Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-166/2025 14.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 536 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 566 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kürdəmir bazarında telefon aksessuarları və məişət əşyaları satıb ailəsini dolandırır. Cavabdeh çoxdan tanıyır və münasibətləri normal olmuşdur. Dəfələrlə Vüqar onunla ticarət etmiş və həmişə də borcunu vaxtlıvaxtında gətirib qaytarmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə onun yanına gələrək “Redmi Note 11S” markalı mobil telefon istədiyi bildirmiş və hər ay cədvəl üzrə xx.xx.2024cü il tarixədək kreditlə ümumilikdə 603 manat dəyərində “Redmi Note 11S” markalı mobil telefonu Vüqara vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixədə bir aylı 67 manatı ödəmiş və cədvələ imza etmişdir. Bundan sonra vaxtı çatanda ondan şərtləşdiyi kimi ödəniş etməsini xahiş etmiş, lakin ödəniş olmamışdır. Müxtəlif bəhanələrlə qalıq qalan 536 manat pulu vermək istəməmişdir. Bundan sonra o, öz hüquqlarını müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Redmi Note 11S” markalı mobil telefon nisyə almışdır. 1 ay ödəniş etmiş və imza atmışdır. İddiaçıya 536 manat borcunun olduğunu qəbul edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixində 10 aylığa ilkin ödəniş 100 manat olmaqla “Redmi Note 11S” markalı telefon vermiş və Cavabdeh 1 dəfə ödəniş etmiş, lakin 536 manat borcu qalmışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh xəbərdarlıq göndərərək ondan götürdüyü telefona görə borclu qaldığı 536 manat pulu ödəməyini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşdə olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, iddiaçıya 536 manat borcunun olduğunu qəbul etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh iddiaçıdan telefon almasını, bir dəfə ödəniş etdiyini, lakin sonradan aldığı əşyanın ödənişini dayandırdığını etiraf etmiş, öz hərəkətləri ilə iddiaçının pulunu ödəməmişdir. Həmin faktlar ödəniş cədvəlində bir daha təsdiqini tapmışdır. İşin halları odur ki, iddiaçı cavabdehə nisyə mal verdiyini və cavabdehin həmin malların dəyərini ödəmədiyini və hazırda 536 manat borcu olduğunu bildirir. İddia cavabdeh tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan nisyə mal götürdüyünü və 536 manat borcu qaldığını etiraf etmişdir, həmin malların dəyərini ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 536 (beş yüz otuz altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 536 (beş yüz otuz altı) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-166/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-166/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver