Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-16/2025 17.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 “zəbt olunmuş əmlakın boşaldılması və maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq onlara məxsus Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yerləşən 0.5671 ha, 0.1784 ha və 1.779 ha ölçüdə olan Cavabdeh2 tərəfindən zəbt edilmiş 1 ha torpaq sahəsi barədə, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, zəbt edilmiş 1 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq onlara geri verilməsi, cavabdehin 1998-ci il tarixdən bu günə kimi onlara məxsus torpaq sahəsinin 1 ha olan hissəsindən istifadə etdiyinə görə illik icarə haqları müəyyən edilməklə hesablanmış pul məbləğinin cavabdehdən tutularaq onlara ödənilməsini, cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə yaradılmış süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yerləşən 0.5671 ha ölçüdə olan torpaq sahəsi, **********92 reyestr nömrəli və xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı1 xüsusi mülkiyyətindədir. Həmçinin, Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yerləşən 0.1784 ha ölçüdə olan torpaq sahəsi, **********38 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış və Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yerləşən 1.779 ha ölçüdə olan torpaq sahəsi, **********37 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ümumi birgə payı ilə onun xüsusi mülkiyyətindədir. Yuxarıda qeyd edilən torpaq sahələri üzrə iddiaçılara məxsus ümumilikdə 2.5245 ha torpaq sahəsinin 1 ha olan hissəsi xx.xx.1998-ci il tarixdən, yəni Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 06 nömrəli qərarı ilə verilmiş pay torpaqları bölündüyü andan bəri iddiaçılara məxsus torpaq sahələrinin qonşuluğunda pay torpağı olan Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Həmçinin cavabdeh iddiaçılara məxsus torpaq sahələrində nar bağı salmış və müəyyən qazıntı işləri aparmaqla torpaq sahəsini istifadəyə yararsız hala gətirmişdir. Beləliklə onların şəxsi mülklərində istifadə hüquqları 1998-ci il tarixdən halhazıradək məhdudlaşdırılmışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsələr də, müraciətləri nəticəsiz qalmışdır. Hətta cavabdeh ilə ərazinin GPS məlumatlarının çıxarılmasına dair yaxın vaxtlarda razılığa gəlsələr də o, bu razılığa da əməl etməmişdir. Hesab edir ki, mülkiyyət sənədləri əsasında onlara məxsus olduğu sübuta yetirilən torpaq sahəsində cavabdehin illərdir davam edən qanunsuz hərəkətlərinə son qoyulmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılaraq onlara geri verilməlidir. Həmçinin cavabdehin 1998-ci il tarixdən bu günə onlara məxsus torpaq sahəsinin 1 ha olan hissəsindən istifadə etdiyinə görə məhkəmə ekspertizası təyin edilməklə illik icarə haqları müəyyən edilməli və həmin məbləğdə cavabdehdən tutularaq onlara ödənilməlidir. Cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə yaradılmış süni maneələr də aradan qaldırılmalıdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Verilmiş ekspert rəyi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildirdi ki, hər hansı zəbt etmə faktı yoxdur. Ekspert rəyi düzgündür. Hal-hazırda Cavabdeh2 istifadə etdiyi torpağın sərhədləri X19 Komissiyasının 17 iyul 1998-ci il tarixli 06 nömrəli qərarı ilə onun adına JN:503, KOD-90600038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilməklə müəyyənləşdirilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında nümayəndəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğunda rədd edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023cü il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, İddiaçı2 xüsusi mülkiyyətinə (ümumi birgə mülkiyyətinə) Kürdəmir rayonu, Sığırlı kəndində 1.779 ha torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, İddiaçı2 xüsusi mülkiyyətinə (ümumi birgə mülkiyyətinə) Kürdəmir rayonu, Sığırlı kəndində 0.1784 ha torpaq sahəsi verilmişdir. İşdə olan 06 sentyabr 1999-cu il tarixli 490 nömrə ilə qeydə alınmış JN:501 KOD- 90600038 torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1998-ci il tarixli 06 nömrəli qərarı ilə 1.96 ha torpaq sahəsi X4, X11, X5, X9, İddiaçı2 və X1 verilmişdir. İşdə olan 06 sentyabr 1999-cu il tarixli 491 nömrə ilə qeydə alınmış JN:502 KOD- 90600038 torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1998-ci il tarixli 06 nömrəli qərarı ilə 0,57 ha torpaq sahəsi İddiaçı1 verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, İddiaçı1 xüsusi mülkiyyətinə Kürdəmir rayonu, Sığırlı kəndində 0.5671 ha torpaq sahəsi verilmişdir. İşdə olan 06 sentyabr 1999-cu il tarixli 492 nömrə ilə qeydə alınmış JN:503 KOD- 90600038 torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Kürdəmir Rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1998-ci il tarixli 06 nömrəli qərarı ilə 3,41 ha torpaq sahəsi Cavabdeh2, X6, X12, X10, X8, X3 verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətinə (ümumi birgə mülkiyyətinə) Kürdəmir rayonu, Sığırlı kəndində 3,4056 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/4965 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-2442/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən **********37 reyestr nömrəli çıxarışla verilmiş 1.779 ha, **********38 nömrəli çıxarışla verilmiş 0.1784 ha və **********92 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0.5671 ha torpaq sahəsi Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçılar İddiaçı1, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən **********37 reyestr nömrəli çıxarışla verilmiş 1.779 ha, **********38 nömrəli çıxarışla verilmiş 0.1784 ha və **********92 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0.5671 ha torpaq sahəsi Cavabdeh2 baxış zamanı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 4.25 ha torpaq sahəsi və Cavabdeh1 faktiki istifadə etdiyini bildirdiyi 8.68 ha torpaq sahələri ilə üst-üstə düşmür. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı1 və Musayev X7 rayonunun Sığırlı kəndində qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən İddiaçı1, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən **********37 reyestr nömrəli çıxarışla 1.779 ha, **********38 nömrəli çıxarışla 0.1784 ha və **********92 reyestr nömrəli çıxarışla 0.5671 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. İddiaçılar onlara məxsus torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edildiyini və yarasız hala salınmasını iddia etmişdir. İş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi **********37 reyestr nömrəli çıxarışla verilmiş 1.779 ha, **********38 nömrəli çıxarışla verilmiş 0.1784 ha və **********92 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 0.5671 ha torpaq sahəsi Cavabdeh2 baxış zamanı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 4.25 ha torpaq sahəsi və Cavabdeh1 faktiki istifadə etdiyini bildirdiyi 8.68 ha torpaq sahələri ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi tədqiq edilmiş sübutlarla, eləcə də ekspertiza rəyi ilə də öz təsdiqini tapmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz olaraq tutulub istifadə edilməsi öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassızdır. Məhkəmə həmçinin, iddiaçıların iddia tələbinin “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, zəbt edilmiş 1 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq onlara geri verilməsi, cavabdehin 1998-ci il tarixdən bu günə kimi onlara məxsus torpaq sahəsinin 1 ha olan hissəsindən istifadə etdiyinə görə illik icarə haqları müəyyən edilməklə hesablanmış pul məbləğinin cavabdehdən tutularaq onlara ödənilməsi, cavabdeh tərəfindən onların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə yaradılmış süni maneələrin aradan qaldırılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmədə iddiaçıların torpaq sahəsinin cavabdehlər tərəfindən tutulması öz təsdiqini tapmadığından iddia tələbi bu hissələrdə də əsassız sayılaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə ekspertiza keçirilmiş, ekspert rəyinin verilməsinə görə çəkilən xərc 100 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli və hazırkı iş üzrə ekspert rəyinin verilməsinə görə çəkilən xərc iddiaçılardan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 “zəbt olunmuş əmlakın boşaldılması və maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-16/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-16/2025
17.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver