Məhkəmə qərarları › İş №2(041)-1606/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1606/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1606/2025 14.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 10120 (bir min yüz iyirmi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, iddiaçı tanışı Cavabdeh 10000 manat borc verib. Bu məbləğin 8000 manatı başqa şəxslərdən (X2 və X1) götürülmüş, 2000 manatı isə iddiaçının öz pulu olub. Səfadə pulu vəd etdiyi vaxtda qaytarmayıb və işləmədiyini, pulunun olmadığını bildirib. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, hərbi qulluqçu kimi Babaxanı tanımış, xidmətdən tərxis olunandan sonra münasibətləri olmamışdır. Babaxan tərxis olunanadan sonra onun adından istifadə edərək ayrı-ayrı şəxslərdən xidmət yerlərini dəyişmək adı altında onların pullarını ələ keçirməklə dələduzluq etmişdir. Şəxsiyyəti ona məlum olmayan həmin şəxslər işləri düzəlmədiyinə görə pullarını Babaxandan geri tələb etmiş, Babaxan da vəziyyətdən çıxış kimi ona qarşı məhkəmədə iddia qaldırmış və bununla həmin şəxsləri inandırmağa çalışmışdır ki, guya həmin pulları ona vermişdir. İddiaçıla aralarında heç bir borc anlaşması və digər iş birliyi olmamışdır. Cəfərov Babaxanın əməlində cinayət tərkibinin əlamətləri olduğuna görə işə mülki məhkəmə icraatında baxıla bilməz. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçının əməlində dələduzluq cinayətinin əlamətləri olduğuna görə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar