Məhkəmə qərarları › İş №2(041)-1725/2024

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1725/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1725/2024 25.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 16000 manat və dövlət rüsumu olaraq ödədiyi 142.20 manat olmaqla, ümumilikdə 16142.20 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya görə cavabdehin ticarət mərkəzlərində elektron siqaretlərin satılması və satışdan əldə edilmiş gəlirin aralarında bölünməsi üçün 2022-ci ilin yay aylarında cavabdehə 7000 manat məbləğində pul, 10400 manat məbləğində «Elif Bar» markalı elektron siqaret verib, o da siqaretləri əldə edərək öz mağazalarına satış üçün paylamışdır. Lakin cavabdeh nəyinki öz vədinə əməl edərək əldə edilmiş qazancı onunla bölmüş, əksinə bu günə kimi, nə 7000 manat məbləğində pul vəsaitini, nədə ki, 1044 manat məbləğində elektron siqaretləri ona geri qaytarmır. Cavabdehin əməlinə hüquqi qiymət verilməsi və ctnayət məsuliyyətinə cəlb edilməsi üçün 2022-ci ilin sonlarında Bakı şəhəri, Nəsimi rayon RPİ-yə ərizə ilə müraciət edib. Bakı şəhəri, Nəsimi rayon RPİ-də aparılan araşdırmanın nəticəsi olaraq tərəflər arasında mübahisənin mülki xarakter daşıması səbəbilə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh Nəsimi rayon RPİ-də verdiyi xx.xx.2022-ci il tarixli izahatında ona 16000 manat borclu olduğunu etiraf etmiş, həmin pulu ona qaytara bilmədiyini və 3-7 ay müddətində 16000 manat pulu işləyib Seymura qaytaracağını bildirmişdir. Ona görə də iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinə düzəliş edərək Cavabdeh 16000 manat və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında cavabdehlər barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh verdiyi izahatdan görünür ki, onun İddiaçı 16000 manat borcu var və həmin məbləğdə pulu işləyib qaytaracağını bildirir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X1 Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya görə cavabdehin ticarət mərkəzlərində elektron siqaretlərin satılması və satışdan əldə edilmiş gəlirin aralarında bölünməsi üçün 2022-ci ilin yay aylarında cavabdehə 7000 manat məbləğində pul, 10400 manat məbləğində «Elif Bar» markalı elektron siqaret verib, o da siqaretləri əldə edərək öz mağazalarına satış üçün paylamışdır. Lakin cavabdeh nəyinki öz vədinə əməl edərək əldə edilmiş qazancı onunla böldü, əksinə bu günə kimi, nə 7000 manat məbləğində pul vəsaitini, nədə ki, 1044 manat məbləğində elektron siqaretləri ona geri qaytarmır. Cavabdehin əməlinə hüquqi qiymət verilməsi və ctnayət məsuliyyətinə cəlb edilməsi üçün 2022-ci ilin sonlarında Bakı şəhəri, Nəsimi rayon RPİ-yə ərizə ilə müraciət edib. Bakı şəhəri, Nəsimi rayon RPİ-də aparılan araşdırmanın nəticəsi olaraq tərəflər arasında mübahisənin mülki xarakter daşıması səbəbilə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh Nəsimi rayon RPİ-ə verdiyi xx.xx.2022-ci il tarixli izahatında ona 16000 manat borclu olduğunu etiraf etmiş, həmin pulu ona qaytara bilmədiyini və 3-7 ay müddətində 16000 manat pulu işləyib Seymura qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 16000 manat və 142.20 manat dövlət rüsumu olmaqla, cəmi 16142.20 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 16000 manat və 142.20 manat dövlət rüsumu olmaqla, cəmi 16142.20 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar