Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1754/2024 27.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2550 manat və ödənilmiş 46 manat dövlət rüsumu olmaqla ümumilikdə 2596 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonu Axtaçı kəndində yaşayan Cavabdeh uzun illərdi tanıyır, əvvəlki münasibətləri normal olmuşdur. O, mal-qara satıb almaqla məşğul olduğundan bir neçə dəfə Əsgərlə mal-qara alverləri olmuşdur. 2023-cü ilin avqust ayında Əsgər ona telefonla zəng edib Sabirabad RMX-da olduğunu, nəvəsi dünyaya gəldiyinə görə 250 manat pula ehtiyacı olduğunu demiş, Əsgərin kart hesabına 250 manat pul göndərmiş, bir müddət sonra yenə də pul lazım olduğuna görə 100 manat da vermişdir. Əsgər həmin ilin noyabr ayında oğluna toy şənliyi keçirəcəyi ilə əlaqədər ət lazım olduğunu toydan sonra onun pullarının hamısını verəcəyini demişdir. Əsgərə inandığına görə Sabirabad rayon sakini tanışı Elman adlı ət kəsənlə söhbət etmiş, 2196 manat dəyərində Elmandan Əsgərə ət alıb vermişdir. Bir neçə dəfə Əsgərdən ümumilikdə 2550 manat pulunu istəsə də Əsgər hər dəfə söz vermiş, lakin ödəməmişdir. 2024-cü il fevral ayında Əsgər məcburən əməkhaqqı kartını ona vermiş, 2 aylıq əməkhaqqını götürəcəyini qalan pulunu verəcəyini bildirmişdir. Lakin Əsgərin adına olan kartı bankomata salıb pul çıxarmaq istəmiş, kartda olan pulun başqa karta yönləndirildiyindən pulu çıxara bilməmişdir. O, bu barədə Sabirabad Rayon Polis Şöbəsinə şikayət ərizə ilə müraciət etmişdir. Müraciəti Sabirabad rayon Polis Şöbəsinin istintaq Bölməsinin müstəntiqi polis baş leytenantı X1 tərəfindən icraata götürülmüş və Cavabdeh izahatı alınmış, 28 aprel 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarında olan izahatında da ona borclu olduğunu etiraf etmişdir. O da bu barədə Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən 2550 manat borcunun olduğunu bildirdi, bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi və iş üzrə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir . Belə ki, cavabdehin məhkəməyə verdiyi izahatında və təqdim etdiyi ərizəsində iddiaçıya 2550 manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin etirafı qəbul edilməli, Cavabdeh 2550 manat pul alınaraq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 46 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2550 (iki min beş yüz əlli) manat pul və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1754/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1754/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver