Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1901/2023 20.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, Bakı şəhərində yaşayır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh onun Bakı şəhərində yerləşən tircarət obyektinə yaxın qəssab dükanında işləyib. Cavabdeh ona 5000 manat pula ehdiyacının olduğunu bildirmişdir. Bununla bağlı cavabdeh bir neçə dəfə onun yanına gəlib. O, cavabdehi tanıdığı üçün ona razılıq verib. Cavabdehlə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 39 saylı notmriat ofisində borc müqaviləsi bağlayıb ona 5000 manat pul vermişdi. Müqaviləyə əsasən cavabdeh ondan aldığı 5000 manat pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək ondan aldığı 5000 manat puldan 1000 manatını qaytarmış qalan 4000 manat pulu qaytarmamışdır. Lakin buna baxmayaraq iddiaçı Cavabdeh hazırda 4000 manat pul tələb etdiyini bildirib bu barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki İddiaçı çoxtan tanıyır, onunla normal münasibəti olub. O, Bakı şəhrində qəssab dükanında işləyərkən pula ehdiyacı olduğundan İddiaçı borc 5000 manat pul almışdır. Onların arasında notariat ofisində borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıdan aldığı 5000 min manat pulu xx.xx.2020-ci il tarixdə qaytarmalı idi. Lakin maddi vəziyyəti ağır olduğundan aldığı 5000 manat puldan 1000 manatını qaytara bilmişdir. Qalan 4000 manat pulu iddiaçıya qaytara bilməmişdir. Hazırda onun İddiaçı 4000 manat borcu var. O, məhkəməyə rəsmi qaydada ərizə təqdim edərək iddianı 4000 manat məbləbində qəbul etdiyini bildirib həmin məbləğdə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və notariat qayddasında təsdiq olunmuş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı 5000 manat məbləğində borc pul almış və həmin borcu xx.xx.2020-ci iml tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhərində yaşayır. Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh onun Bakı şəhərində yerləşən tircarət obyektinə yaxın qəssab dükanında işləyib. Cavabdeh ona 5000 manat pula ehdiyacının olduğunu bildirmişdir. Bununla bağlı cavabdeh bir neçə dəfə onun yanına gəlib. O, cavabdehi tanıdığı üçün ona razılıq verib. Cavabdehlə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 39 saylı notmriat ofisində borc müqaviləsi bağlayıb ona 5000 manat pul verdim. Müqaviləyə əsasən cavabdeh ondan aldığı 5000 manat pulu xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək ondan aldığı 5000 manat puldan 1000 manatını qaytarmış qalan 4000 manat pulu qaytarmamışdır. Lakin buna baxmayaraq iddiaçı Cavabdeh hazırda 4000 manat pul tələb etdiyini bildirib bu barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 4000 manat pulun alınıb ona verilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, İddiaçı müqavilə əsasında 5000 min manat pul aldığını, lakin maddi vəziyyəti ağır olduğundan aldığı 5000 manat puldan 1000 manatını qaytardığını və hazırda onun İddiaçı 4000 manat borcunun olduğunu bildirib bu barədə məhkəməyə ərizə təqdim edərək iddianın həmin məbləğdə təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, cəmi 4070 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat olmaqla, cəmi 4070 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1901/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1901/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver