Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1514/2024 29.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1600 manat və ödənilmiş 36 manat dövlət rüsumu olmaqla ümumilikdə 1636 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər tanımamış, 2022-ci ilin oktyabr ayında tanış olmuş, münasibətləri normal olmuş, ədavətləri olmamış, özünə və oğlu Turala iş axtararkən tanışlardan iş yeri soraqlamış, həmin ərəfədə Elşad mobil telefon nömrəsinə zəng vuraraq Kürdəmir Su İdarəsinə 03 nəfər işçi lazım olduğunu demiş, bununla bağlı 2022-ci ilin oktyabr ayının sonlarında Kürdəmir suvarma sistemləri idarəsinin yaxınlığında Elşadla görüşmüş, bacısı oğlu X3 da yanında olmuş, Elşad işə düzəltmək üçün hər bir nəfərə 3000 manat pul vermək lazım olduğunu demiş və pul verildikdən 35 gün sonra işin düzələcəyini demişdir. Söhbət zamanı onu, oğlu Turalı və qohumu Anarı işə düzəltməsi üçün Elşada 7600 manat pul verəcəyi baradə razılaşmış, 2022-ci ilin oktyabr ayının sonlarında Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ərazisində Elşadın kirayədə yaşadığı evin yaxınlığında Elşadla görüşüb ona 3 nəfər, yəni özünü, oğlu Turalı və qohumu Anarı işə düzəltməsi 7200 manat pul vermiş, təxminən bir həftə sonra eyni yerdə qalan 7600 manat pulun qalan 400 manat hissəsini də vermişdir. Elşadın vəd verdiyi vaxt tamam olsa da iş düzəlmədiyi üçün Elşada zəng vuraraq iş barəsində soruşduqda Elşad işin hələ ki alınmadığını, pulu qaytaracağını demiş, Elşad aldığı pulun bir hissəsini qaytarsa da 1600 manat hissəsini qaytarmayaraq onu aldadıb dələduzluq cinayəti törətmiş, o və digər zərərçəkmiş şəxslərin şikayəti əsasında Cavabdeh qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə gödərilmişdir. Həmin işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə baxılaraq, onun cinayət əməli məhkəmə araşdırılması zamanı da təsdiq edilərək 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona isə borcla bağlı mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, heç bir yerdə işləmir, cavabdeh tanışıdır. 2022-ci ilin oktyabr ayında Yaşar özünü, oğlu Turalı və bacısı oğlu Anarı işə düzəltmək istədiyini demiş, Yaşara özünü, Turalı və Anarı Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəldə biləcəyini demiş, söhbət edib Yaşarla özünü, oğlunu və qohumunu 7600 manat pula işə düzəldəcəyi barədə razılaşmış və 2022-ci ilin oktyabr ayının sonlarında Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ərazisində kirayədə yaşadığı evin yaxınlığında Yaşardan 7200 manat və təxminən bir həftə sonra həmin yerdə 400 manat pul almış, pulları alan zaman bir ay ərzində Yaşarı, Turalı və Anarı işə düzəldəcəyi barədə Yaşara yalandan vəd vermiş, Yaşardan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, Yaşarı, oğlu Turalı və Anarı işə düzəltməyərək onu aldadıb dələduzluq etmişdir. Cavabdeh izahatının sonunda iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-41/2024 nömrəli hökmündən müəyyən olunur ki, İsmayılov X1 sistemləri idarəsində hüquqşünas vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.1975-ci il təvəllüdlü İddiaçı özünü, onun oğlu X5 və bacısı oğlu X2 Kürdəmir suvarma sistemləri idarəsinə işə düzəltmək barədə yalandan vəd verib 2022-ci ilin oktyabr ayının sonlarında Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi ərazisində 7200 manat və təxminən bir həftə sonra eyni yerdə 400 manat olmaqla ümumilikdə vahid niyyətlə 7600 manat pulunu əlbəəl alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-ci il tarixdə daxil olmuş iddia ərizəsində Cavabdeh tərəfindən ona dəymiş ziyanın bir hissəsini qaytarsa da 1600 manat hissəsini qaytarmadığını göstərmişdir. Bu hallar iddiaçının və cavabdehin izahatı, iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(041)-41/2024 saylı hökmü ilə təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdedh öz hərəkətləri ilə iddiaçıya maddi ziyan vurmuş, onun pulun dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin faktlar məhkəmə hökmü ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə tərəflərin izahatlarını, işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh vurduğu ziyana görə 1600 manat pul tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 36 (otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-1514/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1514/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver