Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-205/2024 29.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4321 manat pul və ödədiyi 63 manat dövlət rüsumu, ümumilikdə 4384 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Ağsu rayonunun Xəlilli kəndində yaşayır, Cavabdeh onun qudasıdır. 2020-ci ilin sentyabrında oğlu X12 qudası Anaxanımın X3 ilə nişanlanıblar. Cavabdehlə heç bir ədavəti düşmənçiliyi yoxdur, münasibətləri normal olub. Cavabdeh ona Bakı şəhəri Ramana qəsəbəsində yerləşən Şuşa qaçqınları şəhərciyində bacısının 4 sot torpaq sahəsi olduğunu bildirmişdir. O, isə Anaxanıma orada ev tikməyin çətin olduğunu bildirib Nasosnudan torpaq sahəsi almasını bildirmiş 2021-ci ilin avqust ayında Kürdəmir rayonu Şahsevən kəndində yerləşən Anaxanıma məxsus olan evdə Anaxanıma torpaq sahəsi almaq üçün 3400 manat pul vermişdir. Bundan sonra isə 921 manat pulu poçt vasitəsi ilə Anaxanıma göndərmişdir. Hər dəfə Anaxanımla danışanda ondan torpağı alıb-almadığı barədə soruşanda Anaxanım ona “darıxma torpaq bacıma məxsusdur o, aldatmaz” deyib bildirmişdir. 2022-ci ilin mart ayının 27-də Kürdəmir rayonu Şahsevən kəndində Anaxanıma məxsus olan evdə qız toyu olmuş və Anaxanım onun oğlundan toy etmək üçün 1000 manat pul almışdır. Toydan sonra oğlu Nəsib və gəlini Ayşə ilə nikah olmadan 4 ay bir yerdə yaşamışlar. Sonradan oğlu Nəsibdən Anaxanımın torpağı alıb-almaması barədə soruşmuş torpağı 1 ildən çoxdur ki, Ayşənin adına keçirildiyini bildirmişlər. Lakin gəlini Ayşənin adına heç bir torpağın keçiriləmədiyini öyrənmişdir. O, Anaxanıma pul verməzdən əvvəl oğlu Nəsibi Anaxanımın tapdığı və torpaq sahəsini satan İsmayıllı sakini Mehdi Allahverdiyev ilə torpaq sahəsinə baxmasına göndərmişdir. O, ümumilikdə Anaxanıma 5000 manatdan çox pul versə də o, torpaq sahəsi almaq üçün Anaxanıma verdiyi 4321 manat pulu tələb edir. Ona görə də Cavabdeh 4321 manat pul və ödədiyi 63 manat dövlət rüsumu, ümumilikdə 4384 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia ərizəsi ona qarşı şər və böhtan olmaqla yanaşı qərəzlidir, onun şərəf və ləyaqətinin alçaldılmasına xidmət edir. Qızı X2 rayonunun Xəlilli kənd sakini X12 ilə 2020-ci ilin avqust ayında nişanlanmışlar, 2022-ci ilin mart ayının 27-də qızının toy mərasimi olmuş, 2022-ci ilin aprel ayının 5-də Abşeron rayonunun Lökbatan qəsəbəsində yerləşən Nəsibin kirayə tutduğu evə gəlin köçmüşdür. Oğlan toyunun olmaması isə kürəkəni Nəsibin qardaşının vəfat etməsi ilə əlaqədar olmuşdur. Qızı Ayşə ilə Nəsibin arasında rəsmi nikah qeyd edilməmişdir. Nikahın qeyd edilməsi ilə əlaqədar qızı Ayşə 2 dəfə, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə qan analizi versə də, kürəkəni Nəsib analiz vermədiyinə görə onların nikahları rəsmi qeyd olunmamışdır. Qızı ilə kürəkəni əvvəllər mehriban yaşamışlar, sonradan, yəni 2022-ci ilin iyul ayında onların arasında mübahisə yaranmış və qızı onun yanına gəlmişdir. Bundan sonra iddiaçının oğlu Nəsib onun qızına qarşı daha aqressiv olmaqla, içki aludəçisi olmuş və evə ərzaq almamış qızının maddi tələbatlarını ödəməmişdir. Qızı Ayşə ailədə yaranmış xoşagəlməz vəziyyətə son qayulmasını Nəsibdən tələb etdikdə Nəsib onu döyərək ona xəsarətlər yetirmişdir. Nəsibin ona qarşı etdiyi hərəkətlərə dözə bilməyən qızı Ayşə 2023-cü ilin avqust ayının 22-də kirayə yaşadıqları evi tərk edərək onun yanına gəlmişdir. X20 birlikdə yaşadığı 1 il 4 ay ərzində Nəsib tərəfindən qızına verilən mənəvi əzab və döyülməsi nəticəsində qızının səhhətində problemlər yaranmış və hazırda müalicə olunur. İddiaçı Abşeron rayonu ərazisində torpaq sahəsi almaq üçün ona nağd qaydada pul verməmiş və ya poçt vasitəsi ilə pul göndərməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edi. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X6 İddiaçı məlumatı və ərizəsi əsasında toplanmış HK-1- 29 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı iddiası mülki iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları İddiaçı izah edilmişdir. Həmin material üzrə Kürdəmir rayon polis şöbəsində araşdırma aparılarkən izahatı alınmış Cavabdeh izahatında İddiaçı torpaq sahəsi almaq üçün ona pul vermədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X9 Bakı Metropolitenində Polis İdarəsindən Kürdəmir RPŞ-yə daxil olmuş və X10 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub Kürdəmir RPŞ-si tərəfindən onunla əlaqə saxlanılmadığı üçün özünü metronun Xalqlar Dostluğu stansiyasında qatarın altına atması ilə əlaqədar toplanmış HK- 1-406 nömrəli material üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Ağsu rayonunun Xəlilli kəndində yaşayır, Cavabdeh onun keçmiş qudasıdır. 2020-ci ilin sentyabrında oğlu X1 X3 ilə nişanlanmışlar. Cavabdeh iddiaçıya Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən Şuşa qaçqınları şəhərciyində bacısının 4 sot torpaq sahəsi olduğunu bildirmişdir. İddiaçı isə Anaxanıma orada ev tikməyin çətin olduğunu bildirib, Nasosnudan torpaq sahəsi almasını bildirmişdir. Bundan sonra iddiaçı 2021-ci ilin avqust ayında Kürdəmir rayonu Şahsevən kəndində yerləşən Anaxanıma məxsus olan evdə Anaxanıma torpaq sahəsi almaq üçün 3400 manatı nağd vermiş, 921 manatı isə poçt vasitəsi ilə Anaxanıma göndərmişdir. Hər dəfə Anaxanımla danışanda ondan torpağı alıbalmadığı barədə soruşanda Anaxanım ona “darıxma torpaq bacıma məxsusdur o, aldatmaz” deyib bildirmişdir. 2022-ci ilin mart ayının 27-də Kürdəmir rayonu Şahsevən kəndində Anaxanıma məxsus olan evdə qız toyu olmuş və Anaxanım onun oğlundan toy etmək üçün 1000 manat pul almışdır. Toydan sonra oğlu Nəsib və gəlini Ayşə ilə nikah olmadan 4 ay bir yerdə yaşamışlar. Sonradan oğlu Nəsibdən Anaxanımın torpağı alıbalmaması barədə soruşmuş torpağı 1 ildən çoxdur ki, Ayşənin adına keçirildiyini bildirmişlər. Lakin gəlini Ayşənin adına heç bir torpağın keçiriləmədiyini öyrənmişdir. O, Anaxanıma pul verməzdən əvvəl oğlu Nəsibi Anaxanımın tapdığı və torpaq sahəsini satan İsmayıllı sakini Mehdi Allahverdiyev ilə torpaq sahəsinə baxmasına göndərmişdir. İddiaçı ümumilikdə Anaxanıma 5000 manatdan çox pul versə də, o, torpaq sahəsi almaq üçün Anaxanıma verdiyi 4321 manat pulu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddiaçının ona torpaq sahəsi almaq üçün pul vermədiyini bildirmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 8 ədəd dublikat çeklərdəki pul məbləğləri X12 tərəfindən "xxxx" MMC vasitəsi ilə X7 göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh ümumilikdə 5000 manatdan çox pul verdiyini bildirib ondan torpaq sahəsi almaq üçün verdiyi 4321 manat pulu tələb etdiyini bildirsə də o, cavabdehə torpaq sahəsi almaq üçün 4321 manat məbləğində pulu verməsi ilə bağlı hər hansı bir sübutu (nağd və ya poçt vasitəsi ilə göndərilmə) məhkəməyə təqddim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-205/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-205/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver