Məhkəmə qərarları › İş №2(041)-20/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-20/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-20/2023 02.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçınin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı X2 Bank Kredit Təşkilatınin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Bank Kredit Təşkilatı (bundan sonra İddiaçı MMM QBKT) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 1520.64 manat əsas, faiz borcu üzrə 184 manat, cərimə borcuna görə 72.31 manat olmaqla cəmi 1776.95 (bir min yeddi yüz yetmiş altı manat 95 qəpik) manat borcun, həmçinin ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarix kredit müqaviləsinə əsasən sonuncuya illik faiz dərəcəsi 23.82 faiz olmaqla 24 ay müddətinə 1860 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclunun gər ay 152 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı MMM QBKT-yə xx.xx.2022-ci il tarixə hesablanmış və ödənilməmiş 1520.64 manat əsas, faiz borcu üzrə 184 manat, cərimə borcu üzrə 72.31 manat olmaqla, cəmi 1776.95 manat borcu vardır. İddiaçının nümayənəsi iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qismən qəbul edərək göstərdi ki, ailə vəziyyətiylə əlaqədar olaraq xx.xx.2016-ci il tarixdə İddiaçı MMM QBKT müraciət edərək kredit götürmüş, aylıq qrafikə uyğun olaraq kredit borcunu ödəmişdir. Sonradan ölkədə baş vermiş pandemiya ilə əlaqədar olaraq işləri zəifləmiş, nəticədə kredit borcunu qaytara bilməmişdir. Hazırda maddi imkanı olmadığı üçün kredit borcunu qaytara bilmir. İddiani faizlərin və cərimənin tutulması hissəsində qəbul etmir. Belə ki, bank tərəfindən faizlər və cərimələr artıq hesablanıb. Cavabdeh sonda iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, xx.xx.2016-ci il tarixli krediti müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən Cavabdeh illik faiz dərəcəsi 23.82 faiz olmaqla 24 ay müddətinə 2860 manat məbləğində kredit verilib. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-ci il tarixli, **********370 saylı kredit müqaviləsi üzrə İddiaçı MMM QBKT-yə xx.xx.2022-ci il tarixə 1520.64 manat əsas, faiz borcu üzrə 184 manat, cərimə borcu üzrə 72.31 manat olmaqla cəmi 1776.95 manat borcu qalmışdır. İş materiallarına kredit müqaviləsinin tərkib hissəsi olan kreditin ödəniş cədvəli, təsis sənədləri, ödəniş qəbzləri və digər sənədlər əlavə edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 24 ay müddətinə illik 23.82 faiz olunmaqla 2860 manat məbləğində kredit verilmiş və bununla bağlı Cavabdeh ilə İddiaçı MMM QBKT arasında xx.xx.2016-cu il tarixli, **********1370 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borcu 1520.64 manat, faiz borcu üzrə 184 manat, cərimə borcuna görə 72.31 manat olmaqla cəmi 1776.95 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdeh izahatında faiz və cərimələrin əsassız olmasını bildirsə də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmasını özü etiraf etmişdir. Halbuki, əsas və faiz məbləğləri müqavilənin ödəniş cədvəlində, təqvim üzrə hər yubanma günü üçün gecikdirilmiş əsas məbləğin 1 faizi məbləğində cərimənin ödənilməsi müqavilənin 5.1-ci bəndində tərəflər arasında razılaşdırılmışdır. Faktiki hallarına və hüquqi təbiətinə görə hazırki iddia tələbi borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1520.64 manat əsas, faiz borcu üzrə 184 manat, cərimə borcuna görə 72.31 manat olmaqla cəmi 1776.95 (bir min yeddi yüz yetmiş altı manat 95 qəpik) manat borc tutularaq İddiaçı MMM QBKT nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə 38 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1520.64 manat əsas, faiz borcu üzrə 184 manat, cərimə borcuna görə 72.31 manat olmaqla cəmi 1776.95 (bir min yeddi yüz yetmiş altı manat 95 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 (otuz səkkiz) manat tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar