Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1713/2023 05.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Qarasaqqal kəndində yaşayan Cavabdeh 2212 ABŞ dolları məbləğində pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabden onun yaxın qohumudur. 1993-cü ildə cavabdeh ondan 3500 ABŞ dolları borc pul almış, 2022-ci ilə kimi 1288 ABŞ dolları geri qaytarmış, 2212 ABŞ dollarını isə 2022-ci lin axırlarına kimi qaytaracağına söz vermişdir. xx.xx.2023-cü il tarixdə Eşqəlinin evinin yanından keçərkən Eşqəlinin arpa satdığını görmüş və pulunu tələb etmişdir. Həmin vaxt Eşqəli ona qarşı kobudluq etmiş, oğlu isə evdən çıxaraq onu hədələmişdir. xx.xx.2023-cü il tarixdə taxıl sahəsinə gedərkən Eşqəlini yolda görmüş ondan pulun nə vaxt geri qaytaracağını soruşmuşdur. Bu vaxt Eşqəli ona yaxınlaşıb onu vurmaq istəmiş, lakin geri çəkildiyi üçün Eşqəlinin yumruğu ona dəyməmişdir. Onun şikayəti əsasında araşdırma aparılmış və Eşqəli 1993-cü ildə ondan 3000 ABŞ dolları borc pul aldığını və həmin borcdan 1288 ABŞ dolları qaytardığını, qalan borcu tezliklə qaytaracağını bildirmişdir. Dəfələrlə pulunu cavabdehdən tələb etməsinə baxmayaraq cavabdeh pulu geri qaytarmır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçını uzun müddətdir ki, tanıyır, münasibətləri normal olmuşdur. 1993-cü ildə nəğd pula ehtiyacı olduğu üçün iddiaçıdan 3000 ABŞ dolları borc pul almış, həmin puldan müxtəlif vaxtlarda 1300 ABŞ dolları qaytarmış, lakin 1700 ABŞ dollarını maddi imkanı olmadığı üçün qaytara bilməmişdir. Hazırda onun iddiaçıya ümumilikdə 1700 ABŞ dolları borcu var. Həmin borcu hissə-hissə ödəyəcəkdir. İşdə olan və iddiaçının iddianın faktiki əsası kimi istinad etdiyi Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı Elçin Əzizov tərəfindən aparılmış, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarın surətindən görünür ki, iddiaçının ərizəsi əsasında cavabdehlə arasında yaranmış borc mübahisələri araşdırılarkən Cavabdeh verdiyi izahatında iddiaçıdan 3000 ABŞ dolları borcunun olduğunu, həmin borcdan 1288 ABŞ dolları qaytardığını bildirmişdir. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Hazırki iş üzrə iddiaçı cavabdehdən 1993-cü ildə verdiyi 3500 ABŞ dollarının ödənilməmiş, 2212 ABŞ dollarının hissəsinin geri qaytarılmasını tələb edir və bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatında iddiaçıdan 3000 ABŞ dolları borc pul aldığını, həmin puldan 1300 ABŞ dolları qaytardığını, hazırda iddiaçıya 1700 ABŞ dolları borcunun olduğunu, maddi imkanı olmadığı üçün həmin pulu ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 1700 ABŞ dolları borc alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ödəniləcək günə manatla məzənnədə 1700 (bir min yeddi yüz) ABŞ dolları alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1713/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1713/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver