Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1492/2024 22.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 2000 manat, 200 manat məbləğində ödənilmiş hüquqi xidmətə görə və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2250 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qohumudur. Maddi vəziyyəti ağır olduğuna görə İlqar ondan 2000 manat məbləğində borc pul istəmiş və o, Kürdəmir rayonunun Şirvan qəsəbəsində cavabdehin öz evində gəlini X1 və oğlu X3 yanında İlqara əvvəlcə 1500 manat, bir neçə gündən sonra isə 500 manat-cəmi 2000 manat məbləğində borca pul vermişdir. Lakin cavabdeh bu günə kimi pulu qaytarmamışdır. O, müxtəlif bəhanələrlə pulun qaytarmaqdan yayınmışdır. Sonuncu dəfə ərizə ilə Kürdəmir rayon Polis Şöbəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçı X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı onun qızının keçmiş qayınanasıdır. Qızı ilə iddiaçının oğlu onun qızı ilə ailə həyatı qurub. Qızına toy edərkən iddiaçı qohum kimi adət-ənənəyə uyğun olaraq maddi yardım edib. Lakin iddiaçı ona pul verməyib. Artıq qızı ilə cavabdehin oğlunun münasibətləri pozulduğundan iddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət edib. Hesab edir ki, iddiaçının iddia tələblərini heç bir əsası yoxdur. İddianın rədd edilməsini xahiş etdi. İşdə olan xx.xx.2024-cü il tarixli M-84xx/xx/2024 nömrəli Kürdəmir rayon Polis Şöbəsi tərəfindən verilmiş məktubda göstərilir ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Polis Şöbəsinə etdiyi müraciət əməkdaşlar tərəfindən araşdırılmış, araşdırma zamanı Cavabdeh izahat alınmış və onunla profilaktiki söhbətlər aparılmış və müraciətində göstərilən xüsusatlarla bağlı iddiası üzrə mülki iddia qaydasında aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə tərəflərin izahatını, işin hallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə ümuimilikdə 2000 manat pul verdiyini, Cavabdeh isə iddiaçı tərəfindən ona pul verilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası heç bir sübuta əsaslanmadığından, əsassız olduğuna görə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-1492/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1492/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver