Məhkəmə qərarları › İş №2(041)-159/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-159/2023

18.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-159/2023 18.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 Cavabdeh qarşı cavabdehin onlara məxsus pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 iddia ərizəsi ilə məhkməyə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 5,24 hektar pay torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və pay torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş iddiaçı X4 vəsatətinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla qərardadın surəti Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyi xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-243/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10/71586 nömrəli ekspert rəyi isə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7158 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Muradxan kəndində yaşayır. Onların birgə mülkiyyətlərinə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 nömrəli qərarı ilə 5,24 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara JN-245 nömrəli Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onlara verilən gündən etibarən özləri istifadə etmişlər. Lakin bir il olar ki, cavabdeh həmin torpaq sahəsinin 3,30 hektarını zəbt edib həmin torpaqdan istifadə etmələrinə maneçilik törədərək həmin ərazidə əkin əkib və ətrafını qazdırıb. O, özlərinə məxsus torpaq sahəsinə əkin əkmək üçün traktor salıb şumlatmaq istəyərkən Cavabdeh onlara maneçilik yaradıb torpaq sahəsinin onu məxsus olmasını bildirdi. Buna görə aralarında mübahisə yaranmış və torpaq sahəsinə Daşınmaz Əmlakdan nümayəndə dəvət etmişlər. Nümayəndə onların iştirakı ilə texniki vasitəsi ilə torpaq sahəsinə baxıb həmin torpaq sahəsinin onlara məxsus olmasını bildirmiş, lakin cavabdeh öz əməlini davam etdirib torpan sahəsindən istifadə etmələrinə maneçilik törədərək torpaq sahəsindən çıxmaq istəmir. Buvnunla bağlı İcra nümayəndəliyinə və bələdiyyəyə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə mülkiyyətlərinə verilmiş 5,24 hektar pay torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması və pay torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat veridlməsinə baxmayaraq onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş həmin iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayavraq, o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0245 KOD 90614018 nömrəli Dövlət aktının surətindən görünür ki, X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Kürdəmir rayonu Muradxan kəndi ərazisindən 5,24 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 2. Elektron bazada təqdim olunan, AzCad məlumatlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 verilmiş 5,24 hektar torpaq sahəsinin 3,42 ha (faktiki 3,26) və 1,82 ha hissəsinin kordinatları müəyyən olunmuşdur. 3. Baxış zamanı cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 8,69 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 verilmiş 5,24 hektar torpaq sahəsinin 3,83 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,9366 ha torpaq sahəsinə hazırlanmış **********62 reyestr nömrəli çıxarış elektron bazada təqdim olunan AZCad məlumatlarında mübahisəli ərazidən cənubda göstərilsə də, kordinat sürüşməsi ilə cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 8,69 ha torpaq sahəsinin 2,63 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7158 nömrəli Ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-243/2023 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 verilmiş 5,24 hektar torpaq sahəsinin 3,83 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən Baxış zamanı cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 8,69 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 verilmiş 5,24 hektar torpaq sahəsinin 3,83 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,9366 ha torpaq sahəsinə hazırlanmış **********62 reyestr nömrəli çıxarış elektron bazada təqdim olunan AZCad məlumatlarında mübahisəli ərazidən cənubda göstərilsə də, kordinat sürüşməsi ilə cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 8,69 ha torpaq sahəsinin 2,63 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, Rəhimova X3 rayonunun Muradxan kəndində yaşayırlar. Onların birgə mülkiyyətlərinə Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 nömrəli qərarı ilə 5,24 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə onlara JN-245 nömrəli Dövlət aktı verilmişdir. Torpaq sahəsi onlara verilən gündən etibarən özləri istifadə etmişlər. Lakin bir il olar ki, cavabdeh həmin torpaq sahəsinin 3,30 hektarını zəbt edib həmin torpaqdan istifadə etmələrinə maneçilik törədərək həmin ərazidə əkin əkib və ətrafını qazdırıb. İddiaçılar özlərinə məxsus torpaq sahəsində əkin əkmək üçün traktor salıb şumlatmaq istəyərkən Cavabdeh onlara maneçilik yaradıb torpaq sahəsinin özjünə məxsus olmasını bildirdiyinə görə aralarında mübahisə yaranmış və torpaq sahəsinə Daşınmaz Əmlakdan nümayəndə dəvət etmişlər. Nümayəndə onların iştirakı ilə texniki vasitəsi ilə torpaq sahəsinə baxıb həmin torpaq sahəsinin onlara məxsus olmasını bildirmiş, lakin cavabdeh öz əməlini davam etdirib torpan sahəsindən istifadə etmələrinə maneçilik törədərək torpaq sahəsindən çıxmaq istəmir. Bununla bağlı İcra nümayəndəliyinə və bələdiyyəyə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, Kürdəmir rayonu Muradxan kəndi ərazisində yerləşən 5,24 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların birgə mülkiyyətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 2. Elektron bazada təqdim olunan, AzCad məlumatlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 verilmiş 5,24 hektar torpaq sahəsinin 3,42 ha (faktiki 3,26) və 1,82 ha hissəsinin kordinatları müəyyən olunmuşdur. Həmçinin baxış zamanı cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 8,69 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 verilmiş 5,24 hektar torpaq sahəsinin 3,83 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7158 nömrəli Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-243/2023 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 verilmiş 5,24 hektar torpaq sahəsinin 3,83 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən Baxış zamanı cavabdehin naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 8,69 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 verilmiş 5,24 hektar torpaq sahəsinin 3,83 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq müəyyən etmişdir ki, Kürdəmir rayonu Muradxan kəndi ərazisində yerləşən 5,24 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 birgə mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin 3,83 ha hissəsi hazırda cavabdeh tərəfindən qanunsuz zəbt edilərək istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İş üzrə aparılmış ekspertiza xərcləri cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 birgə mülkiyyətində olan Kürdəmir rayonu Muradxan kəndi ərazisində yerləşən 5,24 hektar ölçüdə kənd təsəprrüfatı təyinatlı torpaq sahəsinin 3,83 ha hissəsindən məcburi qaydada çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6 birgə mülkiyyətində olan Kürdəmir rayonu Muradxan kəndi ərazisində yerləşən 5,24 hektar ölçüdə kənd təsəprrüfatı təyinatlı torpaq sahəsinin 3,83 ha hissəsindən məcburi qaydada çıxarılsın və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ƏlCavabdeh Rçəhbər oğlundan 50 (əlli) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar