Məhkəmə qərarları › İş №2(041)-1864/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1864/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1864/2025 07.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X15 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyandan qalan 5000 manat maddi ziyan və dövlət rüsumu olaraq ödədiyi 70 manat olmaqla, ümumilikdə 5070 (beş min yetmiş) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun etibarından sui-istifadə edərək İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon X2 işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək olan müddət ərzində Kürdəmir rayonu Şilyan kəndi ərazisində ondan 9000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-76/2024 saylı hökmü ilə X8 Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona isə borcla bağlı mülki qaydada iddia qaldırmaq huquqları izah olunmuşdur. O dəflərlə ondan və yaxın qohumlarından ona vurduğu ziyandan qalan 5000 manat maddi ziyanı ödəmələrini xahiş etsə də bu günədək qalan 5000 manat ödənilməmiş, ona görə də o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərdiyi halları təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh törətdiyi cinayət əməlinə görə, hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyinə görə məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. İddianın əsası kimi iş materiallarına əlavə edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-76/2024 saylı hökmündən görünür ki, Cavabdeh tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1972-ci il təvəllüdlü X4 etibarından sui- istifadə edərək onu hərbi müəllim kimi işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq 2022-ci ilin avqust ayının sonlarında Kürdəmir rayonunun Şilyan kəndi ərazisində onun 3000 manat pulunu ələ keçirərək zərərçəkmiş Vüqar Rəsulova 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan tanışı X4 vasitəsi ilə Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1970-ci il təvəllüdlü X5 etibarından sui istifadə edərək onun oğlu Nurlan Həbibovu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən «N» saylı hərbi hissəsinə işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq X4 vasitəsi ilə 2023-cü ilin may ayının sonlarında Kürdəmir rayonu Şilyan kəndi ərazisində onun 6000 manat pulu alaraq “Million” və “Mpay” aparatları vasitəsilə ona məxsus “Kapital Bank”a aid **********783925 saylı kart hesabına göndərməklə cəmi 6000 manat pulu ələ keçirərək zərərçəkmiş Qəşəm Həbibova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan tanışı X4 vasitəsi ilə Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1978-ci il təvəllüdlü İddiaçı etibarından sui istifadə edərək onun oğlu Şirin Şirinovu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon X2 işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq X4 vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Kürdəmir rayonu Şilyan kəndi ərazisində ondan 9000 manat pulu alaraq “Million” və “Mpay” aparatı vasitəsilə ona məxsus “Kapital Bank”a aid **********783925 saylı kart hesabına göndərdiyi 9000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbəri olmayan tanışı X4 vasitəsi ilə Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1977-ci il təvəllüdlü X1 etibarından sui istifadə edərək onun oğlu Rahil Seyidovu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon X2 işə düzəldəcəyinə yalandan vədlər verib aldadaraq tanışı X4 vasitəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Kürdəmir şəhəri ərazisində körpünün altında əlbəəl aldığı 3.000 manat pulu, X3 onun oğlunu işə düzəltmək adı ilə aldadıb aldığı pulun bir hissəsinin qaytarılması üçün V.Rəsulova verdiyi 2000 manat pulu, N.Seyidovun sonuncunun vasitəsilə “Million” və “Mpay” aparatları vasitəsilə ona məxsus “Kapital Bank”a aid **********783925 saylı kart hesabına göndərdiyi 5.500 manat pulu-cəmi 10.500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş Neman Seyidova xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məhkəmə iclasında zərərçəkmiş şəxs İddiaçı göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında həmkəndlisi həmçinin də qohumu keçmiş polis əməkdaşı X9 ona zəng edərək “adam var Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayonu şöbəsinə işçi axtarır və işi düzətməyə görə 10000 manat pul istəyir”demişdir. Onunla 9000 manata razılaşmışdır. Həmin vaxt əlində 9.000 manat olmadığna görə Vüqarla pulu hissə hissə verməsi barədə razılaşmışdır. Lakin ilkin olaraq Vüqara 4500 manat pul vermişdir. Qalan pulu isə qarşıdaki həfətələr ərzində və X10 Nazirliyinin idman normativindən keçəndən sonra verəcəyini demişdir. Vüqarın dediyi sənədləri yəni xasiyyətnaməni, sağlamlıq haqqında xəstəxanadan arayışı, şəkili və digər sənədləri toplayıb Şirinə vermişdir. 2.000 manatı Vüqara verərkən o Cavabdeh adlı şəxslə tanış edib işi həmin şəxsin gördüyünü bildirmişdir. Vasifə nömrəsin verdiyini və o özü onunla əlaqə saxlayacağını demişdir. Sonradan isə Vasif adlı şəxs 051- ***-**-** saylı nömrəsi ilə ona məxsus ***-***-**-** saylı nömrəsinə zəng edərək Vasif müəllim olduğunu, oğlu Şirinin işin onun düzəltdiyini , qalan 2.000 manatı da Vüqara verməsini demişdir. Vasifə “ karyerdən indi gəlmişəm, pul tapım verərəm”demişdir. Vasif isə ondan pulu dəqiq nə vaxt düzəldəcəyini soruşmuşdur. Ona səhərə hazır olacağını demişdir. Səhəri gün 2000 manat borca pul tapıb Vüqara vermişdir. Şirin isə həmin sənədləri Bakı şəhərində Vüqarın tanış etdiyi Cavabdehla görüşüb ona vermişdir Sonradan isə Vasifin və Vüqarın vəd etdikləri vaxta Şirin işə düzəlməmişdir. Dəfələrlə Vüqardan pulunu istəsə də o pulların hamısını Vasifə verdiyini demişdir. Vasiflə dəfələrlə telefon əlaqəsi saxlayaraq pulunu qaytarmasını istəsə də o pulunu qaytarmamış və vəd etdiyi kimi oğlu Şirini işə düzəltməmişdir. Məcbur olub RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Verilmiş suallara cavabında zərərçəkmiş şəxs İddiaçı göstərmişdir ki, o, Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında fəhlə işləyib ailəsini dolandırır. X6 onun oğludur. Şirin hərbi xidmətdə olub qayıdandan sonra onu işə düzəltmək istəmişdir. Buna görə də Şirini işə düzətmək üçün adam axtarmışdır. Vüqar özü zəng edərək “tanışım var Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon şöbəsinə işçi düzəldir istəyirsənsə oğlun Şirini ora düzəldək”demişdir. Onunla razılaşıb ona hissə-hissə 7000 manat pul vermişdir. Sonra isə axırıncı 2000 manatı verəndə o Cavabdeh ilə tanış etmişdir. Vasiflə telefonla danışandan sonra o 2.000 manatı Vüqara verməsini istəmişdir. Sonuncu 2.000 manat pulu Vüqara vermişdir ki Vasifə göndərsin. Cavabdeh üzdən tanımamış, lakin onunla dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Vasiflə oğlu Şirin Bakı şəhərində görüşüb onun dediyi sənədləri ona vermişdir. Vüqar “Şirin işə düzəlsin bir qohum kimi qonaqlıq verərsən mənə” demişdir. Birinci dəfə xx.xx.2023-cü il tarixdə yaşadığı evin daxilində Vüqara 4500 manat pul vermiş, sonradan isə təxminən 1 ay ərzində qalan pulları yaşadığı evin həyətində vermişdir. Ona cinayət nəticəsində vurulmuş ziyanın ümumilikdə 4000 manatı qaytarılsa da qalan hissəsi- 5000 manat hissəsi qaytarılmayıb, təqsirləndirilən şəxslə barışmayıb, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin hökmdə iş üzrə zərərçəkmiş şəxs qismində İddiaçı vurulmuş 9000 manat maddi ziyandan, 4000 manatı ödənilmiş, ödənilməmiş 5000 manat məbləğində cinayət əməli nəticəsində dəymiş ziyanı təqsirləndirilən şəxs Cavabdeh mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh cinayət əməli nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 (beş min) manat tutularaq İddiaçı verilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 82.4, 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh cinayət əməli nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar