Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1531/2023 17.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 5600 manat pulun, ödədiyi 76.40 manat dövlət rüsumunun, cəmi 5676.40 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh əvvəllər yaxı tanımış və ona borc pul vermişdir. Hər dəfə də Amal onun pulunu geri qaytarmışdır. Sonucu dəfə xx.xx.2021-ci il tarixdə cavabdeh onun yanına gələrk 6000 manat pul lazım olduğunu və həmin pulu 5 ay müddətində qaytaracağına söz vermişdir. İddiaçı cavabdehə 5600 manat borc pul vermişdir. Bu barədə sadə formada yazılmış qəbzi ona təqdim etmişdir. Cavabdehin ona dediyi vaxt gəlib çatdıqda ondan pulunu tələb etmiş, lakin pulunu qaytarmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək iddia tələblərini qəbul etdiyini, cavabdehə həqiqətən 5600 manat borcunun olduğunu, lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir . İşdə olan sadə formada yazılmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5600 manat borc pul aldığını, həmin pulu 5 ay müddətinə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin etirafı qəbul edilməli, Cavabdeh 5600 manat pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı hazirki iddia üzrə 76.40 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5600 (beş min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.40 (yetmiş altı manat 40 qəpik) manat olmaqla, cəmi 5676.40 (beş min altı yüz yetmiş altı manat 40 qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1531/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1531/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver