Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-170/2023 02.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı İbrahimxəlil qızının iştirakı ilə, İddiaçı İbrahimxəlil qızının Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İbrahimxəlil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Mürtülü kənd sakini Cavabdeh borclu qaldığı 1590 manat və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaxından tanıyır. 2014-cü ildə Cavabdeh ona müraciət edərək kredit götürmək istədiyini və ona zamin durmasını xahiş etmişdir. Cavabdehi tanıdığına və inandığına görə ona zamin durmuşdur. Cavabdeh "xxxx" MMC-dən kredit götürmüş və kredit müqaviləsi üzrə cavabdehə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə borcunu ödəmədiyinə görə bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2015-ci il tarixli 2(041)-1861/2015 saylı məhkəmə əmrinə əsasən Cavabdeh və ondan ümumilikdə 1650.78 manat pul və 20 manat dövlət rüsumu tutularaq bankın hesabına ödənilməsi qət olunmuşdur. Bundan sonra iş icra olunması üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsi tərəfindən tutulmalar onun əmək haqqına yönəldilmişdir. Qeyd olunan məbləğ onun əmək haqqından tutulmuşdur. Bundan sonra cavabdehdən tutulan məbləği tələb etmiş, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu geri qaytarmamışdır. İddiaçı İbrahimxəlil qızı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan, xx.xx.2014-cü il tarixli LD/14302/00319 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 40 faiz dərəcəsi ilə 1500 manat kredit verilmişdir. İşdə olan, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı İbrahimxəlil qızı kredit alan Cavabdeh zamin durmuş, onunla kredit müqaviləsi üzrə öhdəliyi öz üzərinə götürmüşdür. İş materiallarında olan, Kürdəmir rayon icra və probasiya şöbəsinin Kürdəmir rayon Mərkəzi Xəstəxanasına ünvanladığı xx.xx.2016-ci il tarixli məktubunda İddiaçı İbrahimxəlil qızının əmək haqqından 20% tutulmalar aparılması üçün Kürdəmir rayon məhkəməsinin 2(041)-1861/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi icra olunması üçün onlara göndərilmişdir. Məhkəmə iddiaçının izahatını, işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən ona borclu qaldığı 1590 manat pulun geri qaytarılmasını tələb edir. İddiasının əsası kimi X1 aylıq tutulmaları barədə icra və probasiya şöbəsindən göndərilmiş məktubu göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1590 manat pu ltutulub İddiaçı İbrahimxəlil qızına ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğuna dövlət rüsumunun əvəzi olaraq 40 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1590 (bir min beş yüz doxsan) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat, cəmi 1630 (bir min altı yüz otuz manat) manat tutularaq İddiaçı İbrahimxəlil qızına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-170/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-170/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver