Məhkəmə qərarları › İş №2(041)-1674/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1674/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1674/2025 28.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada 600 manat dəyərində 2 ədəd 10 litrlik samovarların, 500 manat dəyərində olan 1 ədəd əl tərəzisinin mis hissələrini, 200 manat dəyərində 1 ədəd mis məcməyinin, 100 manat dəyərində 1 ədəd qədimi mis boşqabın özlərinin, özləri olmadıqda isə onların cəmi dəyəri 1400 manat pulun və dövlət rüsumuna görə ödədiyi 34 manat olmaqla, cəmi 1434 (min dörd yüz otuz dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır. Yaşadığı evdə əsasən misdən hazırlanmış məişət əşyaları saxlayır. Həmin əşyalar rayon səviyyəsində keçirilən bayram şənliklərində qiymətli məişət əşyaları kimi bir neçə dəfə nümayiş etdirilmişdir. 2023-cü ilin yanvar ayının sonlarında bir müddət evdə olmadığından istifadə edən və əvvəllər tanımadığı rayon sakinləri olan cavabdehlər X1 ilə Cavabdeh1l İsmi oğlu həmin ərəfədə yaşadığı evə girərək birinin qiyməti 300 manata olan, 600 manat dəyərində 2 ədəd 10 litrlik samovarları, dəyəri 500 manat olan 1 ədəd əl tərəzisinin mis hissələrini, 200 manat dəyərində 1 ədəd mis məcməyini, 100 manat dəyərində 1 ədəd qədimi mis boşqapbını oğurlamaqla mənə 1400 manat dəyərində maddi ziyan vurmuşlar. Cavabdehlər X1 və Cavabdeh1 onun evinə girməklə tərətdikləri oğurluq əməlinə, həmçinin digər əməllərinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-233/2024 nömrəli hökmünə əsasən cəzalarını almış və onların hər ikisi həbs cəzası çəkirlər. Cavabdehlər X1 və Cavabdeh1 evinə girərək etdikləri oğurluq nəticəsində ona maddi ziyan vurmaqla yanaşı həm də mənəvi ziyan vurmuşlar. Oğurladıqları əntiq əşyalar olan misdən hazırlanmış əşyalarımın özlərini və ya dəyərini onlardan tələb edir. Cavabdehlər X1 və Cavabdeh1 ona vurduqları maddi ziyanı ödəmək istəmədiklərinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, 2023-cü ilin yanvar ayında X1 və Cavabdeh1 tərəfindən evdən ümumi dəyəri 1400 manat olan mis əşyalar oğurlanmışdır. Cavabdehlər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını almış və hazırda həbsdədirlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinin surəti münasibət bildirməsi üçün Cavabdeh1 və Cavabdeh2 cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin cavabdehlər iddia ərizəsinə qarşı heç bir münasibət bildirməmişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . Belə ki, işə əlavə edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1)099)-233/2024 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1 maddələri ilə, Cavabdeh1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb ediliblər. Həmin hökmdə iş üzrə zərərçəkmiş şəxs qismində İddiaçı 1400 manat məbləğində cinayət əməli nəticəsində dəymiş ziyanı təqsirləndirilən şəxslər X1 və Cavabdeh1 mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə ödənilmiş 34 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cinayət əməli nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1400 (bir min dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat tutularaq İddiaçı verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cinayət əməli nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1400 (bir min dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar