Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1851/2023 29.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı cavabdehlə 2008-ci ildə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Orxan, xx.xx.2012-ci il tarixdə Ayxan adlı iki uşaqları olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuş və 2016-ci ildə ayrılmışlar. Aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuş və cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı cavabdehdən ayrılandan sonra onun himayəsində yaşamışdır. Sonradan Orxan atası Cavabdeh yanına getmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1118/2022 nömrəli qətnaməsinə əsasən Orxan adlı uşaq cavabdehin himayəsinə verilmiş və hazırda da cavabdehin himayəsində yaşayır. Cavabdeh tərəfindən cüzi miqdarda aliment ödənilir. İddiaçı həmin alimentlə uşağı saxlaya bilmir. Cavabdeh TİR maşını sürməklə ayda 1500 manat əmək haqqı alsa da alimentdən başqa iddiaçıya heç bir yardım etmir. Ona görə də Kürdəmir rayon məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh İddiaçı ilə 2008-ci ildə evlənib ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Orxan, xx.xx.2012-ci il tarixdə Ayxan adlı iki uşaqları olmuşdur. Cavabdehlə iddiaçı bir müddət mehriban yaşayandan sonra ailə münasibətləri pozulmuş və iddiaçı 2016-cı ildə cavabdehdən ayrılmışdır. Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-446/2016 nömrəli qətnaməsinə əsasən onların arasında bağlanmış nikah pozulmuş və birgə nikahlarından olan uşaqların hər ikisi iddiaçının himayəsində saxlanılsa da azyaşlı Orxan adlı uşaq atası ilə birlikdə qalmışdır. Sonradan məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1118/2022 nömrəli qətnaməsinə əsasən Orxan adlı uşaq cavabdehə verilmişdir Hazırda hər iki uşaq cavabdehin himayəsində yaşayır. Bundan başqa cavabdehin özünün başqa nikahdan da iki uşağı var. Cavabdeh Ayxan adlı uşağın saxlanması üçün iddiaçıya aliment ödəyir. Qanunvericiliyin tələbinə görə uşağın biri cavabdehlə birlikdə yaşadığına görə o, aliment ödəməkdən azad olunmalıdır. İddiaçı isə alimentdən imtina etməli olduğu halda, bundan imtina etməmiş, əksinə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda hesab edir ki, iddiaçı da cavabdehin himayəsində saxlanılan uşağa görə cavabdehə aliment ödəməlidir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 219570 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Ayxan adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-446/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2011-ci il tarixdə Kürdəmir rayon İcra Hakimiyyətinin Mollakənd icra nümayəndəliyində 19 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X14 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X15 analarının yanında saxlanılmışvə onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün uşaqların atalarından alınıb analarına verildiyi vaxtdan başlayaraq Kürdəmir rayonunun Mollakənd kəndində yaşayan Cavabdehkn aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq Kürdəmir rayonu Mollakənd kəndində yaşayan X9 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair mülki iş üzrə Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-785/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10 Cavabdeh məcburi qaydada alınaraq İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh İddiaçı qarşı uşağın onun himayəsinə verilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir rayon məhekəməsinin xx.xx.2022-ci il tarpixli, 2(041)-1118/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X11 anası İddiaçı alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2008-ci ildə ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Orxan, xx.xx.2012-ci il tarixdə Ayxan adlı iki uşaqları olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin 16 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən onların birgə nikahlarından doğulmuş uşaqlar İddiaçı himayəsində saxlanılmış və xx.xx.2009-cu il tarixdə anadan olmuş X14 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün uşaqların atalarından alınıb analarına verildiyi vaxtdan başlayaraq Kürdəmir rayonunun Mollakənd kəndində yaşayan Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq Kürdəmir rayonu Mollakənd kəndində yaşayan X9 ödənilməsi qət edilmişdir. Sonradan məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-1118/2022 nömrəli qətnaməsinə əsasən Orxan adlı uşaq cavabdehə verilmişdir. Bundan başqa cavabdehin özünün başqa nikahdan da iki uşağı var. Cavabdeh Ayxan adlı uşağın saxlanması üçün iddiaçıya aliment ödəyir. Cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatından görünür ki, iddiaçı ilə cavabdehimn birgə nikahlarından doğulmuş hər iki uşaq hazırda cavabdehin yanında yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment tələb etsə də, onların birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 Oruz Ağarza oğlunun himayəsində yaşamaqla tərəflər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1851/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1851/2023
29.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver