Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1603/2025 06.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pulun, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərin ödənilməsi, ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması və Cavabdeh əməllərində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad çıxarılıb araşdırılması üçün prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2024-cü ilin əvvələrindən işlədiyi təmizlik şirkətindən tanıyır. Belə ki, Cavabdeh onun iş yoldaşıdır. Cavabdeh ona maddi sıxıntısının olduğunu bildirərək borc pul istəmişdir. Ona öz kart hesabından cavabdehə məxsus kart hesabına bir neçə ay ərzində müxtəlif məbləğlərdə pullar göndərmişdir. O, cavabdehə bir neçə dəfə də aparatdan pulu nağd şəkildə çıxarıb vermişdir. Hər dəfə ona pulları göndərəndə bildirmişdir ki, pul onun özünə də lazımdır. Cavabdeh borcu qısa müddətə ona qaytaracağına söz vermişdir. Axır vaxtlar ondan pulunu istəyəndə onu uşağı ilə hədələmişdir. Ona qızına yazığının gəlməsini bildirmişdir. Qorxub bu barədə polis orqanlarına müraciət etmişdir. Lakin polisdə izahat verdikdən sonra onlar məktub təqdim edərək bu işlə bağlı məhkəməyə müraciət etməyini bildirmişlər. Cavabdeh onun telefon zənglərinə belə cavab vermir və borcunu könüllü şəkildə ona qaytarmır. O da məcbur olub məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş, sonrakı məhkəmə iclaslarına isə ərizə ilə müraciət edərək, iddia tələblərini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələblərini qəbul etmir. Belə ki, o, hazırda Fövqalədə hallar nazirliyində işləyir. Əvvəllər əmisi oğlunun təmizlik şirkəti olmuş və onun yanında nəzarətçi kimi işləmişdir. Həmin vaxt iddiaçı Aynur da onların yanında işçi kimi işləmişdir. Aynurla münasibətləri o vaxt yaxın olmuşdur. Onlar birlikdə təmizlik şirkəti açaraq işçi işlətmişlər. Müxtəlif vaxtlarda Aynur ona 50 manat, 100 manat, 90 manat olmaqla xırda-xırda işçilərə vermək üçün pullar atmışdır. Atılan həmin pulları işçiləri işlətmək üçün almışdır. Onlar 30, 20 manata günlük işçilər işlətmişlər. “Whatsapp” yazışmalarında olan Aynurdan aldığı pulları isə işçilər üçün yox, özü üçün almışdır. Sonradan aldığı bütün pulları Aynura qaytarmışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC-nin hesabdan çıxarışdan görünür ki, iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 23:10-da 15 manat, xx.xx.2024-cü il tarixdə saat 21:56-da 70 manat, xx.xx.2024-cü ildə saat 21:02-də 10 manat, xx.xx.2024-cü ildə saat 19:38-də 100 manat, xx.xx.2024-cü ildə saat 12:21-də 100 manat, xx.xx.2024-cü ildə saat 18:54-də 50 manat, xx.xx.2024-cü ildə saat 21:00-da 50 manat, xx.xx.2024-cü il tarixdə saat 18:53-də 90 manat, xx.xx.2024-cü il tarixdə saat 00:24-də 10 manat, xx.xx.2024-cü ildə saat 20:53-də 10 manat, xx.xx.2024-cü il tarixdə saat 17:29-da 5 manat, xx.xx.2024-cü ildə saat 22:04-də 5 manat, xx.xx.2024-cü ildə saat 19:48-də 20 manat, xx.xx.2024-cü ildə saat 11:04-də 10 manat, xx.xx.2024-cü ildə saat 19:47-də 10 manat və xx.xx.2024-cü il tarixdə isə 610 manat pul göndərmişdir. İş materiallarında olan karta köçürmələrdən görünür ki, iddiaçı Cavabdeh xx.xx.2024cü il tarixdə saat 23:50-də 100 manat, xx.xx.2024-cü il tarixdə saat 15:15-də 10 manat, xx.xx.2024-cü il tarixdə saat 17:29-da 5 manat pul göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-54-2/2-H-6712/24 nömrəli İddiaçı ünvanladığı məktubdan görünür ki, araşdırma zamanı toplanmış materialda heç bir cinayət tərkibi aşkar olunmamış və xüsusatlar mülki mübahisə xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşin halları ondan ibarətdir ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda, ayrı-ayrı məbləğlərdə ümumilikdə 2500 manat məbləbğində pul vəsati verdiyini bildirir. Cavabdeh iddiaçının ona həmin məbləğdən az pul verdiyini qəbul etsə də, həmin vəsaitləri sonradan geri qaytardığını bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə pul köçürülməsini təsdiq edən bank sənədləri, ödəniş qəbzləri və elektron küçürmə barədə məlumatlar təqdim edilmişdir. Bu səndlərdən 1280 manat məbləğində pul vəsaitinin məhz iddiaçı tərəfindən cavabdehin adına və ya onun istifadəsində olan hesablara köçürüldüyü təsdiq olunur. Yəni iddiaçının tələb etdiyi 2500 manatın tam məbləği üzrə təqdim etdiyi sübutlar yalnız 1280 manat hissəsini əhatə etdiyindən, qalan məbləğ üzrə iddia sübut olunmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş “whatsapp” yazışmaları ilə də cavabdehin iddiaçıya müraciət edərək ondan müəyyən məbləğdə pul istədiyi və məbləğlərin ona çatdığını etiraf etdiyi aydın görünür. Yazışmaların məzmunu tərəflər arasında pul münasibətlərinin mövcudluğunu və cavabdehin həmin vəsaitləri aldığını sübut edir. Cavabdeh bildirir ki, sonradan həmin məbləğləri iddiaçıya qaytarmışdır. Lakin bu barədə heç bir yazılı və ya digər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər iddia və etirazlarını sübut etməyə borcludurlar. Bu baxımdan vəsaitin geri qaytarılması faktını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləlikə məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçıdan ayrı-ayrı vaxtlarda, ümumilikdə 1280 manat məbləğində pul vəsaiti almış, həmin məbləği geri qaytarmamış, əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı eyni zamanda cavabdehin əməlində cinayət tərkibinin mövcud olduğunu iddia edərək, xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün prokurorluğa göndərilməsini tələb etmişdir. Lakin iş materiallarından aydın olur ki, araşdırma zamanı müvafiq orqanlar tərəfindən hər hansı bir cinayət tərkibi müəyyən edilməmiş və mübahisə mülki xarakter daşıdığına görə məhkəməyə müraciət etməsi iddiaçıya izah edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən konkret zaman çərçivəsində və ya müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsinə dair razılaşma məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə cavabdehdən faizlərin tutulması və cavabehin barəsində xüsusi qərardad qəbul edilməsinə dair iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 32,80 (otuz iki manat səksən qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1280 (min iki yüz səksən) manat və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 32,80 (otuz iki manat səksən qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1280 (min iki yüz səksən) manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 32,80 (otuz iki manat səksən qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1603/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1603/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver