Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1550/2025 01.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində pulun və 45 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayır. Kürdəmir rayonunda yerləşən mərkəzi xəstəxanada işləyir. Cavabdeh onunla bir yerdə işləyirdi. 27 mart 2023-ci il tarixdə ondan gəlib 2500 manat borc pul istəmiş və o da həmin vaxt lotoreya pulunu aldığı üçün 2500 manat borc pulu Cavabdeh vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən aldığı 2500 manat borc pulu 1 həftəyə qaytarmalı idi. Ancaq bir müddət keçdikdən sonra götürdüyü borc pulu qaytarmamışdır. Həmin pulu verməkdən boyun qaçırır. O da məcbur qalıb Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Aparılan araşdırmada cavabdeh həmin 2500 manat pulu aldığını özü də təsdiq etmişdir. Orada ona Kürdəmir Rayon Məhkəməsinə müraciət etməsini bildirmişlər. O, Vəfa ilə işin məhkəmədən kənar həll olunmasını istəsə də, Vəfa onunla razılaşmamış və o da məcbur olub bu işin məhkəmə müstəvisində həll olunması məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, xeyli müddət olar ki, İddiaçı tanıyır, belə ki, onlar vaxtı ilə bir yerdə işləmiş, ona qarşı heç bir ədavəti olmamışdır. O, İddiaçı yazdığı ərizə ilə tanış olmuş və 2023-cü ilin mart ayında onun pula ehtiyacı olduğu üçün borc almaq üçün Sevincə müraciət etmişdir. Sevinc də ona borc olaraq 2500 manat pul vermişdir. Bu müddət ərzində onun maddi vəziyyəti ağır olduğu üçün İddiaçı olan borcunu qaytara bilməmişdir. Daha sonra o, izahatında göstərmişdir ki, İddiaçı 2500 manat pulu borc almış və sonuncunu aldatmamışdır. Onun maddi imkanı olmadığı üçün vaxtında Sevincə pulu qaytara bilməmişdir. İşin halları odur ki, iddiaçı cavabdehə 2500 manat dəyərində borc pul vermiş, lakin cavabdehin borcunu qaytarmadığını bildirir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarda cavabdeh izahatında iddiaçıdan 2500 manat dəyərində borc pul aldığını, həmin pulu ona qaytarmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan 2500 manat borc aldığını etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında şifahi şəkildə bağlanmış borc müqaviləsi mövcuddur. Cavabdeh iddiaçıdan aldığı pul məbləğini geri qaytarmayıb və bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə 2500 manat pulun tutulması barədə iddiaçının tələbi təmin edilməlidir. Çünki tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır və cavabdeh Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində verdiyi izahatda borc aldığını etiraf etmiş və borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 45 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 45 (qırx beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 45 (qırx beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1550/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1550/2025
01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver