir. Özü heç bir yerdə işləmir, valideynlərinin himayəsində yaşayr. Ona və uşağına valideyinləri baxır. Cavabdeh uşağına baxmır, əvvəlki alimentini vaxtı-vaxtında ödəmir. Bu səbəbdən də himayəsində olan bir nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdeh X4 pul məbləğində hər bir uşağa 235 manat alimentin alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsinə əsasən himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2020ci il tarixdə X1 üçün hər ay bir uşağa görə cavabdeh X4 pul məbləğində 235 manat aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 iddia tələbini qəbul etməyərək göstərdi ki İddiaçı ilə evlənib ailə quraraq aralarında rəsmi nikah qeyd etdirmişlər. İddiaçı ilə birgə nikahlarından bir uşaqları xx.xx.2020-ci il tarixdə X12 anadan olmuşdur. İddiaçı ilə ər-arvad bir yerdə yaşasalarda, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulub və həmin qətnaməyə əsasən himayəsində olan bir az yaşlı uşağın saxlanması üçün ondan 150 manat aliment alınıb iddiaçıya verilməsi qət olunmuşdur. Haxzırda o bir uşağa görə iddiaçıya 150 manat aliment ödəyir. O, heç bir yerdə işləmir, onun 150 manat məbləğində alimentdən yüksək iddiaçıya aliment ödəməyə maddi imkanı yoxdur. Maddi imkanı olmadığı üçün məhkəmənin qətnaməsi ilə ona təyin olunmuş 150 manat məbləğində alimenti vaxtı-vaxtında ödəyə bilmir. Ona görə də idia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AA4770594 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Nuray adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçının himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X2 üçün cavabdeh X5 hər ay bir uşağa görə 150 manat aliment tutulub İddiaçı verilməsi qət olunub. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı cavabdeh X11 ilə evlənib ailə qurmaqla aralarında 2018-ci tl tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2020-ci il tarixdə X12 anadan olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah ləğv olunub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 saylı qətnaməsinə əsasən himayəsində olan bir az yaşlı uşağın saxlanması üçün bir uşaq üçün cavabdeh X6 150 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən 150 manat məbləğində alimentlə uşaqlarımı saxlaya bilmir, çox çətinlik çəkir və uşağın gündəlik artan təlabatlarını qarşılaya bilmir. Özü heç bir yerdə işləmir, valideynlərinin himayəsində yaşayr. Ona və uşağına valideyinləri baxır. Cavabdeh uşağına baxmır, əvvəlki alimentini vaxtı-vaxtında ödəmir. Bu səbəbdən də himayəsində olan bir nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdeh X4 pul məbləğində hər bir uşağa 235 manat alimentin alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsinə əsasən himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2020ci il tarixdə X1 üçün hər ay bir uşağa görə cavabdeh X4 pul məbləğində 235 manat aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X11 bir uşağa 235 manat aliment ödəməyə maddi imkanının olmadığını bildirib iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Nuray adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay bir uşağa görə 235 manat məbləğində aliment tələb etsədə o, cavabdehin maddi və əmlak vəziyyəti barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən bir uşağa görə iddiaçıya ödənilən 150 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Nuray adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il il təvəllüdlü Nurayın yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X6 hər ay hər bir uşağa görə 200 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Y.M.Nuriyevdən ödəniləcək illik alimentin həcminə görə 44 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-685/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə cavabdeh X7 birgə nikahlarından xx.xx.2020-ci il il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X6 hər ay hər bir uşağa görə 200 manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. X6 dəniləcək illik alimentin həcminə görə 44 (qırx dörd) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1457/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1457/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver