Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2006/2024 18.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1251/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh arzu olunan və ağlabatan həddə hər ay sabit pul məbləğində 300 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını qeyd etdirib evlənmişlər. Birgə nikahdan xx.xx.2020-ci ildə İbrahim adlı bir uşaqları olmuşdur. O, bir müddət cavabdehlə bir yerdə yaşayandan sonra onun təqsiri üzündən ər-arvad münasibətləri pozulmuş və onlar Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1251/2023 saylı qətnaməsinə əsasən oğlu İbrahimin saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 180 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən uşağa görə qət edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşağın artan tələbatını ödənilməsində heç bir köməklik göstərmir. 2024-cü il üçün uşaqlar üçün aylıq minimum yaşayış həddi dövlət tərəfindən 235 manat müəyyən edilmiş, cavabdeh isə dövlətin uşaqların yaşayış həddi dövlətin uşaqların yaşayış səviyyəsinin daha da yaxşı təmin edilməsinin təmin edilməsi üçün qəbul etdiyi qanuna biganə yanaşaraq öz atalıq vəzifəsini və uşağın qarşısındakı valideynlik borcunu unudaraq onların maddi tələbatı, sağlamlığı və müalicəsi ilə maraqlanmır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2019-cu ildə nikahlarını qeyd etdirməklə ailə həyatı qurublar. Birgə nikahdan İbrahim adlı uşaqları doğulmuşdur. Aralarında olan faktiki nikah münasibətləri pozulmuş və onlar ayrılmışlar. İddiaçı nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1251/2023 nömrəli qətnaməsi ilə nikah pozulmuş və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda N saylı hərbi hissədə mülki işçi kimi işləyir və 422 manat əmək haqqı alır, hər ay 180 manatdan əlavə ödəyə bilməyəcək. Həmçinin İİ qrup əlildir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, iddiaçını və cavabdehin izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1251/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunub. - AZ-İV 399653 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə anadan olub. Atası Cavabdeh Möhübbət oğlu, anası İddiaçıdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 255 nömrəli arayışından görünür ki, mülki işçi Cavabdeh vəzifə maaşı 422 manat təşkil edir. İşdə olan sənədlərdən və iddia tələbindən müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-1251/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunub. İddiaçı təyin olunmuş alimentlə hazirki vəziyyətdə uşağı saxlaya bilmədiyini, onun ən xırda təlabatlarını ödəyə bilmədiyini, cavabdeh isə iddia tələblərini qəbul etməyərək məhkəmə tərəfindən müəyyən edilmiş 180 manat alimenti çətinliklə ödədiyini, hazırda mülki işdə işlədiyini, əldə etdiyi gəlirlə həm təyin olunmuş alimenti ödədiyini, həmçinin ailəsini dolandırdığını bildirir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasının 3-cü maddəsnin 1-ci bəndinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət təşkilatları və ya özəl təşkilatların, məhkəməklərin, inzibati və qanun vericilik orqanlarının hansının həyata keçirməsindən asılı olmayaraq uşaqlarla bağlı bütün fəaliyyətlərdə onların mənafeklərinin təmin edilməsinə birinci növbədə diqqət yetirilir. Qeyd edilən Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plemunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını alimentin miqdarının az olması, hazirki vaxtda azyaşlı uşağı saxlaya bilməməsi ilə əlaqələndirir. Həmçinin iddiaçı alimentin miqdarı artırıldıqdan sonra cavabdehin yüksən gəlirə malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşağın mənafeyi nəzərə alınaraq, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 1251/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmamalı və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-2006/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2006/2024
18.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver