Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-154/2025 13.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşıa çatanadək saxlanılması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(041)-1379/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilərək sabit pul məbləği ilə hər ay bir uşaq üçün 235 manat miqdarında alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, təyin olunmuş alimentlə uşağı saxlaya bilmir. Minimum əmək haqqı və uşağın yaşayış minimumu artmışdır. Ona görə də bunları nəzərə alıb aliment məbləğinin artırılmasını xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun QƏRARİ “nın 8.4-3-cü maddəsində göstərilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsində təsbit edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İddia ərizəsi və iddiaçının izahatı ilə müəyyən olunur ki, iddianın mahiyəti indeksasiya xarakterlidir. Odur ki, mülki işin icraatına xitam verilməli və iddiaçıya Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1379/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının indeksasiyası barədə ərizə ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçınun Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair 2(041)- 154/2025 saylı mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1379/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının qüvvədə olan minimum əmək haqqının artımına uyğunlaşdırılması və alimentin minimum əmək haqqının misli həddində müəyyənləşdirilməsi üçün qətnamənin icrası qaydasında (aliment miqdarının indeksasiyası barədə) ərizə ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-154/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-154/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver