Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-157/2025 17.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, cavabdeh el adəti ilə ailə həyatı qurmuşdur. Yaşadıqları müddətdə 2 ödladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(041)-841/2021 saylı qətnaməsi ilə nikah pozularkən təyin edilmiş alimentin miqdarı dəyişdirilərək bir uşağın saxlanması üçün 130 manat olmaqla, cəmi 260 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Yaşayış minimumu artdığından bir uşağa görə 235 manat olmaqla 470 manat alimentin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdeh 345 manat maaş alır, boşandıqdan sonra yenidən ailə həyatı qurmuşdur və yeni nikahdan bir uşağı vardır, əlavə gəlir yeri yoxdur, odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin hallarından müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 841/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-620/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilmiş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni güvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İddia ərizəsindən və iddiaçının izahatlarından aydın olur ki, iddia minimum əmək haqqı məbləğinin artımına əsaslandığından icra icraatı qaydasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-157/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-157/2025
17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver