Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1929/2024 11.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ona vurduqları zərər olan 1230 manat və ödənilmiş 23.30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1253.30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu Xırdalan şəhərində qeydiyyatda olsa da ünvan 1 ünvanında yerləşən evin həyətində fərdi qaydada oğlu Nahidlə birlikdə elektrik avadanlıqları təmir etməklə ailəni dolandırır. Həyətdə təmirlə bağlı elektrik avadanlıqları var müştərilərdən və mağazalardan istifadə olunmuş avadanlıqları alıb, düzəldib satır, oğlu Vahid Vahidzadə xx.xx.2022-ci il tarixdə xəstəlikdən vəfat etdiyindən yas mərasimini Kürdəmir rayonu, Qarasaqqal kəndində yerləşən evlərində keçirtmiş, həmin tarixdən etibarən yas mərasimi ilə əlaqədar olaraq demək olar ki, hər gün Kürdəmir rayonu, Qarasaqqal kəndində qalmış, gündəlik isə Kürdəmir şəhərində yerləşən evinə nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07:30 radələrində oğlu Nahidlə birlikdə Kürdəmir şəhərində yerləşən evinə gələrkən, həyətdə və həyətdəki tikililərdə olan elektrik avadanlıqlarının, yəni 02 ədəd soyuducu mühərriki və 01 ədəd kondisionerin oğurlandığını aşkar etmişlər. Oğlu Nahid bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bir müddət sonra polis əməkdaşları oraya gəlmişlər. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə baş vermişdir, çünki xx.xx.2022ci il tarixdə səhər saatlarında yoxlama keçirərkən həmin əşyaların orda olduğunu, oğurlanan 02 ədəd soyuducu mühərrikinin birinin 2015-cı ilin “Nord” markalı 2 qapılı soyuducusunun mühərriki tam işlək vəziyyətdə, bazar qiymətinin 80 manat olduğu, digərinin isə 2016-cı ilin “İndesit” markalı 2 qapılı soyuducusunun mühərriki tam işlək vəziyyətdə, bazar qiymətinin 80 manat olduğu, 01 ədəd kondisinerin isə 2019-cu ilin "SAMSUNG" markalı 12 kv-luq mühərriki üzərində olan bütöv kondisioner tam işlək vəziyyətdə, bazar qiymətinin 300 manat olduğunu müəyyən etmişlər. X1 rayonu, Qarasaqqal kəndinə 7 yas mərasimini keçirib həmin gün axşam da kənddə qaldıqdan sonra səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə yenidən Kürdəmir şəhərində yerləşən evlərinə gəldikdə həyətdə olan tikilidəki əşyaların içərisindən 02 ədəd kondisioner mühərriki, 01 ədəd pivə aparatının içərisinin misinin, 01 ədəd soyuducu mühərrikinin, 04 ədəd müxtəlif soyuducuların buzlaqlarının, 01 ədəd qaynaq aparatının baş hissəsinin oğurlandığını aşkar etmiş, bu barədə DİN-in “102” xidmətinə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları oraya gəlib hadisə yerinə baxış keçirmiş, izahat verərkən oğurlanan 02 ədəd kondisiner mühərriklərindən birinin 2017-ci ilin “LG” markalı, 12 kv-luq kondisionerin mühərriki olduğunu, tam işlək vəziyyətdə, bazar qiymətinin 300 manat olduğunu, digərinin isə "Mitsubishi” markalı 12 kv-luq kondisionerin mühərriki olduğunu, tam işlək vəziyyətdə, bazar qiyməti 300 manat olduğunu, 01 ədəd pivə aparatının içərisinin misinin 2 kiloqram, bazar qiymətinin 20 manat olduğunu, 01 ədəd soyuducunun mühərrikinin 2022-ci ilin “LG” markalı 2 qapılı soyuducusunun istifadə olunmamış bazar qiymətinin 100 manat olduğunu, 04 ədəd müxtəlif soyuducuların buzlaqlarının ikisinin 2017-ci ilin "‘Nord” markalı 2 qapılı soyuducunun buzluqları, 02 ədədi isə “İndesit” markalı 2 qapılı soyuducunun buzluqları olduğunu, hamısının tam işlək vəziyyətdə, hər birinin ayrı-ayrılıqda bazar qiymətinin 20 manat, ümumilikdə 80 manat olduğunu, 01 ədəd qaynaq aparatının baş hissəsinin isə 2016-ci ilin 01 ədəd qaynaq aparatının baş hissəsinin işlək vəziyyətdə, bazar qiyməti 40 manat olduğunu bildirmişdir. Bir müddət sonra polis əməkdaşları ona həyətdən oğurluq edən şəxslərin Cavabdeh1 və Cavabdeh2 olduğunu bildirmişlər. Həmin şəxslər Cavabdeh1 və Cavabdeh2 oğurluq cinayəti törətmiş və onun şikayəti əsasında şəxslərin Cavabdeh1 və Cavabdeh2 qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2 3-cü maddələri ilə tövsif edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2022-ci il tarixdə baxılaraq, onların cinayət əməli məhkəmə araşdırması zamanı da təsdiq edilərək Cavabdeh1 barəsində 02 il 05 ay 28 gün, Cavabdeh2 da 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona isə borcla bağlı mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmuşdur. Onlar ona vurduqları 1230 manat maddi ziyanı ödəməmişlər. Odur ki, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh1 tərəfindən ona vurulmuş ziyandan onun payına düşən 615 manatın ödənildiyini göstərmiş, lakin Cavabdeh2 tərəfindən onun payın düşən hissəsi ödənilmədiyindən iddia ərizəsində göstərdiyi məbləğin qalan 615 manat hissəsi və 23,30 manat dövlət rüsumunun ondan tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir . Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-90/2022 nömrəli hökmündən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olub özgənin əmlakını gizli yolla talama məqsədi və tamah niyyəti ilə ümumilikdə 1230 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bu hallar iddiaçının izahatı, iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(041)-90/2022 saylı hökmü ilə təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdehlər öz hərəkətləri ilə iddiaçıya maddi ziyan vurmuş, onun pulun oğurluq yolu ilə ələ keçirmişdir. Həmin faktlar məhkəmə hökmü ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə tərəflərin izahatlarını, işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 vurduğu ziyana görə 615 manat pul tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 32,30 manat dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 615 (altı yüz on beş) manat və ödənilmiş dövlət rüsumuna görə 32,30 (otuz iki manat otuz qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1929/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1929/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver