Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1771/2023 29.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 48 ay müddətinə 11000 manat kredit götürmüşdür. Borcun Təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin sentyabırın 22 dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8682.57 manat əsas borc, 710.4 manat faiz borc və 387.96 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9780.93 manat borcu vardır. X1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 387.96 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 193.98 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə 8682.57 manat əsas borc, 710.4 manat faiz borcu və 387.96 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9780.93 manat və 115.87 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-nə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin Məhkəmə orqanları ilə iş şöbəsinin müdiri Nümayəndə məhkəməyə ərizə göndərib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 əri iş üzrə digər Cavabdeh1 xx.xx.2023-cü il tarixdə öldüyünü bildirib, onun ölüm haqqında şəhadətnaməsini məhkəməyə təqdim etdi. Cavabdeh2 qız iddianı qəbul edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə mərhum əri Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və onunla bağlanmış zaminlik müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 48 ay müddətinə ödəmək şərti ilə11000 manat kredit götürmüşlər. X5 xx.xx.2023-cü il tarixdə xərçəng xəstəliyindən vəfat etdikdən sonra onların maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişlər və hazırda onların banka 8682.57 manat əsas borc, 710.4 manat faiz borcu və 387.96 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9780.93 manat borcu vardır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 12-Z1-1-0-340-22 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 17 faizlə 11000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 12-Z1-1-0-340-22 saylı Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 12-Z1-1-0-340-22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il taixinə 8682.57 manat əsas borc, 710.4 manat faiz borcu və 387.96 manat cərimə borcu olmaqla, cəmi 9780.93 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2023-cü il tarixli, KBD7316 nömrəli xəbərdarlıqdan görünür ki, ona banka olan kredit borcunu ödəmələri barədə xəbərdarlıq edilmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallara əlavə olunmuş xx.xx.2023-cü il tarixli AZ İİ № 309918 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 48 ay müddətinə 11000 manat kredit götürmüşdür. Borcun Təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin sentyabırın 22 dək Cavabdeh1 və və Cavabdeh2 qıznın banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8682.57 manat əsas borc, 710.4 manat faiz bor və 387.96 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9780.93 manat borcları vardır. X1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə banka ümumi cərimə borcu 387.96 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 faizi miqdarında olmaqla, yəni 193.98 manat məbləğində tələb olunur. Xəbərdarlıq olunmasına baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh2 qız iddianı qəbul etdiyini, X5 xx.xx.2023-cü il tarixdə xərçəng xəstəliyindən vəfat etdikdən sonra onların maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilmədiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iş üzrə cavabdeh X2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı ASC ilə X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 12-Z1-1-0-340-22 nömrəli kredit müqaviləsi üzrə borcun təminatı olaraq onun arvadı Cavabdeh2 ilə İddiaçı ASC-nın arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 Bank qarşhısında öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, əsas borclu X2 öldüyünə görə iddia tələbi qismən təmin edilməklə kredit borcu Cavabdeh2 tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə 8682.57 manat əsas borc, 710.4 manat faiz borcu və 387.96 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9780.93 manat və 115,87 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə 8682.57 manat əsas borc, 710.4 manat faiz borcu və 387.96 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9780.93 manat və 115,87 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1771/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1771/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver