Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1786/2023 30.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X4 iştirakı ilə İddiaçı X4 cavabdeh X10 qarşı qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-881/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X8 hər ay sabit pul məbləğində 300 manat alimentin, X7 xəstəliyi ilə bağlı müalicəsinə görə hər ay sabit pul məbləğində 150 manat pulun və ilkin mediasiya sesiyasında ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X11 iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdeh X15 ilə el adəti üzrə evlənib ailə qurmaqla nikahlarını xx.xx.2013-cü il tarixdə qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Günel adlı bir uşaqları olub. Cavabdehlə uzun müddət ər-arvad bir yerdə yaşamaqla 1 uşaqlarının olmasına baxmayaraq, cavabdeh həmişə onu döyüb söyərək işgəncə versə də, xəstə olan qızı Günelə görə cavabdehin ona etdiyi zülmə dözüb gözləmişdir. Son nəticədə cavabdehin ona qarşı etdiyi hərəkətlərə dözə bilmədiyinə görə ondan ayrılmış və aralarında bağlanmış nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-881/2020 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü qızı Günel onun himayəsində saxlanılaraq onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 130 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda onun himayəsində yaşayan qızı Günel xəstə olmaqla onun maddi tələbatı da artmışdır. Cavabdeh isə məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti vaxtında ödəmir və alimentdən başqa da xəstə qızına əlavə heç bir maddi yardım etmir. O, özü də valideynlərinin ona göstərdiyi maddi yardım hesabına maddi təminatlarını çətinliklə ödəyir. Cavabdeh isə Günelin artan tələbatını nəzərə almır və məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimentdən əlavə ona heç bir yardım etmir. Halbu ki, bu bir ata kimi onun birbaşa vəzifəsidir. Qızı Günelin bu günkü maddi təminatı və xəstəliyi ilə bağlı xərcləri demək olarki 400-500 manat miqdarındadır. 2023-cü il üçün uşaqların aylıq minimum yaşayış həddi dövlət tərəfindən 220 manat həddində müəyyən edilmişdir, cavabdeh isə dövlətin uşaqların yaşayış səviyyəsinin daha da yaxşı təmin edilməsinin təmin edilməsi üçün qəbul etdiyi qanuna biganə yanaşaraq öz atalıq vəzifəsini və qızı Günelin qarşısındakı valideynlik borcunu unudaraq onun maddi tələbatı, sağlamlığı, təhsili və digər maddi tələbatını ödəmir və hətda bir ata kimi onunla maraqlanmır. Hesab edir ki, cavabdehin qızı Günelin saxlanması üçün ödədiyi 130 manat aliment hazırki dövrdə onun saxlanması və müalicəsi üçün yetərli olmadığından uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış məbləğinə uyğunlaşdırılmaqla artırılmalıdır. Ona görə də X11 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-881/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X8 hər ay sabit pul məbləğində 300 manat alimentin, X7 xəstəliyi ilə bağlı müalicəsinə görə hər ay sabit pul məbləğində 150 manat pulun və ilkin mediasiya sesiyasında ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmiş, məhkəmənin hazırlıq iclasında cavabdeh Ş.Ə.Dünyamalıyev məhkəməyə ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini və ayda 200 manat aliment ödəməyə maddi imkanının olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş AZ-İİİ 334571 nömrəli, xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 30 iyun 2014-cü il tarixdə Günel adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş 085581 nömrəli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür X3 dərəcçəli əqli gerilik diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)- 881/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, X11 ilə X15 arasında 15 may 2013cü il tarixdə bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X14 anası X4 yanında saxlanılmış və X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabeh X8 hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı X11 cavabdeh X15 ilə el adəti üzrə evlənib ailə qurmaqla nikahlarını xx.xx.2013-cü il tarixdə qeyd etdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Günel adlı bir uşaqları olub. Cavabdehlə uzun müddət ər-arvad bir yerdə yaşamaqla 1 uşaqlarının olmasına baxmayaraq, cavabdeh həmişə onu döyüb söyərək işgəncə versə də, xəstə olan qızı Günelə görə cavabdehin ona etdiyi zülmə dözüb gözləmişdir. Son nəticədə cavabdehin ona qarşı etdiyi hərəkətlərə dözə bilmədiyinə görə ondan ayrılmış və aralarında bağlanmış nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)- 881/2020 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü qızı Günel onun himayəsində saxlanılaraq onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 130 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda iddiaçının himayəsində yaşayan qızı Günel xəstə olmaqla onun maddi tələbatı da artmışdır. Cavabdeh isə məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti vaxtında ödəmir və alimentdən başqa da xəstə qızına əlavə heç bir maddi yardım etmir. O, özü də valideynlərinin ona göstərdiyi maddi yardım hesabına maddi təminatlarını çətinliklə ödəyir. Cavabdeh isə Günelin artan tələbatını nəzərə almır və məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimentdən əlavə ona heç bir yardım etmir. Halbu ki, bu bir ata kimi onun birbaşa vəzifəsidir. Qızı Günelin bu günkü maddi təminatı və xəstəliyi ilə bağlı xərcləri demək olarki 400-500 manat miqdarındadır. Hesab edir ki, cavabdehin qızı Günelin saxlanması üçün ödədiyi 130 manat aliment hazırki dövrdə onun saxlanması və müalicəsi üçün yetərli olmadığından uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış məbləğinə uyğunlaşdırılmaqla artırılmalıdır. Cavabdeh isə məhkəmənin hazırlıq iclasında iddia tələbini qismən qəbul edərək iddiaçıya hər ay 200 manat miqdarında aliment ödəməyə maddi imkanının olduğunu bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X1 Günel Şahmar qızının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X8 hər ay sabit pul məbləğində 300 manat alimentin və X7 xəstəliyi ilə bağlı müalicəsinə görə hər ay sabit pul məbləğində 150 manat pul tələb etsə də o, cavabdehin gəlirləri və qızı Günelin xəstəliyi ilə əlaqədar onun mütəmadi müalicəyə ehtiyacının olması barədə məhkəməyə beh bir sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı X11 Milliön elektron ödəmə sistemi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 50 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən X2 üçün iddiaçı X5 ödənilən 130 manat miqdarında alimentin hazırki şəraitdə uşağın saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-881/2020 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Günel adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-881/2020 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X8 hər ay sabit pul məbləğində 200 manat aliment və 50 manat mediasiy xərci tutularaq X5 verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Ş.Ə.Dünyamalıyevdən ödəniləcək illik alimentin həcminə görə 44 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(041)-881/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı X11 ilə cavabdeh X12 birgə nikahlarından doğulmuş xx.xx.20141-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X8 hər ay sabit pul məbləğində 200 manat aliment tutularaq iddiaçı X5 ödənilsin. İddiaçı X11 tərəfindən mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manat pul cavabdeh X8 tutularaq X5 ödənilsin. X8 ödəniləcək illik alimentin həcminə görə 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1786/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1786/2023
30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver