Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1522/2023 19.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X2 qarşı yolun açılması, həyətin qanunsuz çəpərlənməsinə qarşı olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı yolun açılması, həyətin qanunsuz çəpərlənməsinə qarşı olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Mahir 1998-ci ildə qanuni sənədlə torpaq sahəsi götürmüşdür. Bu günə kimi cavabdeh Rüstəm Rəsulov nə həyətin yanını çəpərlənməsinə, nədə ki, həyətə keçməyə ona imkan vermir. Rüstəm onun torpaq sahəsinin arxasında 2-3 metr məsafəni zəbt edib onu evinə qoymur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı X1 onun həyətyanı torpaq sahəsinin zəbt etdiyini, ona çəpərinin çəkilməsinə etdiyi maneənin aradan qaldırıılmasını tələb etdiyi halda bununla bağlı iş materiallarına heş bir sənəd əlavə etməmiş, Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iş məhkəmədə baxılmalı olmadığına görə (MPM 261.0.1-ci maddəsi) məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh X2 qarşı yolun açılması, həyətin qanunsuz çəpərlənməsinə qarşı olan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1522/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1522/2023
19.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver