Məhkəmə qərarları › İş №2(041)-201/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-201/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-201/2024 18.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Azərbaycan Respublilakası Vəkillər Kollegiyasının üzvü, vəkil X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc pu tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 35.000 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış 39.200 manat olmaqla cəmi 74.200 manat pulun və dövlət rüsumuna görə ödədiyi 312 manat olmaqla, ümumilikdə 74.512 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı Cavabdeh ilə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi öz aralarında razılığa gəldikləri üçün baxılmamış saxlanmasını xahiş etdiyinə görə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-201/2024 nömrəli qərardadana əsasən baxılmamış saxlanılmışdır. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-201/2024 nömrəli qərardadından verdiyi şikayətə əsasən qeyd edilən qərardad məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)- 201/2024 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, həmkəndlisi olan cavabdeh X5 2021-ci ildən bəri dəfələrlə ondan borc pul almış və borcunu vaxtında qaytarmışdır. Cavavbdeh Cavabdeh xx.xx.2023-cü il tarixdə ona yaxınlaşıb ehtiyacı olduğuna görə 35.000 manat borc pul istəmişdir. O, cavabdehin həmkəndlisi olmasını və onun həqiqətən də pula ehtiyacının olmasını nəzərə alaraq ona 35.000 manat borc pul vermişdir. Cavabdeh pulu ondan alandan sonra o, borc aldığı pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını bildirmiş, o, isə cavabdehə borc aldığı pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə ondan hər gecikdirdiyi günə görə ondan əlavə 350 maqnat pul alacağını bildirmişdir. Cavabdeh onun təklifi ilə razılaşmış və özü heç bir təsir olmadan ondan borc aldığı 35.000 manat məbləğində pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə borc aldığı 35.000 manat pulun 1% həcmində, yəni hər günə əlavə olaraq 350 manat pul ödəməyi öhdəsinə götürmüş və bu barədə hər ikisinin iştirakı ilə qəbz yazıb ona vermişdir. Cavabdeh ondan borc aldığı 35.000 manat pulu qaytaracağına söz verdiyi müddət bitəndən sonra o, cavabdehlə əlaqə saxlayaraq borc aldığı pulu qaytiarmasını tələb etmiş, lakin cavabdeh ondan əlavə vaxt istəmişdir. Sonradan isə cavabdeh müxtəlif bəhanələr gətirərək ondan borc aldığı pulu qaytarmağa pulunun olmadığını bildirib borc aldığı pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə cavabdehin həmin tarixə kimi ona olan 35.000 manat əsas borcu və gecikdirilən hər gün üçün hesablanmış 350 manat olmaqla, cəmi 68600 manat pulun qaytarılması üçün Cavabdeh qeydiyyatda olduğu ünvana ona borclu olduğu gecikdirilmiş günlərə görə hesablanmış faizlə birlikdə 68600 manat pulu qaytarması barədə xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh xəbərdarlıq məktubunu alandan sonra onunla telefon əlaqəsi saxlayıb yalvararaq bu yaxınlarda toy edəcəyini bildirib toydan yığdığı pulu toplayıb brocunun bir hissəsini ödəyəcəyinə söz versədə, sonradan həmin sözünə də əməl etməmişdir. Hazırda Cavabdeh ona ünvanladığı xəbərdarlıq məktubunun göndərilməsindən sonra keçən günlərə görə hesablanmış faizlə birlikdə 74.200 manat borcu var. Cavabdehin izahatında göstərdiyi guya onun bacanağını həbslə əlaqədar olmayan cəza verilməsinə görə cavabdehdən pul almamış və bu barədə onların arasında heç bir söhbət və razılaşma olmamışdır. Cavabdeh bununla özünü günahsız kimi göstərmək istəyir. Ona görə də Cavabdeh 35.000 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış pulun ümumi məbləği 39.200 manat olmaqla cəmi 74.200 manat pulun və dövlət rüsumuna görə ödədiyi 312 manat olmaqla, ümumilikdə 74.512 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, 2021-ci ildən etibarən həmkəndlisi olan İddiaçı borc pul almış və mddiaçı həmin borcları əvvəl ona 10 faizdən, sonra isə 20, 25 faizdən vermimşdir. O, iddiaçıdan ümumilikdə 16.000 manat borc pul almış və borc aldığı 16.000 manat pula görə iddiaçıya 26.000 manat pul ödəmişdir. İddiaçı ona borc pul verəndə Şahbazov Hafizdən və başqa-başqa adamlardan alıb gətirdiyini bildirb ondan yol xərci olaraq ondan hər dəfə əlavə 20 manat benzin pulu alırdı. Bundan başqa iddiaçı ondan borc verdiyi pula görə ondan çolpa, yumurta və benzin pulu da alırdı. O, iddiaçıdan cəmi 16.000 manat borc pul almış və həmin pula görə ona 26.000 manat pul ödəmişdir. Bundan başqa o, iddiaçıdan borc pul almamışdır. Hətda bu yaxınlarda oğluna toy edərkən onun bacanığını polis əməkdaşları tutduğuna görə hakimlə danışıb bacanağını buraxdirmağa görə ondan 1100 manat pul almış, lakin bacanağına hakim tərəfindən 10 sutka həbs cəzası veriləndən sonra həmin puldan hakimə vermək adı ilə 200 manat özündə saxlayıb qalan pulu qaytarıb ona vermişdir. İddiaçı tərəfindən şahid qismində dəvət edilmiş şahidlərin hər ikisi faizə borc verən şəxslərdir. O, həmin şahidlərin iştirakı ilə iddiaçıdan borc pul almamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzi isə iddiaçının tələbinə əsasən əlacsız qaldığına görə yazıb imzalamışdır. Hazırda onun iddiaçıya heç bir borcu qalmayıb. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 cavabdehlə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, İddiaçı və cavabdeh X2 tanıyr və onların heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. 2023-cü ilin iyun ayında İddiaçı ondan borca 10.000 manat pul almışdır. Sonradan Məhəmmədin ondan borc aldığı 10.000 manat pulu X3 verdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, iddiaçı ilə cavabdehin hər ikisini tanıyır və onların heç biri ilə ədavəti və düşmənçiliyi yoxdur. İddiaçı xx.xx.2023-cü il tarixdə ona yaxınlaşıb ondan 20.000 manat borc pul istəmişdir. Məhəmmədi yaxından tanıdığına və ona etibar etdiyinə görə həmin gün o, Məhəmmədə 20.000 manat borc pul vermişdir. Sonradan Məhəmmədin ondan borc aldığı 20.000 manat pulu X3 verdiyini eşitmişdir. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sadə formada yazılmış qəbzin surətindən görünür ki, o, ehtiyacı olduğu üçün həmkəndlisi İddiaçı xx.xx.2023-cü il tarizdə 35.000 manat borc pul almış, həmin borcu 30 iyul 2023-cü il tarixdə qaytaracağına söz vermimş və həmin tarixdə borcu qaytara bilməsə gecikdirdliyi hər gün üçün borcun (35.000) bir faizi qədərində əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. Götürdüyü öhdəliyin məsuliyyətini başa düşərək qanunda nəzərdə tutulmuş qaydada vəzifəsini bilərək qəbzin hüquqi sənəd oldduğunu təsdiq edir və qəbzin doğruluğunu imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Həmin qəbzdə Cavabdeh Ağabala oğlu İddiaçı 35.000 manat pulu sayıb qəbul ediyini qeyd edib təhfil aldı qrafasına imza etmiş, təhfil verdi qrafasına isə İddiaçı imza etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı həmkəndlisi olan cavabdeh X8 2021-ci ildən bəri dəfələrlə ondan borc pul almış və borcunu vaxtında qaytarmışdır. Cavavbdeh Cavabdeh xx.xx.2023-cü il tarixdə ona yaxınlaşıb ehtiyacı olduğuna görə 35.000 manat borc pul istəmişdir. O, cavabdehin həmkəndlisi olmasını və onun həqiqətən də pula ehtiyacının olmasını nəzərə alaraq ona 35.000 manat borc pul vermişdir. Cavabdeh pulu ondan alandan sonra o, borc aldığı pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını bildirmiş, o, isə cavabdehə borc aldığı pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə ondan hər gecikdirdiyi günə görə ondan əlavə 350 maqnat pul alacağını bildirmişdir. Cavabdeh onun təklifi ilə razılaşmış və özü heç bir təsir olmadan ondan borc aldığı 35.000 manat məbləğində pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə borc aldığı 35.000 manat pulun 1% həcmində, yəni hər günə əlavə olaraq 350 manat pul ödəməyi öhdəsinə götürmüş və bu barədə hər ikisinin iştirakı ilə qəbz yazıb ona vermişdir. Cavabdeh ondan borc aldığı 35.000 manat pulu qaytaracağına söz verdiyi müddət bitəndən sonra o, cavabdehlə əlaqə saxlayaraq borc aldığı pulu qaytiarmasını tələb etmiş, lakin cavabdeh ondan əlavə vaxt istəmişdir. Sonradan isə cavabdeh müxtəlif bəhanələr gətirərək ondan borc aldığı pulu qaytarmağa pulunun olmadığını bildirib borc aldığı pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə cavabdehin həmin tarixə kimi ona olan 35.000 manat əsas borcu və gecikdirilən hər gün üçün hesablanmış 350 manat olmaqla, cəmi 68600 manat pulun qaytarılması üçün Cavabdeh qeydiyyatda olduğu ünvana ona borclu olduğu gecikdirilmiş günlərə görə hesablanmış faizlə birlikdə 68600 manat pulu qaytarması barədə xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh xəbərdarlıq məktubunu alandan sonra onunla telefon əlaqəsi saxlayıb yalvararaq bu yaxınlarda toy edəcəyini bildirib toydan yığdığı pulu toplayıb brocunun bir hissəsini ödəyəcəyinə söz versədə, sonradan həmin sözünə də əməl etməmişdir. Hazırda Cavabdeh ona xəbərdarlıq məktubunun göndərilməsindən sonra keçən günlərə görə hesablanmış faizlə birlikdə 74.200 manat borcunun oldubunu bildirmişdir. Cavabdeh 2021-ci ildən etibarən həmkəndlisi olan İddiaçı borc pul aldığını və iddiaçının həmin borcları əvvəl ona 10 faizdən, sonra isə 20, 25 faizdən verdliyini bildirmişdir. Cavabdeh həmçinin iddiaçıdan ümumilikdə 16.000 manat borc pul aldığını, borc aldığı 16.000 manat borca görə iddiaçıya 26.000 manat pul ödədiyini, hazırda iddiaçıya borcunun olmadığını və iddiaçının məhkəməyə təqdim etdiyi qəbzi isə iddiaçının tələbinə əsasən əlacsız qaldığına görə yazıb imzaladığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh hazırda iddiaçıya borcunun olmadığını və iddiaçıdan aldığı borca görə ona 26.000 manat pul ödədiyini göstərsə də o, iddiaçıya borca görə pul ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan əlavə cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin özü tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıdan 35.000 manat borc pul alması və borcu xx.xx.2023-cü il tarixə kimi qaytara bilməyəcəyi təqdirdə hər gecikdirdiyi günə görə iddiaçıya bir faiz əlavə pul ödəyəcəyi barədə sadə formada qəbzi iddiaçının tələbinə əsasən əlacsız qaldığına görə yazdığını bildirməsinə baxmayaraq o, həmin qəbzi yazandan sonra iddiaçının qəbzi ona təsir edib yazdırmasını mübahisələndirməmiş və bununla bağlı heç bir aidiyyəti orqana müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları olan disklərin iddiaçının məlumatı olmadan cavabdeh tərəfindən gizlin surətdə yazıldığından həmçinin onun yazılma tarixi və yazılma yeri barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən və həmə həmin diskləri sübut kimi qəbul etmir. Azərbaycan Reçpublikası Mülki Prosessual Məcəlləsinin 95.2-ci maddəsinin tələbinə görə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya videoyazılardan sübut kimi istifadə oluna bilməz. İş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş subutlara məcmuu halında qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 35.000 manat borc pul verərkən Cavabdeh tərəfindən həmin borcu iddiaçıdan alması ilə bağlı sadə formada qəbz tərtib edərkən iddiaçının tələbi ilə həmin borcu qısa müddət ərzində (xx.xx.2023-cü ilə kimi) qaytaracağı, əks təqdirdə isə qaytara bilməyəcəyi halda hər gecikdirdiyi günə görə iddiaçıya borcun bir faizi həcmində (350 manat) əlavə pul ödəyəcəyini bildirməsi onun maddi vəziyyətini ağırlaşdırmaqla qanunvericiliyin tələbləri baxımından etimad və vicdanlılıq prinsiplərinə ziddir. Belə olan halda məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı 35.000 manat borca görə ona əlavə 5.000 manat cərimə hesablanmasını qanunvericiliyin tətbiqi baxımından ağlabatn hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb məyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 420.1.1 və 420.1.2-ci maddələrinə əsasən təklif etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina etmək və ya bu və ya digər işi icra etmək üçün tənasübsüz surətdə uzun və ya aşkar qısa müddət (təklifin qəbul və icra edilməsi müddətləri) müəyyənləşdirdiyini ifadə edən müddalar, təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar müqavilənin standart şərtində etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 35.000 manat əsas borc, 5.000 manat cərimə, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 210 manat dövlət rüsumu olmaqla, ümumilikdə 40210 (qırx min iki yüz on) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 35.000 manat əsas borc, 5.000 manat cərimə, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 210 manat dövlət rüsumu olmaqla, ümumilikdə 40210 (qırx min iki yüz on) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar