Məhkəmə qərarları › İş №2(041)-1779/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1779/2024

24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1779/2024 24.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı və qarşılıqlı iddia ürə cavabdeh İddiaçı, cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddiaya və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı dəymiş ziyan tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanla bağlı Cavabdeh1 7000 manat və Cavabdeh2 7000 manat olmaqla, ümumilikdə 14000 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 10000 manat maddi ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin və qarşılıqlı iddia tələbi üzrə tərəflər ərizə ilə məhkəməyə müraciət edərək, öz aralarında barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə tərəflərin iddiadan imtina barədə ərizələrini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtinası qəbul edilməli və həmin əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtinası qanuna zidd olmadığına və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiadan imtinanın Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələri tərəflərə izah edilməli və ödənilmiş dövlət rüsumları onlara geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İlkin və qarşılıqlı iddia üzrə iddiaçıların iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddiası və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı dəymiş ziyan tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar