Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1690/2023 14.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 4000 manat və ödənilmiş 60,40 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılan müddətdə İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək atası İddiaçı1 tərəfindən Cavabdeh qarşı qaldırdığı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borcu cavabdehə borcu atası versə də, cavabdeh sadə formada yazdığı qəbzdə qalan 4000 manat pulu ona qaytaracağını bildirmişdir. Ona görə də İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə onu iddiaçı kimi əlavə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçının oğlu İddiaçı2la birlikdə işləmiş və oğlu İmrandan borc pul istəmişdir. İmran bu barədə atasına deyəndən sonra iddiaçı oğluna görə cavabdehlə görüşüb onunla borc barədə ətraflı söhbət edəndə cavabdeh bildirib ki, ona təcili pul lazımdı, özüdə oğlu ilə birlikdə işləyir, biri-birisini yaxından tanıyırlar, narahat olnağa dəyməz, ona görə ki, aldığı pulu vaxtında qaytaracaq. İddiaçı da ona inanaraq cavabdehə 10.000 manat borc pul vermiş, cavabdeh isə müxtəlif vaxtlarda 6.000 manatını qaytarmış və qalan hissəsini isə qaytarmamışdır. Ona görə də cavabdehlə aralarında 03.08.22-ci il tarixdə ysazılı şəkildə izahat yazmış ki, qalıq qalan 4.000 manat borcu isə 2023-cü ilin yanvar ayınadək qaytaracaq. Cavabdeh ilə aralarında bağlanan müqaviləyə əsasən cavabdeh 03.08.22-ci il tarixdən başlayaraq hər ay 150-200 manat ödəyəcəyi barədə üzərinə öhtəçilik götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməyib hal-hazıradək 4000 manat puldan heç bir manat da olsun ödəməyib. Ona görə də cavabdehdən 4000 manat və ödənilmiş 60,40 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 ilə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, sadə yazılı formada tərtib edilmiş müqavilədən görünür ki, Cavabdeh - İddiaçı2 yerdə qalan borcunu 4.000 (dörd min manat) hissə-hissə ödəməyə söz verir və göstərilən borcu yanvar ayınbdan gec olmayaraq hər ay 150-200 manat arasında ödəyəcəyinə söz vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı1 oğlu İddiaçı2la birlikdə işləmiş və oğlu İmrandan borc pul istəmişdir. İmran bu barədə atasına deyəndən sonra iddiaçı oğluna görə cavabdehlə görüşüb onunla borc barədə ətraflı söhbət edəndə cavabdeh bildirib ki, ona təcili pul lazımdı, özüdə oğlu ilə birlikdə işləyir, biri-birisini yaxından tanıyırlar, narahat olnağa dəyməz, ona görə ki, aldığı pulu vaxtında qaytaracaq. İddiaçı da ona inanaraq cavabdehə 10.000 manat borc pul vermiş, cavabdeh isə müxtəlif vaxtlarda 6.000 manatını qaytarmış və qalan hissəsini isə qaytarmamışdır. Ona görə də cavabdehlə aralarında 03.08.22-ci il tarixdə yazılı şəkildə izahat yazmış ki, qalıq qalan 4.000 manat borcu isə 2023-cü ilin yanvar ayınadək İddiaçı2 qaytaracağını bildirmişdir. Cavabdeh ilə aralarında bağlanan müqaviləyə əsasən cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150-200 manat ödəyəcəyi barədə üzərinə öhtəçilik götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməyib hal-hazıradək 4.000 manat puldan heç bir manat da olsun ödəməyib. Borclu borcunu qaytarmır, telefonlarına cavab vermir, borcunu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən borc alınan borcu qaytarmaması borc verənin vəziyyətini pisləşdirirsə borc verdiyi pulu dərhal tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 4000 manat pul və 60.40 manat dövlət rüsumu olmaqla, cəmi 4060.40 manat pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı1 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 manat pul və 60.40 manat dövlət rüsumu olmaqla, cəmi 4060.40 manat pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1690/2023
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1690/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver