Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1602/2023 26.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 manat məbləğində borc pulun və ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2949 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə yaxın tanışı vasitəsilə tanış olub. Cavabdeh ehtiyacı olduğu üçün xx.xx.2022-ci il taruixdə 3000 manat borc pul vermişdir. Cavabdeh həmin vaxt Şəmkir şəhərində yerləşən N saylı hərbi hissədə hərbi qulluqçu işləyib, hazırda da həmin hərbi hissədə işləyir. Cavabdeh həmin pulu 1 ay müddətinə ona geri qaytaracağına söz verib. Cavabdeh öz xətti ilə həmin pulu ondan alması barədə qəbzi təsdiq edib. Cavabdeh ondan götürdyüyü borcdan bu vaxta kimi 100 manat pul qaytarıb. 2900 manat borcu isə geri qaytarmır. Lakin pulunu qaytarmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək iddia tələblərini qəbul etdiyini, cavabdehə həqiqətən borcunun olduğunu, lakin məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir . İşdə olan sadə formada yazılmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3000 manat borc pul aldığını, həmin pulu 1 ay müddətinə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin etirafı qəbul edilməli, Cavabdeh 2900 manat pul alınaraq İddiaçı ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı hazirki iddia üzrə 49 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 (qırx doqquz) manat olmaqla, cəmi 2949 (iki min doqquz yüz qırx doqquz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1602/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1602/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver