Məhkəmə qərarları › İş №2(041)-1586/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1586/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1586/2025 02.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24418 (iyirmi dörd min dörd yüz on səkkiz) manat məbləğində borcun, borcun vaxtında ödənilməməsi səbəbindən ona vurduğu 12057 (on iki min əlli yeddi) manat məbləğində maddi zərərin və məhkəmə üçün ödədiyi 219.43 manat dövlət rüsumunun cəmi 24418+12057+1xx.xx-36674.43 (otuz altı min altı yüz yetmiş dörd manat 43 qəpik) manat pul vəsaitinin Kürdəmir rayonu, Yenikənd kənd sakini Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Yenikənd kənd sakini Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixində bağlanılmış borc müqaviləsi, eyni zamanda Seymurun izahatına əsasən Cavabdeh 24418 (iyirmi dörd min dörd yüz on səkkiz) manat vəsaiti xx.xx.2020-ci il tarixindən başlayaraq ayda ən azı 800 manat, imkan olduqda isə daha çox olmaqla ən geci xx.xx.2022-ci il tarixinədək ona ödəməli idi. Müqavilə bağlanıldığı tarixdən bu günədək 4 il 7 ay 20 gün, muqavilənin son tarixindən bu gunədək 2 il 4 ay 20 gün ötməsinə baxmayaraq Seymur hələ də borcunu ödəməmişdir. Hər dəfə ondan pul istədikdə, “imkanı yoxdur, qazana bilmir” deyə cavab verir. Yuxarıda qeyd olunan iddianın zərər hissəsinin hansı əsasla yazıldığına açıqlama vermək istəyir. Belə ki, Seymur öz izahatında müqavilədə də bildirmişdir ki, Kamrana olan 11000 manat borcun 8500 manatını cəm olaraq, 2500 manatını isə hissələrlə o Seymurun əvəzindən Kamrana odəmişdir. O xalası oğlu Kamrana Seymurun əvəzindən ödədiyi 11000 (on bi min) manat vəsaiti 2019-cu ildə Rabitəbankın Kürdəmir filialından illik 18% (aylıq 1.5%) dərəcəsi ilə kredit götürərək ödəmiş, bu halda Seymur ona 2019-cu ilin avqust ayından bu vaxtadək təkcə 11000 manata göra (11000 x1.5% 165; 165 manat x 70 ay (avqust 2019may 2025-70 ay)) 11550 (on bir min beş yüz əlli) manat maddi zərər vurmuş olur. Borcun 13418 manat olan hissəsinin isə xx.xx.2020-ci il tarixli kredit muqaviləsinin son ödəmə tarixi-xx.xx.2022-ci il tarixində yarandığını nəzərə alsaq, 13418 manat vəsaiti illik 18% dərəcəsi ilə bankdan kredit olaraq götürdükdə, aylıq əlavə ödəniş 13418x1.5%= 201.27 manat edir ki, bunu da xx.xx.2022-ci il tarixindən bu vaxtadək ötən dövrə-39 aya vurduqda 201.27x39= 7850 manat edir. Beləliklə Seymurun ona vurduğu maddi zərəri ən aşağı rəqəmlərlə, yəni, onun faktiki olaraq banklara ödədiyi məbləğlə hesablasa, 2019-cu ilin avqus ayından bu vaxtadək Seymur ona ən azı 11550+7850= 19400, bank xərcləri də daxil olmaqla (götürülən məbləğin 2%-i) 20000 (iyirmi min) manata yaxın vəsait edir. O bu məbləği 2019-cu ilin avqust ayından bu günədək Rabitəbankın Kürdəmir filialına ödəmişdir. Yaxud da, ən yaxşı halda o 11000 manat vəsaiti illik 11% gəlir müqabilində depozit olaraq istənilən ölkədaxili banka yerləşdirsəydi, 6 il ərzində - 11000 X 11% x 6 = 7260 manat; 13418 manat vəsaiti isə xx.xx.2022-ci il tarixindən depozit olaraq istənilən ölkədaxili banka yerləşdirsəydi 3 il 3 ay (39 ay) ərzində-13418 x11%=1476x3il= 4428 manat, 1476.12x3ay=369manat, nəhayət cəmi 7260+4428+369 =12057 (on iki min əlli yeddi) manat gəlir əldə etmiş olardı. Halbuku onun 2019-cu ilin avqust ayından bu günə kimi Rabitəbankın Kürdəmir filialına kredit borcu olmuşdur, yəni depozit qoymağa imkanı olmamışdır. Lakin bütün bunlara baxmayaraq o insaflı davranaraq Cavabdeh ona vurduğu faktiki zərəri, yəni 24418 manat kredit borcuna görə banka ödədiyir 20000 manat zərəri deyil, həmin vəsaiti illik 11% gəlir müqabilində depozit olara istənilən ölkədaxili banka yerləşdirəcəyi təqdirdə qazanacağı gəliri, lakin hazırda itirmiş olduğu gəliri-12057 (on iki min əlli yeddi) manat vəsaiti əlavə olaraq ödəməsini tələb edir. Borcun hansı səbəblərdən yaranması Seymuru yazdığı borc müqaviləsi-İzahatda açıq aşkar yazılmışdır. İzahat Seymurun sözləri ilə onun tərəfindən yazılmışdır, yazıldıqdan sonra ozu oxuyaraq imzalamışdır. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərilən halları təsdiq etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh 24418 manat vəsaiti bir dəfəyə yox, ayrı-ayrı vaxtlarda vermişdir. Verilən pulların bir hissəsi qohumu Kamrana aid olmuş, cavabdeh Kamrana olan 45000 manat borcunu ödəyə bilmədiyi üçün həmin borcu da öz üzərinə götürmüş, cavabdehin 05 aprel 2021-ci il tarixli yazılı müraciətində həmin pulu 3 il müddətinə, hər ay 500 manat ödəmklə üzərinə öhdəlik götürmüşdür. Tələb etdiyi 24418 manat pulu da xx.xx.2022-ci ilə kimi ödəyəcəyi barədə xx.xx.2020-ci il tarixli yazılı iltizamı işə əlavə edilmişdir. Cavabdehin üzərinə götürdüyü öhdəliyini icra etməməsi səbəbindən 12057 manat ona maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı teleqrammada üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb dəlil və sübutları nəzərə alaraq iddianınn təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan, - Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixdə öz imzaları ilə təsdiq etdikləri sadə yazılı izahatlarında, Cavabdeh “Ford Tranzit” markalı yük maşınını (**-BK-***) son müddət 05 aprel 2024-cü il tarix olmaqla 3 il ərzində ödəmək şərti ilə 20000 min manata satmış. Seymurun ona əvvəldən 25000 (iyirmi beş min) manat borcu olmuşdur. Beləliklə, cəmi 25000+20000=45000 manat ona verilməlidir. Həmin vəsaiti Cavabdeh 3 il ərzində ayda ən azı 500 manat və imkanı olduğu halda daha çox ödəməyi öhdəsinə götürmüşdür. - Kürdəmir rayonu Yenikənd kənd sakini Cavabdeh 05 apel 2021-ci il tarixli öz imzası ilə təsdiq etdiyi ərizəsində göstərilmişdir ki, 2019-cu ilin mart ayında Kürdəmir şəhər sakini İddiaçı xahiş etmiş ki, xalası oğlu Cəbrayılov Kamranın istixanada yetişdirdiyi pomidoru satmaq üçün ona şərait yaratsın. Elçin onun xahişini yerə salmayaraq yanında birbaşa xalası oğlu Kamrana telefonla zəng vuraraq olduğu yeri soruşmuş. Sonra onlar görüşüb söhbətləşmiş, Kamran onu tanımadığı üçün xalası oğlu İddiaçı zamin olacağı halda ona Lökbatandakı “Meyvəli Bazarına” çıxarıb topdan satmaq üçün pomidor verəcəyini bildirmişdir. Beləliklə, o istixanadan pomidor daşıyıb bazarda satmağa başlamış. Təxminən bir ay müddətində o bazara pomidor aparmış , apardığı pomidorları satdıqdan sonra onun Kamrana 45000(qırx beş min) manat borcu yaranmışdır. Kamran həmin pulu ondan tələb etmiş. O 45000 (qırx beş min) manat pulu özünün şəxsi ehtiyaclarının olduğu üçün malı satıb ehtiyaclarına yönəltmişdir. Kamran pulu tələb etdiyi üçün o Elçindən xahiş etmiş ki, ona pulu ödəməyə vaxt verməsini Kamrandan xahiş etsin. Elçin xalası oğlu Kamrandan vaxt istəsə də, razılaşmamış. Beləliklə, o həmin pulu bugünədək Elçin Kamrana ödəmişdir. Onun hal-hazırda İddiaçı 45000 (qırx beş min) manat borcu vardır. Bu borcu 5 aprel 2021-ci il tarixindən etibarən ayda ən azı 500 manat və imkanı olduğu halda 3 il müddətinə, yəni, 5 aprel 2024-cü il tarixinədək ödəməyi barədə söz verir və öhdəlik götürür. Götürdüyü öhdəliyi vaxtında yerinə yetirməyəcəyi halda Azərbaycan Respublikası qanunları ilə məsuliyyət daşıdığını dərk edir və tam məsuliyyəti ilə buna hazırdır. -xx.xx.2020-ci il tarixli öz aralarında tərtib etdikləri “borc müqaviləsi” izahatdan görünür ki, Kürdəmir rayonu Yenikənd kənd sakini Cavabdeh (s/v AA 0574008, FİN 1WN65P7) bu izahatı ilə həqiqətən təsdiq edir ki, 2019-cu ilin fevral ayında Kurdəmır rayon Atakişili kənd sakini X1 ıstıxanada yetişdirdikləri pomidorları sezon muddətində alıb “Meyvəli bazar”da satmaq üçün Kamranın xalası oğlu, İddiaçı xahiş etdim ki, bu barədə Kamranla danışsın. İddiaçı onun sözünü yerə salmayaraq xalası oğlu Kamran Cəbrayılovla onu bir yerdə görüşdürdü və bu barədə üçü birlikdə danışıb sövdələşmişlər. Belə ki sövdələşməyə əsasən Kamran, xalası oğlu Elçin zamın olacağı təqdirdə istixanada pomidor yetişdikcə mənə satmaq üçün verəcəyinə söz verdi, o da öz növbəsində malı aparıb «Meyvalı Bazarda qiyməti Kamranla razılaşdırılmaq şərtilə ümumi bazar qiymətinə satdıqdan sonra əldə etdiyi vəsaiti gətirib Kamrana verəcəyinə söz vermiş. Onların ticarətində İddiaçı heç bir maddi marağı olmamışdır, şəxsən o satışdan əldə etdiyi vəsaitdən və ya qazancından 1(bir) manat da Elçinə verməmişdir. O, onların aralarında sadəcə tanışlıq yaradıb və gələcəkdə hər hansı formada mübahisənın yaranmaması üçün zamın olub. Sezonun sonunda apardığı malın bir hissəsini nisyə satdığı üçün malın pulundan Kamrana 11000 (on bir min manat) borcum qalmışdır. Kamran qalıq pulunu tələb etdiyi üçün və onun həmin pulu odəməyə imkanı olmadığı səbəbindən İddiaçı 2019-cu ilin avqust ayında 8500(səkkiz mın beş yüz) manat vəsaiti nəğd şəkildə Kamrana odəmişdir. Qalan iki min beş yuz manatı isə hissə hissə ödəyəcəyi barədə öhdəlik götürərək bu günədək odəmişdır. Beləliklə, o həmin 11000 (on bir min manat) vəsaiti İddiaçı borcludur. Əlavə olaraq bildirir ki, o yenidən bazarda işləmək ve borcunu qaytarmaq üçün əlində maya etmək məqsədi ilə "xxxx" ASC-nin Kürdəmir filialından 10000(on min) məbləğində lombard krediti götürmüşdür. Kredit götürən zaman Bank ondan götürəcəyi kreditin müqabilində qızıl təminatı bərabər bir nəfərin də ona zamin durmasını tələb etmişdir. Bu zaman o İddiaçı zamin durmasını xahiş etmiş. O da öz növbəsində ona kömək etmək məqsədilə zamin durmağa razılıq vermişdir. Krediti götürdükdən sonra onun bank qarşısında 24 ay ərzində aylıq 559,13 manat ödəməklə 10000(on min) manat əsas borcu və 3418 manat faiz borcunu ödəmə öhdəliyi yaranmışdır. 2020-ci ilin mart ayından etibarən pandemiya ilə əlaqədar olaraq ölkədə sərt İşləyib pul qazana karantin rejimi tətbiq olunduğu üçün bilməmiş və bu səbəbdən də bankın pulunu ödəyə bilməmişdir. İddiaçı kreditin ödənilməsinə zamin olduğu üçün, bank pulun ödənilməsini ondan tələb etmişdir. O da bu gündən etibarən bank qarşısında olan öndəliyi vaxtlı vaxtında banka ödəniləcəyinə söz vermişdir. Beləliklə onların arasındakı ikitərəfli qarşılıqlı razılaşmaya əsasən o banka borclu olduğu 13418(on üç min dörd yüz on səkkiz) manat vəsaiti və Elçinə olan(Kamrana ödədiyi) 11000(on bir min) manat, ümumilikdə cəmi 24418(iyirmi dörd min dörd yüz on səkkiz) manat borcu İddiaçı olan borcu kimi qəbul edir və həmin borcu xx.xx.2020-ci il tarixdən etibarən ayda ən azı 800(səkkiz) yüz manat, imkan olduqda isə daha çox olmaqla ən geci xx.xx.2022-ci il tarixədək tam şəkildə İddiaçı ödəməyi öz öhdəmə götürür. Bildirir ki, Qarşılıqlı razılaşmanın şərtını pozacağı halda etdiyi hərəkətin etibardan sui istifadə va dələduzluq kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Qanunları ilə məsuliyyət daşımağa hazırdır. - İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2025.2025-ci il tarixli bildirişdə borc məbləğinin ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı hazırki iddiasında 24418 manat məbləğində borcun, borcun vaxtında ödənilməməsi səbəbindən ona vurduğu 12057 manat məbləğində maddi zərərin və məhkəmə üçün ödədiyi 219.43 manat dövlət rüsumunun, cəmi 36674.43 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. İddia tələbinin hüquqi əsasını borc müqaviləsi və mahiyyətinə görə əsassız varlanma təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. -742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. - 742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər. - 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. - 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İşin araşdıran hallarından məlum olur ki, cavabdehin üçüncü şəxsə (X2) olan borcunu iddiaçı öz üzərinə götürmüş və notarial qaydada təsdiq edilməli olduğu halda, öz aralarında bağladıqları “borc müqaviləsi” ilə münasibətlərini rəsmiləşdirmişlər. İddia edilən tələblər qanunvericiliyin tələb etdiyi qaydada rəsmiləşdirilərdisə, iddiaçı cavabdehdən özgə vəsaitindən istifadə üçün faizlərdə daxil olmaqla zərərin əvəzini ödəməyi tələb edə bilərdi. Hazırki vəziyyətdə tərəflər arasında yaranmış münasibətləri təsdiq edən əsaslar kimi hüquq müəyyənedici sənədlər yox, sadə yazılı qeydlər təşkil edir. Həmin yazılı əqdlər də anlaqlı şəxslər arasında bağlandığı üçün iş üzrə sübut kimi qəbul edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Məhkəmə işin qeyd edilən prizmasından yanaşaraq tərəflər arasında bağlanmış və hazırki işin sübutetmə yükünü daşıyan həmin yazışmaları nəzərə alaraq, əsas bor hissəsində iddianın təmin edilməsini qanuna müvafiq və hər iki tərəfin mənafeyinə uyğun hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 24418 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı 219.43 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 161.45 manatı cavabdehə, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 24418 (iyirmi dörd min dörd yüz on səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 161.45 (bir yüz altmış bir manat 45 qəpik) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar