Məhkəmə qərarları › İş №2(041)-1709/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1709/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1709/2023 19.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X11 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat məbləğində pul, ödənilmiş 38 manat dövlət rüsumu, iddia ərizəsinin tərtibnə görə ödənilmiş 50 manat xidmət haqqı və vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Selen Aslalı ilə iş paltar alış-verişi ilə məğul olmaq qərarına gəlmiş, bu məqsədlə qonşuları Cavabdehba müraciət etmişlər. 2023-cü ilin may ayında Selenle birlikdə Rafiqlə görüşmüşlər. Rafgiq onlara ucuz kargo şirkətləri olduğunu, malları xaricdən ucuz qiymətə gətridiyini bildirmişdir. Onlar birlikdə Dərnəgül qəsəbəsinə gertmiş, Rafiqə ümumilikdə 3000 manat pul vermişdir. Həmin pulun 1800 manatını cavabdeh berri qaytarmış, lskin həmin pulun 1200 manat hissəsini geri qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, kargo şirkəti Rafiqi tanımır, ümumiyyətlə onunla heç bir əlaqəsi yoxdur. Bakı şəhəri Xətai RPİ- 36-cı poliş şöbəsi təhqiqatçı polis baş leytenantı Ramin Ələskərov araşdırma aparmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara qəbul etmişdir. Cavabdeh borcunu eitraf etmiş və 1ona 1200 manat pul borcu olduğunu bildirmişdir. Bütün bunlarla yanaşı cavabdeh bu müddətdə pulunu qaytarmamaqla mənəvi əzab vermiş, əsblərini korlamış, səhhətinə ciddi ziyan vurmuşdur. Hesab edir ki, gösərilən nəzəerə alaraq mənəvi zərər görə 500 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, sadə ağ kağızda yazılmış iltizamdan görünür ki, X6 İddiaçı xx.xx.2023-cü il tarixdə aldığı 2000 manat pulu xx.xx.2023-cü il tarixdə qaytarcağı barədə öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli cinahyət işnin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 Əhgmədovaya 2000 manat pul borcu olduğunu etiraf etmişdir. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin tərtib edilməsinə görə 34 saylı vəkil bürosunun hesabına 50 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Hazırki iş üzrə iddiaçı cavabdehdən verdiyi 1200 manat pulun geri qaytarılmasını tələb edir və iddiasının faktiki əsası və yeganə sübutu kimi cavabdehlə aralarında bağlanmış sadə kağız formasında olan iltizama istinad etmiş və borcun tələb edilməsində iddiaçı haqlıdır. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işguzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsınılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisə yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə görə iddiaçının bununla bağlı mənəvi sarsıntı keçirməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyi üçün iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, cavabdeh X3 1200 manat pul, həmin iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 50 manat xidmət haqqı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə ödənilmiş 38 manat dövlət rüsumunun 6 manatı iddiaçıya, qalan 32 manatı isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 1200 (bir min iki yüz) manat, iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar