Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-177/2023 11.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X12 qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 17.02.15-ci il tarixdə Cavabdeh "xxxx"QSC-dən kredit almaq üçün cavabdehin xahişinə əsasən zamin olmuşdur. Cavabdeh aylıq kredit məbləğini vaxtında ödəmədiyi üçün və sonralar ödənişdən tamamilə imtina etdiyi üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qalıq borcun zaminlərdən tutulması haqqında qətnamə qəbul olunmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti versə də onun apellyasiya şikayəti qismən təmin edilmiş və digər zaminlərdən, o cümlədən iddiaçıda daxil olmaqla müştərək qaydada 25970 ABŞ dolları tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Şirvan Ağellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, hər ay iddiaçıdan əmək haqqının 50% Cavabdeh görə "xxxx"ın xeyrinə tutulmuşdur. Beləliklə iddiaçının əmək haqqından 5000 manat pul tutulub "xxxx"QSCnin hesabına köçürülmüşdür. İddiaçının əmək haqqından tam olaraq 5000 (beş min) manat pul tutulandan sonra "xxxx"QSC-yə müraciət etmiş və onun borc hissəsinə düşən pulun tam ödədiyi üçün tələbkar bank tərəfindən iddiaçının zaminliyinə xitam verilmiş və onun bank qarçısında heç bir öhtəliyi qalmamışdır. Bundan sonra Cavabdeh onun əvəzinə banka ödədiyi 5000 manat pulun qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də bir nəticəsi olmamışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 5000 manat əsas borc və məhkəmədə iddia qaldırmaq üçün ödəniş etdiyi 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında X37 oglu iddianı qəbul etməyərək bildirmişdir ki, 18 fevral 2015-ci il tarixdə "xxxx" QSC-yə olan 7.000 manat kredit borcunu bağlayaraq, yenidan hamin Bankin Kurdəmir filialindan, qayını İddiaçıla birlikdə 12.500 manat kredit göturmuşdür. Bir neçə ay keçdikdan sonra Bankdan onlara malumat veriblər ki, ABŞ dollarinin məzənnəsinin yüksəlməsi ilə əlaqadar olaraq, sizin Banka olan borcunuz 25.000 ABŞ dollari ilə hesablanib. Biz pulu gotürməmişdən 100 ABŞ dolları 0,78 manat olmuşdu. Onlar bu pulu vaxtlı-vaxtında ödəmişlər. Bir muddət keçdikdən sonra, yəni 2017-ci ilin iyun ayının 25-də onun qayını İddiaçı və atasi, yəni qaynatası Valeh Xəlafovun sifarişi ilə onlarin əmisi uşağı olan Xələfov Rovşan tərəfindən onlara girova qoyduqları evi yandırmışlar. Sonra onun krediti ödəməyə heç bir imkanı olmamışdı. Ona görə ki, maşınları, ev aşyaları ilə bir yerdə tamamilə yanmışdır. X38 və O, İddiaçı və Alimi atası Valeh Xəlafova dəfələrlə demişdir ki, Bankın pulunu ödəyin. Onlara Bankdan xəbər gəldi ki, pulu ödəməsəniz eviniz satişa çıxarılacaq. O, da fikirləşmiş ki, bu ev yanıb və bu ev necə satılacaq. xx.xx.2022-ci il taridə Məhkəmə olacaqdir. xx.xx.2022-ci il tarixdə X38 xəstəliyi ilə əlaqədar Bakı şəhərində yerləşən xəstəxanaya yerləşdirildi, və xx.xx.2022-ci il tarixdə vafat etdi. X39 adli şəxs onlara zəng edib bildirmiş ki, kredit zaminlərdən tutulacaqdır. Zaminlərin maaşlarından 3 ay tutulduqdan sonra, O, yuxari orqanlara məlumat vermiş ki, götürülən bu kredit qaynı İddiaçıla gotürülüb və onunla bölünüb. Bundan sonra İddiaçı Banka müraciət edərək və Banka 5.000 manat ödəyərək zaminlikdən çıxmışdır. Zaminlərdən digəri X5, Alimin əli ilə 5.000 manat verərək, onu da zaminlikdən çıxarmışdır. O, Banka gedərək, Bank işçisi Rasim adli şəxsdən qalan kreditin məbləğini öyrəndikdə, ona bildirmişdir ki, İddiaçı anası Gülşənin adından 5.000 manat pul ödəyərək, onların Bankda olan girov evlərini öz adına keçirmişdir. O, qaylnı Alimə bildirmişdir ki, krediti tamamilə ödəmisən?. Alim də bildirmişdir ki, krediti tamamilə ödəyərək, girovu anasının adına keçirmişdir. O, Banka yaxınlaşaraq, bu işə aydınlıq gətirilməsini Rasim adli şəxsdən xahiş etmişdir. Rasim ona bildirdi ki, borc bağlanmamışdır. Ona təklif etmiş ki, 15 dekabr 2022-ci ilə qədər 6.500 manat gətirsəniz təmizlik kağızını ala bilərsiniz. O da bildirmiş ki, onun qayını İddiaçı krediti tamamilə bağlamamışdır? Rasim də ona demiş ki, Sizin kreditiniz tarn bağlanmayıb və girovda olan ev də Bank tərəfindən Gülşən Xələfovaya satilib. Bildirir ki, mərhum atasının adında olan ev onun xəbəri olmadan necə satıla bilər?. Ona heç bir məlumat verilmədən "xxxx" QSC-yə girovda olan evini, qaynanası Gülşən Xələfovaya satmişdir. Faktiki olaraq atasının varisi kimi ev anasının adina keçməli idi. Bu günə kimi qaliq kredit borcu qanunsuz olaraq anasının pensiya kartindan 170 manat tutularaq "xxxx" QSC-yə köçürülür. Bütün bunları nəzərə alaraq girovda olan evlərinin onun xəbəri olmadan Bank tərəfindən necə satılmaslnı va bu günədək Banka 18.000 manata qədər pul ödənilmiş, hələ də onların güya Banka 6.500 manat borcu qalmışdır. Cavabdeh göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin İş 2(041)- 1892/2016 nömrəli xx.xx.2016-cı il tarixli, qətnaməsindən görünür ki, İddiaçı,"xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X9, X10, X13, X2, X6, İddiaçı, X3, X14 və X7 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair Kürdəmir rayon məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir və həmin məhkəmənin İş 2(041)-1892/2016 nömrəli xx.xx.2016-cı il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdehlər Cavabdeh, X16, İddiaçı, X17, X20, X18, X5 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli 26L000001833S saylı kredit müqaviləsi üzrə 20829,38 ABŞ dolları əsas əsas borc, 2540,62 ABŞ dolları faiz borcu, 2600 ABŞ dolları cərimə olmaqla, 25970 ABŞ dolları, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Tələb ipoteka predmeti, Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən X17, Cavabdeh, X20, X18 və X2 məxsus 0,09 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş X9 məxsus 2 mərtəbəli, 3 otaqlı, 100.7 kv. metr yaşayış, 118,9 kv.metr yardımçı, 219.6 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsi və fərdi yaşayış evi hərracda satılsın. Onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan 25970 ABŞ dolları borcu, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumu ödənilsin. İpoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi satıldıqdan bir ay sonra cavabdehlər X17, Cavabdeh, X20, X18, X8, X21 və X15 həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılsınlar kimi qəbul edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya məhkəməsinin İş 2(106)-56/2018 nömrəli xx.xx.2018-cı il tarixli, qətnaməsindən görünür ki, Kürdəmir rayon məhkəməsinin iş 2(041)-1892/2016 nömrəli xx.xx.2016-cı il tarixli, qətnaməsindən apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsində xx.xx.2018-ci il tarixdə şikayətə baxılmış və Kürdəmir rayon məhkəməsinin iş 2(041)-1892/2016 nömrəli xx.xx.2016-cı il tarixli, qətnaməsi qismən dəyişdirilərək Cavabdehlər Cavabdeh, X16, İddiaçı, X17, X20, X18, X5 və X1 müştərək qaydada xx.xx.2015-ci il tarixli 26L000001833S saylı kredit müqaviləsi üzrə 20829,38 ABŞ dolları əsas borc, 2540,62 ABŞ dolları faiz borcu, 2600 ABŞ dolları cərimə olmaqla, 25970 ABŞ dolları, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsi hissəsində dəyişdirilərək-Cavabdehlər Cavabdeh, X16, İddiaçı, X17, X20, X18, X5 və X1 müştərək qaydada 20784,09 ABŞ dolları əsas borc, 2540,62 ABŞ dolları faiz borcu və 1186.99 ABŞ dolları cərimə borcu olmaqla cəmi 24511.70 ABŞ dolları kredit borcu (ödəmə günü azərbaycan manatına məzənnə ilə), habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə ödənilən 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin kimi qərara alınmışdır. Sonuncu qətnamə qanuni qüvvəsini almış və göstərilən qaydada icraya yönləndirilmişdir. Kürdəmir rayon məhkəməsinin İş 2(041)-1892/2016 nömrəli xx.xx.2016-cı il tarixli, qətnaməsindən və Şirvan Apellyasiya məhkəməsinin İş 2(106)-56/2018 nömrəli xx.xx.2018-cı il tarixli, həmin hissədə qüvvədə qalan qətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixli 26L000001833S saylı kredit müqaviləsinin təminatı üsulu kimi kredit xətti müqaviləsi üzrə X22, İddiaçı, X17, X20, X18, X5 və X11 arasında zaminlik müqavilələri bağlanmışdır. Və onlar həmin müqavilə üzrə Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşımışlar. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi halı yoxlamaq məqsədilə "xxxx" QSC-yə ödənişlər haqqında məlumat almaq məqsədilə 10 aprel 2023-cü il tarixdə məktub ünvanlamışdır. "xxxx" QSC-nin 4068-nömrəli, xx.xx.2023-cü il tarixli cavabına əlavə edilmiş hesabdan çıxarışın əsli əlavə edilmiş və "xxxx" QSC-yə İddiaçı tərəfindən Cavabdeh hesabına 5000 (beş min) manatın ödənilməsi göstərilmişdir. "xxxx" QSC-nin Baş ofis müştəriləri üzrə X26 tərəfindən İddiaçı 045731 nömrəli, 12891, xx.xx.2022-ci il tarixli, 24 məktubu ilə İddiaçı "xxxx" QSC qarşısında öhtəliyinin mövcud olmaması bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı – X19 mədaxil qəbzindən görünür ki, Xələfov X23 rayon məhkəməsində iddia ərizəsi ilə müraciət etmək üçün 70,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 17.02.15-ci il tarixdə Cavabdeh "xxxx"QSC-dən kredit almaq üçün cavabdehin xahişinə əsasən zamin olmuşdur. Cavabdeh aylıq kredit məbləğini vaxtında ödəmədiyi üçün və sonralar ödənişdən tamamilə imtina etdiyi üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qalıq borcun zaminlərdən tutulması haqqında qətnamə qəbul olunmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti versə də onun apellyasiya şikayəti qismən təmin edilmiş və digər zaminlərdən, o cümlədən iddiaçı da daxil olmaqla müştərək qaydada 25970 ABŞ dolları tutularaq iddiaçı banka ödənilməsi qət edilmişdir. Şirvan Ağellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, hər ay iddiaçıdan əmək haqqının 50% Cavabdeh görə "xxxx"ın xeyrinə tutulmuşdur. Beləliklə iddiaçının əmək haqqından 5000 manat pul tutulub "xxxx"QSC-nin hesabına köçürülmüşdür. İddiaçının əmək haqqından tam olaraq 5000 (beş min) manat pul tutulandan sonra "xxxx"QSC-yə müraciət etmiş və onun borc hissəsinə düşən pulun tam ödədiyi üçün tələbkar bank tərəfindən iddiaçının zaminliyinə xitam verilmiş və onun bank qarçısında heç bir öhtəliyi qalmamışdır. Bundan sonra Cavabdeh onun əvəzinə banka ödədiyi 5000 manat pulun qaytarılmasını tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də bir nəticəsi olmamışdır. İddiaçı Cavabdeh verdiyi pulu ondan tələb etsə də cavabdeh müxtəlif bəhanələr gətirməklə ona olan borcunu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci madəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini təmamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsaən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. Məhkəmə araşdırımaları zamanı və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, borcun yaranması səbəbi məhs iddiaçının - Cavabdeh "xxxx"QSC-yə olan borcunun ödəyə bilməməsi səbəbindən həmin borcun bir hissəsinin iddiaçı (zamin) tərəfindən ödənilməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsiə əsasən Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi İddiaçı Cavabdeh "xxxx"QSC-yə borcu üzrə zamin olmuş, borcun bir hissəsini ödəmiş, hazırda isə haqlı olaraq "xxxx"QSC-yə ödəmiş olduğu pulu və məhkəməyə iddia tələbi ilə müraciət etmək üçün ödənilmiş olduğu dövlət rüsumunu tələb edir. İddiaçı Xələfov X23 rayon məhkəməsində iddia ərizəsi ilə müraciət etmək üçün 70,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70.40 manat olmaqla, cəmi 5070.40 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70.40 manat olmaqla, cəmi 5070.40 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-177/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-177/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver