Məhkəmə qərarları › İş №2(041)-1873/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1873/2023

11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1873/2023 11.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh Kərəm oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Kərəm oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Kərəm oğlu ilə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Yusif adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2463/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə sabit pul məbləğində 250 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh Kərəm oğlu ilə 2019-cü il tarixdə ailə həyatı qurub. Onların birgə nikahlarından xx.xx.2020-ci il tarixidə bir uşaqları X2 anadan olub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmiuş, oğlu Yusif onun himayəsində saxlanılmaqla himayəsində saxlanılan xx.xx.2020-ci i təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 120 manat aliment alınıb mənə verilməsi qət olunmuşdur. Hazırda o bir az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbədən də o, uşağının gündəlik artan təlabatını 120 manat alimentlə ödəməkdə böyük çətinlik səkir. Yaxın qohumlarımın köməkliyi ilə uşağının müəyyən dərəcədə tələbatlarını azda olsa ödəyə bilir. Belə ki, uşağı xəstələnərkən onu müalicə etdirə bilmir, ona geyim əşyası ala bilmir. Cavabdeh fərdi təsərrüfatla məşğul olmaqla yanaşı həm də Mənzil İstismar Sahəsində işləyir. Cavabdehin yüksək aliment ödəməyə kifayət qədər maddi imkanı var. Ona görə də 2023-cü ildə bir uşağın yaşayış meyyarını nəzərə alıb Cavabdeh Kərəm oğlu ilə birgə nikahlarından xx.xx.2020-ci tarixdə doğulmuş Yusif adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2463/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə sabit pul məbləğində 250 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Kərəm oğlu iddia tələbini qismən qəbul edərək bildirdi ki, Kürdəmir Rayon Mənzil İstismarı Sahəsində sübürgəçi işləməklə 345 manat əmək haqqı alır. Bundan əlavə o, Vətən müharibəsi iştirakçısı olduğundan 80 manat pensiya alır. Aldığı əmək haqqı və pensiya onun dolanışığına və müalicəsinə çatmır. Başqa qazanc yeri yoxdur. Onun bir uşaq üçün 120 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməməsi haqqında qətnamnə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA43908272 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş 11 yanvar 2021-ci il tarixli, AZ-İV № 481044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh Kərəm oğlu ilə 2019-cü il tarixdə ailə həyatı qurub. Onların birgə nikahlarından xx.xx.2020-ci il tarixidə bir uşaqları X2 anadan olub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmiuş, oğlu Yusif onun himayəsində saxlanılmaqla himayəsində saxlanılan xx.xx.2020-ci i təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləği ilə 120 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Hazırda o bir az yaşlı uşağı ilə birlikdə ayrı yaşayır, özüdə heç bir yerdə işləmir. Cavabdeh də uşağına əlavə heç bir maddi yardım göstərmir. Bu səbədən də o, uşağının gündəlik artan təlabatını 120 manat alimentlə ödəməkdə böyük çətinlik səkir. Yaxın qohumlarımın köməkliyi ilə uşağının müəyyən dərəcədə tələbatlarını azda olsa ödəyə bilir. Belə ki, uşağı xəstələnərkən onu müalicə etdirə bilmir, ona geyim əşyası ala bilmir. Cavabdeh fərdi təsərrüfatla məşğul olmaqla yanaşı həm də Mənzil İstismar Sahəsində işləyir. İddiaçının dediklərindən cavabdehin yüksək aliment ödəməyə kifayət qədər maddi imkanı var. Ona görə də 2023-cü ildə bir uşağın yaşayış meyyarını nəzərə alıb Cavabdeh Kərəm oğlu ilə birgə nikahlarından xx.xx.2020-ci tarixdə doğulmuş Yusif adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2463/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə sabit pul məbləğində 250 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə 120 manatdan artıq aliment ödəməyə imkanının olmadığını bildirib iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Yusif adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay bir uşağa görə sabit pul məbləğində 250 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyəti barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən bir uşağa görə iddiaçıya ödənilən 120 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2463/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Yusif adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2463/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Yusifin yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh Kərəm oğlundan hər ay bir uşağa sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 51.6 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-2463/2021 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə Cavabdeh Kərəm oğlunun birgə nikahlarından xx.xx.2020-ci il tarixidə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh Kərəm oğlundan hər ay hər uşağa sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh Kərəm oğlundan ödəniləcək illik alimentin həcminə görə 51.6 (əlli bir) manat 60 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar