Məhkəmə qərarları › İş №2(041)-1945/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1945/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1945/2025 06.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona borclu olduqları 10.000 manat pulun, həmçinin, ödədiyi dövlət rüsumuna görə 120 manat və iddia ərizəsinin və vəkilin xidmətindən istifadəyə görə ödədiyi 700 manat olmaqla, ümumilikdə, 10820 (on min səkkiz yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir rayonunun Çərtəyəz kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayır. Cavabdeh1 həmkəndlisi olmaqla onunla aralarında həmkəndli kimi həmişə mehriban münasibət olmuş, digər cavabdeh olan Cavabdeh2 isə Cavabdeh1 oğunun vasitəsilə tanımış. 2023-cü ilin təxminən oktyabr ayında, həmkəndlisi olan Cavabdeh1 yaşadığı evə gələrək, bildirmiş ki, o Kürdəmir rayonunun Ərəbxana kəndində yaşayan və yaxından tanıyıb, etibar etdiyi Cavabdeh2 ilə iş birliyi qurmaq istəyir və buna görə ona 10.000 manat pul lazım olduğunu bildirməklə, ondan 10.000 manat borc pul istəmiş. Azəri yaxında tanıdığı və onunla qohumluq əlaqəsinin olmasını nəzərə alıb, Azərə 10.000 manat borc pul vermişdir. Cavabdeh1 ondan borc aldığı 10.000 manat pulu 2 ay müddətinə qaytaracağına söz versə də, verdiyi sözə əməl etməyib borc aldığı 10.000 manatı 2 aydan sonra qaytarmadığı halda, maddi məsuliyyət daşıyacağını bəyan etdi. Həmin ilin dekabr ayında Cavabdeh1 digər Cavabdeh2 ilə birlikdə onun evinə gəlmiş və Cavabdeh2 oktyabr ayında borc verdiyi 10.000 manat pulu Azərin ona verdiyini və həmin pulu ona özü ödəyəcəyini bildirmişdir. Bundan sonra o Cavabdeh2 pulu qaytarmadığını görüb pulu almaq üçün bir neçə dəfə onun yaşadığı ünvana getsə də, Nəcibə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun yaşadığı evə gəlmiş və Nəcibə Quliyevə borclu olduqları pulu qaytaracağı barədə müxtəlif bəhanələr gətirəndən sonra öz xətti ilə sadə yazılı formada qəbz-iltizam yazmış, cavabdehlərin hər ikisi həmin qəbz-iltizamı imzaları ilə təsdiq etmişlər. Cavabdehlərin borc aldıqları 10.000 manat pulu qaytaracaqları barədə sadə yazılı formada yazdıqları iltizam-qəbzin yazılmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, bu günə kimi müştərək borclu olduqları 10.000 manat pulu ona qaytarmamışlar. Bundan sonra o, 2025-ci ilin iyun ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan borc aldıqları 10.000 manat pulu qaytarmadıqlarına görə pulunun cavabdehlərdən alınıb ona qaytarılmasında köməklik göstərilməsi üçün Kürdəmir rayon prokuroruna və Kürdəmir rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş. Kürdəmir rayon prokuroruna ünvanladığı şikayət ərizəsi də araşdırılması üçün Kürdəmir rayon Polis Şöbəsinə göndərilmişdir. Onun şikayətinə əsasən, Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılarkən, hər iki cavabdeh, yəni Cavabdeh1 və Cavabdeh2 Ağusət qızı həqiqətən də ona 10.000 manat borclu olduqlarını etiraf etsələr də, bu günə kimi borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişlər. Cavabdeh2 iddiaya qarşı etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona 10.000 manat borca pul lazım olmuşdur. Şəmkirə cücə aparacaqdı və həmin cücənin pulunu ödəməkdən ötrü elə oldu ki, Azər nəyəsə görə zəng elədi, yağışlı hava idi. Azər ondan nə olduğunu soruşmuş, o da ona 10.000 manat pul lazım olduğunu bildirib. Azər də ona 5 dəqiqəyə cavab bildirəcəyini demiş. Sonradan həmin istədiyi məbləğin olduğunu bildirmiş və gedib götürmələrini təklif etmiş, lakin, ona maşından düşməməsini bildirmişdir. O da bununla razılaşmışdır. Maşında gözləmiş və Azər 9500 manat pulu ona gətirmişdir. O da 15 gün müddətində yəni xx.xx.2025-ci il tarixində qaytaracağına söz vermiş. Həmin ərəfələrdə isə cücəni müştəriyə satıb ondan əldə edəcəyi pulu borcundan qaytarcaqdı. Müştərisi isə ona olan 10.000 manatı iki dəfəyə yəni xx.xx.2025-ci il tarixə kimi qaytacağını bildirmiş və o da bu barədə ölçü götürərək, pulu gec qaytaracağını nəzərə alaraq, 5 gün əlavə etmiş. O da həmin pulun faiz olduğunu bilmirmiş. Azərdən isə 9500 manatı kimdən aldığını soruşduqda Azər ona bir söz belə deməmişdir. Nə vaxt qaytaracağımı dedikdə isə o xx.xx.2025-ci il tarixdə qaytaracağını söyləmiş. Azər isə qaytaranda 10500 manat qaytararmasını bildirmiş və o da bununla razılaşmışdır. Elə oldu ki, adam ona pulu 19-20 sentyabr arası ödəmiş. O da zəng eləyib demiş ki, Azər pul hazırdı və pulu sayıb Azərə vermişdir. Azər də həmin verdiyi puldan 500 manatı özünə gətirib qaytardı və dedi ki, vaxtında pulu qaytardığına görə 500 manat faiz tutmadılar. 9500 manat pula dair 500 manat əlavə faiz vermiş. Azərdən soruşdu ki, pulu kimdən almısan və o, da dedi ki, Rəfiqə adlı qadından almış. Rəfiqə isə onun bacısının qudası sayılır. Azər isə ona, pulu götürən zaman onun adını vermədiyini bildirmişdir. Rəfiqəni faiz pul verən qadın kimi əvvəllər qiyabi tanımış, lakin əlaqəsi olmamışdır. Sonradan, xx.xx.2023-cü il tarixdə yenidən 5000 manat pul lazım olmuş və Azər 5000 manatı da xx.xx.2023-cü il tarixdə gətirib vermişdir. xx.xx.2023-cü ildə isə cücə almağa gedən günü də Azər ona pulu vermiş. Hətta Azərə bildirmişdir ki, “ola bilsin ki, 2 aya pulu qaytardım”. Azər isə heç bir etiraz etməmişdir. İki ay müddətində üstündə 1000 manat verməklə qaytaracağını söylədi və o da bununla razılaşmış. 24 oktyabr 2023-cü il tarixdə səhər saatlarında 500 manat pulu Azər gətirib faizini vermiş. Ona verilən 5000 manat pulun bir aylıq üstünü yəni 500 manmat faizini qaytarmışdır. 27 oktyabr 2023-cü il tarixdə isə təkrarən ondan cücə istəyən olmuş və o, yenə də 5000 manat bir də borc götürmüş. Azər ilə bu səfər özü də getmiş Rəfiqədən həmin 5000 manatı götürmüşlər. Rəfiqə Azərə 50 ədəd yüzlük vermiş və Azər də həmin pulu ona vermiş. Ondan sonra Azər ona, 26 noyabr 2023-cü il tarixdə qaytara bilməsə üstü olan yəni faizi 500 manatı verəcəyini bildirmiş. 27 noyabr 2023-cü il tarixdə isə 1000 manat faizini vermişdir. 28 dekabr 2023-cü il tarixdə 1000 manat bir fazini vermiş. 26 yanvar 2024cü il tarixdə 1000 manat və sonuncu dəfə isə 27 fevral 2024-cü il tarixdə isə 1000 manat bir faizini vermiş, cəmi olaraq 4500 manat Nəcibəyə pul qaytarmışdır. Bundan sonra onlar onu alver etməyə qoymamışlar. 2024-cü ilin mart ayında Rəfiqə onun evinə getmiş. Hətta gedəndə ondan 10-15 manat arası taksi pulu da almışdır. O isə özünə məxsus kartı belə Rəfiqəyə vermiş ki, onun kartına yumurta pulu yükləsələr ordan götürərsən. Sonra isə Nəcibə ona zəng edib deyib ki, 600 manat pul yüklədilər və həmin pulu çıxartmışdır. Ondan sonra da kartı onda qalmış. Onun hesabı ilə Rəfiqəyə 5100 manat pul qaytarmış. 2024-cü ilin may ayında isə onu evinə çağımış. O izahatı yazdırdı mən ki, yaz ora: “mən səndən 10.000 manat pul götürmüşəm” və mən də həmin izahatı təziq altında yazdım. Həmin izahatın isə heç bir əhəmiyyəti yoxdur. Çünki Nəcibə fərdi sahibkar deyil ki, pul alqısı-satqısı etsin. 3000 manatdan çox verilən pul notarial qaydada olmalıdır. O vaxtı isə qaytardığım pulları isə yazmağa imkan verməmiş və evindədə bir nəfər tanımadığı şəxs var idi. O tək yaşadığı üçün qorxub izahatı yazmış. O həmin kənddən köçmüş. Sonuncu dəfə 2024-cü ilin may ayının 8-dən evdən çıxmış və bu günə kimi də həmin kəndə qayıda bilmir. Həmin 10.000 manata dair izahat yazdıran zaman da Azər də yanında idi. Hətta Rəfiqə o verilən pulları faiz kimi hesablamışdır. Bundan başqa Rəfiqə “mən 40 ildir ki, faiz verirəm” deyə bildirmiş. Hazırda isə onun Rəfiqəyə 4700 manat borcu var və o bunu etiraf edir. Həmin 4700 manat pulu isə ayda hissə-hissə 30 manat ödəməyə gücü çatır. Əlavə başqa yerdən qazancı yoxdur. Pensiya və ya müavinat almır. İddiaçı əsassız olaraq özündən ona 10.000 manat borc pul hesablamışdır. Ona görə də belə əsassız iddia tələbi ilə müraciət edir. Bundan başqa da, əgər tələbin məbləği 3000 manatdan çoxdursa, bu halda tərəflər arasında kredit və ya borc müqaviləsi notarial qaydada bağlanmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, Cavabdeh1 müdafiə etdiyi şəxsin həmkəndlisidir. Nağıyeva X1 Azərın vasitəsilə tanımış. 2023-cü ilin təxminən oktyabr ayında Azər onun yaşadığ ünvana gedərək "bir qadınla iş birliyimiz var, mənə 10000 manat pul lazımdır" deyə bildirib. İddiaçı də evdə olan 5000 manat pulunu Azərə borc kimi vermiş. Təxminən 3 gündən sonra ABB-nını Kürdəmir rayon filialına gedərək 5000 manat, pul kredit götürüb Azərə vermiş. Ümumi Azərə 10000 manat borca pul vermişdir. Azərə 10000 manat pulu verdikdən 2 ay müddət ərzində verdiyi 10000 manat pulu qaytarmamışdır. 2023-cü ilin dekabr ayında Azər yanında tanımadığı sonradan adını bildiyi Nəcibə adlı qadınla Rəfiqənin yaşadığı ünvana getmiş. Cavabdeh2 ona bildirmiş ki, "Azər səndən aldığı 10000 manat borc pulu mənə vermişdir, həmin 10000 manat pulu hissə-hissə mən sənə qaytaracam". İddiaçı dəfələrlə Nəcibənin yaşadığı ünvana getmiş, lakin Nəcibə pulu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə Azər ilə Nəcibə onun yaşadığı ünvana getmişlər. Nəcibə pulu qaytarılacağı barədə bəhanələr gətirdikdən sonra öz dəsti-xətti ilə (əllə) ona borclu olduğu barədə (sadə yazılı formada) qəbz-iltizam yazmış və hər ikisi (Nəcibə və Azər) onun doğruluğunu öz imzaları ilə təsdiq etmişdirlər. Nəcibə 1 ildən çoxdur ki öhdəsinə götürdüyü 10000 manat pul borcunu qaytarmamışdır. Oda bununla bağlı Azərbaycan Respublikasının Baş prokurorluğuna və Kürdəmir rayon prokurorluğuna ərizə ilə müraciət etmiş. Cavabdeh2 və Cavabdeh1 borclu olduqları 10000 manat pulu ödəmələrini tələb edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında iddiaya dair etiraz ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi və əlavə olaraq bildirdi ki, X2 Kürdəmir rayon sakini kimi tanıyır. Rəfiqənin Kürdəmir rayon ərazısındə faizlə pul verməklə tanımış. 2023-cü ilin sentyabr ayında ona 10000 manat pul lazım olmuş. O da həmin pulu tapmaq üçün tanışı Kürdəmir rayonu Qaramahmudlu kənd sakini Cavabdeh1 müraciət etmiş. xx.xx.2023-cü il tarixdə Azər yaşadığı ünvana gələrək ona 10000 manat pul vermiş Azər pulu verdikdən sonra demiş ki, "həmin 10000 manat pulu 15 günlük muddət ərzində faizi ilə bıbımdən almışam, 15-ci günün tamaında fazili ilə birlikdə 11000 manat pulu bibimə qaytaracaqsan". Təxminən pulu götürdüyü gündən 9 gün sonra Azərə telefonla zəng edərək demiş ki, "pul hazırdı gəl pulu apar". Azər yaşadığı ünvana gəlmiş və onu pulunu götürdüyü şəxsin yaşadığı ünvana aparmışdır. O avtomobildən düşməmiş Azərə pulu qaytarması üçün 11000 manat pul vermiş Azər həmin puldan ona 500 manat pul qaytarmışdır. 24.09,2023-cü il tarixdən yenidən işi ilə əlaqədar olaraq ona pul lazım olub. O da Azərə müraciət etmiş. Azər yenidən Rəfiqədən 5000 manat pulu 10 faizlə laraq ona vermişdir. Azərin ona ilk olaraq Rəfiqədən alıb verdiyi 5000 manat pulu qaytara bilməmişdir. Yenidən pul lazım olduğu üçün xx.xx.2023-cü il tarixdə Azər ilə birlikdə Rəfiqənin yaşadığı ünvana getdik Rəfiqədən əlbəəl 5000 manat faizlə pul götürmüş. Rəfiqə pulu verdikdən sonra ona demişdir ki, "hər ay ya 24-ü yada 26-sı 1000 manat üst verəcəksən". O da xx.xx.2023-cü il tarixdə Azərin vasitəsi ilə Rəfiqəyə 500 manat pul üstünü ödəmiş. 2023-cü ilin noyabr, dekbar və 2024-cü ilin yanvar aylarında Azər ilə birlikdə Rəfiqənin yaşadığı ünava getməklə hər ay 1000 manat olmaqla ümumilikdə 3000 manat pul üstü ödəmiş, bundan əlavə özünə məxsus olan bank kartını 2024-cü ilin mart ayında Rəfiqəyə vermiş. Rəfiqə kartdan 600 manat pul çıxararaq faizə hesablamışdır. Daha sonra 200 manat pul vermiş. Ümumilikdə Rəfiqəyə 4300 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixdə Azər ilə birlikdə Rəfiqənin yaşadığı ünvana getmiş. Rəfiqə ona demişki, "məndən 10000 manat pul götürməyin barədə ərizə yaz, lakin həmin ərizədə faiz sözünü yaz". Oda özü ərizə yazaraq Rəfiqədən 10000 manat borca pul götürməyini qeyd etmiş. Hal-hazırda faizi ilə birlikdə 10000 manat, faizsiz olaraq 5700 manat Rəfiqəyə pul borcu vardır. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, X2 və Cavabdeh2 Kürdəmir rayon sakinləri kimi tanıyır. 2023-cü ilin təxminən sentyabr ayında Nəcibə ona telefonla zəng edərək demiş ki, "alverlə məşğul olacam pula ehtiyacım var". Mən də ona, "pula ehtiyacım olanda özüm faizə pul götürürəm". Nəcibə ondan pulu kimdən götürməyini soruşmuş, o da Rəfiqənin adın çəkmiş. Nəcibə ona Rəfiqəni tanıdığını demiş. O da Rəfiqəyə telefonla zəng edərək 10000 manat pulunun olub-olmamasını soruşmuş. Rəfiqə ona demiş ki, "pul var gəl götür". O Rəfiqənin yaşadığı ünvana gedərək 10000 manat pulu götürüb Nəcibəyə vermiş. Təxminən 15 gündən sonra Nəcibə faizi ilə birlikdə Rəfiqənin pulunu qaytarmış və həmin pulu Rəfiqəyə o vermiş. Daha sonra Nəcibə telefonla ona zəng edərək demiş ki, "yenidən pula ehtiyacım var 5000 manat pul lazımdı” Nəcibə ilə birlikdə Rəfiqənin yaşadığı ünvana getmişlər. Nəcibə özü Rəfiqə ilə söhbət etdi. Rəfiqə əlbəəl 5000 manat pulu Nəcibəyə vermiş. 1 gündən sonra Rəfiqə yenidən Nəcibəyə 5000 manat pul verməklə ümumilikdə 10000 manat pulu faizi ilə birlikdə pul vermiş. O sadəcə olaraq Nəcibə ilə Rəfiqənin arasında olan pul söhbətində vasitəçi olmuş. Nəcibə həmin götürdüyü pulun faizin verəndə yanında olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: - Cavabdeh2 xx.xx.2024-cü il tarixdə əl ilə yazılmış vərəqdə: “25 oktyabr 2023-cü il tarixdə Qaramahmudlu kənd sakini Cavabdeh1 iştirakı ilə İddiaçı 10000 (on min) manat borc almışdır. Hal-hazırda bugünki tarixə kimi 25 may 2024-cü il qaytarmamışdır. Hissəhissə ödəmək şərtiylə imza”. (Şahid Cavabdeh1). -Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında yaşayan İddiaçı ərizəsi daxil olmuş və Rəfiqə Nağıyevə ərizəsində, həmkəndlisi X8 və rayonun Ərəbxana kənd sakini Cavabdeh2 tərəfindən iş qurmaq adı ilə 10000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsini göstərmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh1 həmkəndlisi olduğunu, münasibətlərinin yaxşı olduğunu, Cavabdeh2 Abuşət qızını Azərin vasitəsilə tanıdığını, 2023-cü ilin təxminən oktyabr ayında Azər onun yaşadığı ünvana gələrək "bir qadınla iş birliyimiz var, mənə 10000 manat pul lazımdır" dediyini, evdə olan 5000 manat pulunu Azərə bore kimi verdiyini, təxminən 3 gündən sonra ABB-nın Kürdəmir rayon filialına gedərək 5000 manat pul kredit götürüb Azərə verdiyini, ümumiyyətlə Azərə 10000 manat borca pul verdiyini, Azərə 10000 manat puļu verdikdən 2 ay müddət ərzində verdiyi 10000 manat pulu qaytarmadığım, 2023-cü ilin dekabr ayında Azər yanında tanımadığı sonradan adını bildiyi Nəcibə adlı qadınla onun yaşadığı ünvana gəldiklərini, Cavabdeh2 ona "Azər səndən aldığı 10000 manat bore pulu mənə vermişdir, həmin 10000 manat pulu hissəhissə mən sənə qaytaracam" dediyini, dəfələrlə Nəcibənin yaşadığı ünvana getdiyini, lakin Nəcibənin pulu qaytarmadığını, xx.xx.2024-cü il tarixdə Azər ilə Nəcibənin onun yaşadığı ünvana | gəldiklərini, Nəcibə pulunun qaytarılacağı barədə bəhanələr gətirdikdən sonra öz dəsti-xətti ilə (əllə) ona borclu olduğu barədə (sadə yazılı formada) qəbz-iltizam yazmış və hər İkisi (Nəcibə və Azər) onun doğruluğunu öz imzaları ilə təsdiq etdiklərini, Nəcibənin 1 ildən çoxdur ki öhdəsinə götürdüyü 10000 manat pul borcunu qaytarmadığını, bununla bağlı Azərbaycan Respublikasının Baş prokurorluğuna və Kürdəmir rayon prokurorluğuna ərizə ilə müraciət etdiyini, Cavabdeh2 və Cavabdeh1 borclu olduqları 10000 manat pulu ödəmələrini tələb etdiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, X2 Kürdəmir rayon sakini kimi tanıdığını, Rəfiqənin Kürdəmir rayon ərazisində faizə pul verməklə tanımıdığını, 2023-cü ilin sentyabr ayında ona 10000 manat pul lazım olduğunu, həmin pulu tapmaq üçün tanışı Kürdəmir rayonu Qaramahmudlu kənd sakini Cavabdeh1 müraciət etdiyini, xx.xx.2023-cü il tarixdə Azər onun yaşadığı ünvana gələrək ona 10000 manat pul verdsscAzəravuluwerdikdən sonra "hamin 10000 manat pulu 15 günlük müddət ərzində faizi ilə bibimdən almışam, 15-ci günün tamamında faizi ilə birlikdə 11000 manat pulu bibimə qaytaracaqsan" dediyini, təxminən pulu götürdüyü gündən 9 gün sonra Azərə telefonla zəng edərək "pul hazırdı gəl pulu apar" dediyini, Azər onun yaşadığı ünvana gəldiyini və onu pulu götürdüyü şəxsin yaşadığı ünvağa apardığını, avtomobildən düşmədiyini, Azərə pulu qaytarması üçün 11000 manat pul verdiyini, Azər həmin puldan ona 500 manat pul qaytardığını, xx.xx.2023-cü il tarixdən yenidən işi ilə əlaqədar olaraq ona pul lazım olduğunu, Azərə müraciət etdiyini, Azər yenidən Rəfiqədən 5000 manat pulu 10 faizlə alaraq ona verdiyini, Azərin ona ilk olaraq Rəfiqədən alıb verdiyi 5000 manat pulu qaytara bilmədiyini, yenidən pul lazım olduğu üçün xx.xx.2023-cü il tarixdə Azər ilə birlikdə Rəfiqənin yaşadığı ünvana getdiklərini, Rəfiqədən əlbəəl 5000 manat faizə pul götürdüyünü, Rəfiqə pulu verdikdən sonra ona "hər ayşya 24-0 yada 26-sı 1000 manat üst verəcəksən" dediyini, xx.xx.2023-cü il tarixdə Azərin vasitəsilə Rəfiqəyə 500 manat pul üstünü ödədiyini, 2023-cü ilin noyabr, dekabr və 2024-cü ilin yanvar aylarında Azər ilə birlikdə Rəfiqənin yaşadığı ünvana getməklə hər ay 1000 manat olmaqla ümumilikdə 3000 manat pul üstü ödədiyini, bundan əlavə özünə məxsus olan bank kartını 2024-cü ilin mart ayında Rəfiqəyə verdiyini, Rəfiqə onun kartından 600 manat pul çıxararaq faizə hesabladığını, daha sonra 200 manat pul verdiyini, ümumilikdə Rəfiqəyə 4300 manat pul ödədiyini, xx.xx.2024-cü il tarixdə Azər ilə birlikdə Rəfiqənin yaşadığı ünvana getdiklərini, Rəfiqənin ona "məndən 10000 manat pul götürməyin barədə ərizə yaz, lakin həmin ərizədə faiz sözünü yazma" dediyini, özü ərizə yazaraq Rəfiqədən 10000 manat borca pul götürməyini qeyd etdiyini, hal-hazırda faizi ilə birlikdə 10000 manat, faizsiz olaraq 5700 manat Rəfiqəyə pul borcunun bildirmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, X3şı və X6 Kürdəmir rayon sakinləri kimi tanıdığını, 2023-cü ilin təxminən sentyabr ayında Nəcibənin ona "alverlə məşğul olacam pula ehtiyacım var" dediyini, o da Nəcibəyə "pula ehtiyacım olanda özüm faizə pul götürürəm" dediyini, Nəcibənin ondan. pulu kimdən götürməyini soruşduğunu, o da Rəfiqənin adın çəkdiyini, Nəcibənin ona Rəfiqəni tanıdığını dediyini, Rəfiqəyə telefonla zəng edərək 10000 manat pulunun olub-olmamasını soruşduğunu, Rəfiqənin ona "pul var gəl götür" dediyini, Rəfiqənin yaşadığı ünvana gedərək 10000 manat pulu götürüb Nəcibəyə verdiyini, təxminən 15 gündən sonra Nəcibə faizi ilə birlikdə Rəfiqənin pulunu qaytardığını və həmin pulu Rəfiqəyə verdiyini, daha sonra Nəcibənun telefonla ona zəng edərək "yenidən pula ehtiyacım var 5000 manat pul lazımdı" dediyini, Nəcibə ilə birlikdə Rəfiqənin yaşadığı ünvana getdiklərini, Nəcibə özü Rəfiqə ilə söhbət etdiyini, Rəfiqə əlbəəl 5000 manat pulu Nəcibəyə verdiyini, 1 gündən sonra Rəfiqə yenidən Nəcibəyə 5000 manat pul verməklə ümumilikdə 10000 manat pulu faizi ilə birlikdə pul verdiyini, sadəcə olaraq Nəcibə ilə Rəfiqənin arasında olan pul söhbətində vasitəçi olduğunu, Nəcibə həmin götürdüyü pulun faizin verəndə yanında olmadığını bildirmişdir. Cavabdeh1 və Cavabdeh2, İddiaçı məxsus 10000 manat pulu dələduzluq yolu ilə ələ keçirmələri faktı təsdiqini tapmadığından və toplanmış material üzrə Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tələb etdiyi 10000 manat pulu Cavabdeh2 verdiyini bildirmiş, lakin bu halları təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə həm polis şöbəsində, həm də məhkəmədə verdiyi izahatında iddiaçıya hal-hazırda faizi ilə birlikdə 10000 manat, faizsiz olaraq 5700 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 tərəflər arasında təmannasız vasitəçilik etmiş, bundan özünə heç bir mənfəət əldə etmək niyyətində olmamışdır. Cavabdeh2 şifahi qaydada zaminliyini də üzərinə götürməmişdir. Belə olan halda, iddia tələbinin Cavabdeh1 yönəltməkdə iddiaçı haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh2 10000 (on min) manat borc tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün 120 manat dövlət rüsumu və vəkil xidməti üçün 700 manat xidmət haqqı ödəmişdir. İddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 10000 (on min) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi) manat və digər məhkəmə xərci olaraq ödədiyi 700 (yeddi yüz) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANO

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar