Məhkəmə qərarları › İş №2(041)-1994/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1994/2023

25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1994/2023 25.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən törədilmiş mülki hüquq pozuntusu ilə vurulan maddi zərərə görə nəfinə 2.100 manat məbləğində pulun tutulması barədə Yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı mülki işə xitam verilməklə ərizəyə əlavə etdiyi sənədləri dövlət rüsumu ilə birlikdə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş izrə icraata xitam verilməli, ərizəyə əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İş materiallarında olan 18.112023-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına 42 manat dövlət rüsumu və xidmət haqqı olaraq, cəmi 42,40 manat məbləğində pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinə baxılması üçün Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 42 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 260.3, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və iddia ərizəsinə əllavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 42 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Topalhəsənli kəndində yaşayan İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar