Məhkəmə qərarları › İş №2(041)-15/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-15/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-15/2023 03.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına və sair tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 800 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli KRLMB-09479 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditn ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəlikləinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 622,51 manat əsas, faiz borcuna görə 45,84 manat, cərimə borcuna görə 74,64 manat, borcun cəmi məbləği 742,99 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları, 1 ədəd boyunbağı lenta (qırıq) çəkisi 11,2 qram, əyarı 583, 1 ədəd bəzək üzüyü qırmızı qaş çəkisi 4,3 qram, əyarı 583 olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tartəhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Kürdəmir filialına saxlanca verilmişdir. Ona görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə kreditə görə 622,51 manat əsas, faiz borcuna görə 45,84 manat, cərimə borcuna görə 74,64 manat, borcun cəmi məbləği 742,99 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd boyunbağı lenta (qırıq) çəkisi 11,2 qram, əyarı 583, 1 ədəd bəzək üzüyü qırmızı qaş çəkisi 4,3 qram, əyarı 583 olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh 1 ədəd boyunbağı lenta (qırıq) çəkisi 11,2 qram, əyarı 583, 1 ədəd bəzək üzüyü qırmızı qaş çəkisi 4,3 qram, əyarı 583 olan qızıl-zinət əşyaları Cavabdeh xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə 622,51 manat əsas, faiz borcuna görə 45,84 manat, cərimə borcuna görə 74,64 manat, borcun cəmi məbləği 742,99 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-nə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə teleqram göndərib mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 28 faizlə 800 manat kredit verilmişdir. İş materiallarına əsasən olunmuş Saxlanc girovu haqqında xx.xx.2022-ci il tarixli, KRLMB- 09479 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə KRLMB-09479 nömrəli Saxlanc girovu haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh girov qəbul edilmiş 1 ədəd boyunbağı lenta (qırıq) çəkisi 11,2 qram, əyarı 583, 1 ədəd bəzək üzüyü qırmızı qaş çəkisi 4,3 qram, əyarı 583 olan qızıl əşyaları 1320 manat məbləğində qiymətləndirilmiş və İddiaçı ASC-nin Kürdəmir filialının kassasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-7697 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, KRLMB-09479 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə kimi İddiaçı ASC-nə 622,51 manat əsas, 45,84 manat faiz borcu, 74,64 manat cərimə borcu, cəmi 742,99 manat borcu qalmışdır. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Kürdəmir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KRLMB- 09479 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 800 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli KRLMB-09479 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditn ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəlikləinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 622,51 manat əsas, faiz borcuna görə 45,84 manat, cərimə borcuna görə 74,64 manat, borcun cəmi məbləği 742,99 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları, 1 ədəd boyunbağı lenta (qırıq) çəkisi 11,2 qram, əyarı 583, 1 ədəd bəzək üzüyü qırmızı qaş çəkisi 4,3 qram, əyarı 583 olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tartəhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Kürdəmir filialına saxlanca verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddənin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və satılmadığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə kreditə görə 622,51 manat əsas, faiz borcuna görə 45,84 manat, cərimə borcunpa görə 74,64 manat, borcun cəmi məbləği 742,99 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulmalı, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd boyunbağı lenta (qırıq) çəkisi 11,2 qram, əyarı 583, 1 ədəd bəzək üzüyü qırmızı qaş çəkisi 4,3 qram, əyarı 583 olan qızıl əşyalarına yönəldilməli, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 742,99 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul ödənilməli, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin.

1. Cavabdeh xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə kreditə görə 622,51 manat əsas, faiz borcuna görə 45,84 manat, cərimə borcuna görə 74,64 manat, borcun cəmi məbləği 742,99 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun.

2. Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd boyunbağı lenta (qırıq) çəkisi 11,2 qram, əyarı 583, 1 ədəd bəzək üzüyü qırmızı qaş çəkisi 4,3 qram, əyarı 583 olan qızıl əşyalarına yönəldilsi.

3. Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə 622,51 manat əsas, faiz borcuna görə 45,84 manat, cərimə borcuna görə 74,64 manat, borcun cəmi məbləği 742,99 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ASC-yə ödənilsin.

4. Girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli, KRLMB-09479 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar