Məhkəmə qərarları › İş №2(041)-1925/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1925/2023

20.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1925/2023 20.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, cavabdeh X6 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(041)-759/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X5 hər ay sabit pul məbləğində 220 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı cavabdeh X9 ilə evlənib ailə qurmuş, lakin nikahlarını qeyd etdirməmişlər. Onların birgə yaşadıqları müddətdə xx.xx.2020-ci il tarixdə Rüqəyyə adlı bir uşaqları olmuşdur. İddiaçı cavabdehlə bir neçə il yaşadıqdan sonra cavabdeh iddiaçı ilə və qızı Rüqəyyə ilə maraqlanmadığına görə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-759/2022 nömrəli qətnaməsinə əsasən iddiaçının cavabdehlə birgə yaşadıqları müddətdə doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Rüqəyyənin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən sabit pul məbləğində 120 manat alimnentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsinin qeyd olunan qətnaməsinə əsasən Rüqəyyə adlı uşağın saxlanması üçün təyin edilən alimenti cavabdeh vaxtında ödəmir. O, Bakı şəhərində yüksək maaşı olan işdə işləyir, lakin o, iş yerini və aldığı əmək haqqını gizlədərək uşağın maddi təminatını ödəyəcək miqdarda aliment ödəməkdən yayınmaq istəyir. Rüqəyyə artıq böyüyüb və maddi tələbatı da artıb. İddiaçı işləmədiyinə görə uşağın maddi tələbatını ödəyə bilmir. Cavabdeh isə yüksək gəlir əldə etsə də təyin olunmuş alimentdən əlavə uşağa heç bir maddi yardım etmir, alimenti də vaxtlı-vaxtında ödəmir. Uşağın bu günkü maddi təminatı 250-300 manat miqdarındadır. Ona görə də Kürdəmir rayon məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(041)-759/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X5 hər ay sabit pul məbləğində 220 manat alimentin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi X7 iddia tələbini qismən qəbul edərək göstərdi ki, hazırki iş üzrə cavabdeh olan oğlu X9 ilə İddiaçı 2019-cu ildə el adəti üzrə evlənib ailə qurmuşlar. Lakin onların nikahları rəsmi qeyd edilməmişdir. İddiaçı ilə cavabdeh ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə xx.xx.2020-ci il tarixdə Rüqəyyə adlı bir uşaqları olmuş və onun atalığı müəyyən edilmişdir. Sonradan iddiaçı ilə cavabdehin ər-arvad münasibətləri pozulmuş və ayrılmışlar. Onlar ayrıldıqdan sonra iddiaçının tələbinə əsasən Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 759/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş 120 manat alimenti oğlunun əvəzində özü ödəyir. Cavabdeh oğlu hazırda heç bir yerdə işləmir, onun rəsmi iş yeri yoxdur, aylıq sabit gəlirə malik deyil. Onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin qismən təmin edilməklə alimentin miqdarının az miqdarda, yəni 20-30 manat artırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ439441 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV 422669 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə Rüqəyyə adlı uşaqları olmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-759/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X6 faktiki nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18 mart 2022-ci il tarixdən başlayaraq cavabdeh X5 hər ay sabit pul məbləğində 120 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatını qiymətləndirib, cavabdehin nümayəndəsinin izahatlarını, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı cavabdeh X9 ilə evlənib ailə qurmuş, lakin nikahlarını qeyd etdirməmişlər. Onların birgə yaşadıqları müddətdə xx.xx.2020-ci il tarixdə Rüqəyyə adlı bir uşaqları olmuşdur. İddiaçı cavabdehlə bir neçə il yaşadıqdan sonra cavabdeh iddiaçı ilə və qızı Rüqəyyə ilə maraqlanmadığına görə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-759/2022 nömrəli qətnaməsinə əsasən iddiaçının cavabdehlə birgə yaşadıqları müddətdə doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Rüqəyyənin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən sabit pul məbləğində 120 manat alimnentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsinin qeyd olunan qətnaməsinə əsasən Rüqəyyə adlı uşağın saxlanması üçün təyin edilən alimenti cavabdeh vaxtında ödəmir. O, Bakı şəhərində yüksək maaşı olan işdə işləyir, lakin o, iş yerini və aldığı əmək haqqını gizlədərək uşağın maddi təminatını ödəyəcək miqdarda aliment ödəməkdən yayınmaq istəyir. Rüqəyyə artıq böyüyüb və maddi tələbatı da artıb. İddiaçı işləmədiyinə görə uşağın maddi tələbatını ödəyə bilmir. Cavabdeh isə təyin olunmuş alimentdən əlavə uşağa heç bir maddi yardım etmir. Uşağın bu günkü maddi təminatı 250-300 manat miqdarındadır. Cavabdehin nümayəndəsi alimentin miqdarının az miqdarda, yəni təxminən 20-30 manat məbləğində artırılmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X5 hər ay sabit pul məbləğində 220 manat aliment tələb etsə də o, cavabdehin gəlirləri barədə məhkəməyə beh bir sübut təqdim etməmişdir. Halbuki, bu onun birbaşa vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən X1 üçün İddiaçı ödənilən 120 manat miqdarında alimentin hazırki şəraitdə uşağın saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-759/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Rüqəyyə adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-759/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin faktiki nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X5 hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Q.N.Ağamaliyevdən ödəniləcək illik alimentin həcminə görə 39,20 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(041)-759/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə cavabdeh X6 faktiki nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh X5 hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. X5 ödəniləcək illik alimentin həcminə görə 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar