Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-194/2025 20.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müalicə pulunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1303/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 manat miqdarında aliment və 200 manat miqdarında müalicə pulunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2017-ci ildə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə 2021-ci ilə kimi bir yerdə yaşamışlar. 2021-ci ilin ortalarında cavabdehin səhvi üzündən ailə münasibətləri pozulmuşdur. Cavabdeh azyaşlı övladına yardım etmədiyi üçün alimentlə bağlı məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1238/2021 nömrəli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 120 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan sonra ailmentin artırılması barədə yenidən məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1303/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh hər ay 180 manat aliment və X1 müalicəsi üçün 20 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin alimentlə uşağı saxlamaq qeyri- mümkündür. Belə ki, uşağı Tuncay sinirin psixi inkişafı etapın ləngiməsi geriliyi xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün hər ay xeyli miqdarda pul lazım olur. Cavabdeh isə alimentdən başqa heç bir maddi və mənəvi yardım göstərmir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edib iddia tələbinin həcmini azaldaraq iddia tələbində qeyd etdiyi alimentin artırılması və müalicə pulunun tutulması hissəsinin sadəcə müalicə pulunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, gündəlik işlərdə fəhlə işləyir, alimenti hər ay vaxtında ödəməsinin səbəbi kimlərdənsə çətinliklə borc alaraq verməsidir. İddia ərizəsində göstərilən məbləğdə aliment ödəməyə maddi vəziyyəti imkan vermir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir rayon İHB-nın Sığırlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 284013 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2019cu il tarixdə 08 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahından X4 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. İşin faktiki hallarından görünür ki, Cavabdeh ilə İddiaçı ailə həyatı qurmuş, rəsmi nikaha daxil olmuşlar. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 1708/2021 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat alimentin tutulması qət edilmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə müraciət edərək alimentin miqdarının artırılması iddiası qaldırmış və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1303/2023 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment və X1 müalicəsinə görə 20 manat pulun tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 6730 nömrəli bildirişindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 88 saylı əmri “Həkim-Psixiatr Komissiyası haqqında Əsasnamə” və xx.xx.2020-ci il tarixli xx/xx- 3930 saylı məktuba əsasən bölgələrdə yaşayan psixi pozuntusu olan uşaq və yeniyetmələrin psixiatrik diaqnozunun təsdiqlənməsi, dəyişdirilməsi və ya ləğv edilməsi bölgələrdə fəaliyyət göstərən həkim-psixiatr kommisiyalarına tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2820 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. Qətnamə ilə alimentin miqdarı artırılmış, hazırki iddia üzrə İddiaçı iddi ərizəsi ilə müraciət edərək iddianın müalicə hissəsinin təmin edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 81-ci maddəsinin 81.1-ci yarım bəndinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.2-ci yarımbəndinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü yarımbəndinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı cavabdehin uşağın müalicəsi üçün aylıq 200 manat məbləğində əlavə xərclərə cəlb edilməsini xahiş etsə də məhkəmə qeyd edir ki, iddiaçı uşağın müalicəsi üçün aylıq həmin məbləğin uşağın müalicəsinə zəruri olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan arayış və qəbzdən müəyyən edilir ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası AM-in 81, 81.1-ci, 81.2-ci və 81.3cü və MPM-nin 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı aylıq 200 manat miqdarında müalicə pulunun tutularaq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-194/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-194/2025
20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver