Məhkəmə qərarları › İş №2(041)-2048/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2048/2025

27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2048/2025 27.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan DAİMLER CHRAYSLER-C 180 minik markalı, mühərrik **********858 BAN WDB2020181A25811, buraxılış ili 1995-ci il, dövlət qeydiyyat nömrəsi **-CX-*** olan nəqliyyat vasitəsini, olmadıqda 12000 min ABŞ dolları alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, 2007-ci il tarixdə mülkiyyətində olan DAİMLER CHRAYSLER-C 180 minik markalı, mühərrik **********858 BAN WDB2020181A25811, buraxılış ili 1995-ci il, dövlət qeydiyyat nömrəsi **-CX-*** olan nəqliyyat vasitəsini satarkən cavabdlər ona yaxınlaşaraq maşını almaq istədiyini bildirmişlər. Lakin pulları olmadığı üçün Bankdan pul götürüb maşını alacağını bildirmişlər. Onlar banka getmiş və bildirmişlər ki, “ancaq banka maşının mülkiyyətçisi adına sala bilər”. Öz aralarında razılaşmaya əsasən maşını banka kreditə onun adına qoyaq 12000 min ABŞ dolları müqabilində ödəməklə aylıq pullarını ödəyəcəklərini bildirmişlər. Maşını banka onun adına kreditə qoymuş və o da Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ ilə etibarnamə və sığorta şəhədətnaməsi vermiş, maşını aldıqdan sonra ona heç bir ödəniş etməmişlər. Bundan Bankdan ona xəbərdalıq məktubunun gəldiyi zaman məlumatı olmuş. 29 oktyabr 2012-ci ildə o cavabdehlərdən 1 nömrəli notariusda iltizam almış və söz vermişlər ki, pulu ödəyəcəklər. O cavabdehlərlə işin məhkəmədən kənar həll olunmasını istəsə də, cavabdehlər onunla razılaşmamış və oda məcbur olub bu işin məhkəmə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Beynəlxalq Bankı Şəmkir filialı ilə onun arasında bağlanmış 16 may 2007-ci il tarixli 184 nömrəli kredit müqaviləsinə əsasən bankdan illik 24 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Daymler-Kraysler C 180 markalı minik avtomobilini banka girov qoymuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyul 2008-ci il tarixli, 2(043)-779/2008 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialının ona qarşı kredit borcunun ödənilməsi talabina dair iddiası təmin edilərək, ondan əsas borc üzrə 12.900 ABŞ dolları məbləğində pulun və 19 manat 80 qəpik dövlət rüsumunun alınaraq Azərbaycan Beynəlxalq Bankın Şəmkir filialına verilməsi, borcun ödənilməsi ABB Şəmkir filialı qarşısında ipoteka ilə yüklü edilmiş onun adına qeydə alınmış Daymler-Kraysler C 180 markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi qət edilmişdir. Bankda girovda olan Daymler-Kraysler C 180 markalı minik avtomobilini şifahi əqd əsasında Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olan Cavabdeh1 satmış və sonuncu Gəncə şəhərində qeydiyyatda olan Cavabdeh2 ilə birlikdə avtomobilə görə borcu banka ödəməyə öhdələrinə götürmüş və ona notariat qaydada təsdiq edilmiş yazılı iltizam vermişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə 11.213,60 (19,063,12 manat) ABŞ dolları pulun müştərək qaydada “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına (Azərbaycan Respublikası Beynəlxalq Bankına) ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə iddiası Kürdəmir Rayon Məhkəməsinin 2(041)-703/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə onunla əsaslandırılmışdır o, bankın mənefiyinin müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldıra bilməz, yalnız özünün pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Ona görə də, hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmış və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdehlər məhkəməyə gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olan Cavabdeh1 və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 xx.xx.2012-ci il tarixdə imzaladıqları iltizamda göstərilir: “Cavabdeh1 Gəncə şəhəri, 1 saylı DNK-nun 11 dekabr 2011-ci il tarixli 7E-20- 24154 reyestrli etibarnamə əsasında “DAİMLER CHRAYSLER-C180” minik markalı, mühərrik **********8584, Ban Nè WDB2020181A25811, buraxılış ili 1995, qeydiyyat dövlət nişanlı **-CX-*** olan nəqliyyat vasitəsini girovda olan əsnasında ünvan 2 ünvanda qeydiyyatda olan, Gəncə-Kəpəz RPŞ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE № 03857956 seriyalı şəxsiyən vəsiqəsi olan İddiaçı almışam. Mən Cavabdeh1 900 (doqquz yüz) AZN manat məbləği 31 dekabr 2012-ci il tarix müddətinə ödəyəcəyəm və banka qalan borcunun yuxarıda göstərilən nəqliyyat vasitəsi görə ABB Şəmkir filialına ödəyəcəyəm. Bununla əlaqədar vuxarıda göstərilən nəqliyyat vasitəsinə dair hər hansı bir anlaşılmazlıq, ABB Samkir filialından ödəmə (tutma), qanun pozuntusu aidiyyatı üzrə orqanlardan qarşısında çıxarsa mən Cavabdeh2 öhdəmə götürürəm ki, bütün xərcləri özüm ödəyəcəyəm. İddiaçı məsuliyyət daşımır. Biz Cavabdeh1 və öhdəçi Cavabdeh2 göstərilənləri yerinə yetirməsək İddiaçı bizə dair müvafiq orqanlara iddia və tələb irəli sürə bilər. Gələcəkdə bununla bağlı hər hansı bir anlaşılmazlıq baş verərsə sözlərimizə görə məsuliyyət daşımağa hazırıq” qeyd olunub və Cavabdeh1, Cavabdeh2 iltizamın doğruluğunu imza ilə təsdiq edib. - Beynəlxalq Sığorta Şirkəti nəqliyyat vasitələrinin (kasko) sığorta şəhadətnaməsinə əsasən, “DAİMLER CHRAYSLER-C 180 minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər etibarlı olan KASKO sığorta müqaviləsi bağlanmışdır. -ƏN-İ-362161 nömrəli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 DAİMLER CHRAYSLER-C 180 minik markalı, mühərrik: **********858 Ban:WDB2020181A25811, buraxılış ili 1995-ci il, dövlət qeydiyyat nömrəsi **-CX-*** olan nəqliyyat vasitəsini beş il müddətinə (xx.xx.2012) idarə etməyi etibar etmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyul 2008-ci il tarixli, 2(043)- 779/2008 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialının cavabdeh İddiaçı qarşı kredit borcunun ödənilməsi talabina dair iddiası təmin edilərək, cavabdeh İddiaçı əsas borc üzrə 12.900 ABŞ dolları məbləğində pulun və 19 manat 80 qəpik dövlət rüsumunun alınaraq Azərbaycan Beynəlxalq Bankın Şəmkir filialına verilməsi, borcun ödənilməsi ABB Şəmkir filialı qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı adına qeydə alınmış Daymler-Kraysler C 180 markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi qət edilmişdir. Həmin qətnamədə istinad edilən: - 16 may 2007-ci il tarixli 184 nömrəli kredit müqaviləsindən görünür ki. Azərbaycan Beynəlxalq Bankı Şəmkir filialı ilə İddiaçı arasında kreditdən istifadəyə görə illik 24 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. - həmin tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Daymler- Kraysler C 180 markalı minik avtomobilini banka girov qoymuşdur. - AA № 895783 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki. Daymler-Kraysler C 180 markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomaşını İddiaçı adına 15 may 2007-ci il tarixdə qeydə alınmış və ABB Şəmkir filialının icazəsi olmadan özəlləşdirilməməsi qeyd edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin 2(041)-703/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə 11.213,60 (19,063,12 manat) ABŞ dolları pulun müştərək qaydada “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına (Azərbaycan Respublikası Beynəlxalq Bankına) ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. İşin faktiki hallarından məlum olur ki, Azərbaycan Beynəlxalq Bankı Şəmkir filialı ilə İddiaçı arasında bağlanmış 16 may 2007-ci il tarixli 184 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı bankdan illik 24 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Daymler-Kraysler C 180 markalı minik avtomobilini banka girov qoymuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyul 2008-ci il tarixli, 2(043)-779/2008 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialının cavabdeh İddiaçı qarşı kredit borcunun ödənilməsi talabina dair iddiası təmin edilərək, cavabdeh İddiaçı əsas borc üzrə 12.900 ABŞ dolları məbləğində pulun və 19 manat 80 qəpik dövlət rüsumunun alınaraq Azərbaycan Beynəlxalq Bankın Şəmkir filialına verilməsi, borcun ödənilməsi ABB Şəmkir filialı qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı adına qeydə alınmış Daymler-Kraysler C 180 markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi qət edilmişdir. İddiaçı bankda girovda olan Daymler-Kraysler C 180 markalı minik avtomobilini şifahi əqd əsasında Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olan Cavabdeh1 satmış və sonuncu Gəncə şəhərində qeydiyyatda olan Cavabdeh2 ilə birlikdə avtomobilə görə borcu banka ödəməyə öhdələrinə götürmüş və İddiaçı notariat qaydada təsdiq edilmiş yuxarıda qeyd edilən məzmunda yazılı iltizam vermişlər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə 11.213,60 (19,063,12 manat) ABŞ dolları pulun müştərək qaydada “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına (Azərbaycan Respublikası Beynəlxalq Bankına) ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə iddiası Kürdəmir Rayon Məhkəməsinin 2(041)-703/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Hazırki iş üzrə İddiaçı iddiasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan DAİMLER CHRAYSLER-C 180 minik markalı, mühərrik **********858 BAN WDB2020181A25811, buraxılış ili 1995-ci il, dövlət qeydiyyat nömrəsi **-CX-*** olan nəqliyyat vasitəsini, olmadıqda 12000 min ABŞ dolları alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiasının əsası kimi Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olan Cavabdeh1 və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 xx.xx.2012-ci il tarixdə imzaladıqları iltizama istinad etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1. alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı şərtləşdirilmiş qaydada satdığı avtomobili, avtomobil olmadığı təqdirdə onun dəyərini cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan DAİMLER CHRAYSLER-C 180 minik markalı, mühərrik **********858 BAN WDB2020181A25811, buraxılış ili 1995-ci il, dövlət qeydiyyat nömrəsi **-CX-*** olan nəqliyyat vasitəsini, olmadıqda qətnamənin icra olunduğu gün manat məzənnəsi ilə 12000 (on iki min) ABŞ dolları tutularaq İddiaçı ödənilməlidir. İşdə olan ödəniş qəbzinə görə iddiaçı hazırki iddia tələbinə görə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət cavabdehlərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan DAİMLER CHRAYSLER-C 180 minik markalı, mühərrik **********858 BAN WDB2020181A25811, buraxılış ili 1995-ci il, dövlət qeydiyyat nömrəsi **-CX-*** olan nəqliyyat vasitəsini, olmadıqda qətnamənin icra olunduğu gün manat məzənnəsi ilə 12000 (on iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar