Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-208/2024 15.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3320 manat və dövlət rüsumu olaraq ödədiyi 53,20 manat olmaqla, cəmi 3373,20 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh vəsatətinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)- 208/2024 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 9/2059 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2059/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayır. 30 oktyabr 2023-cü il tparixdə saat 17.00 radələrində mülkiyyətində olan KİA SERATO markalı, ** BN *** nömrəli avtomobili ilə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu istiqamətində idarə edərkən 3 baş inəyin yolun sağından yolun hərəkət hissəsinə çıxmış və onlardan biri asfalt qatında onun avtomobilinə dəymiş və avtomobil yararsız hala düşmüşdür. Onun maşınına 3320 manat maddi ziyan dəymişdir. O, Qorxmazla işin məhkəmədənkənar həll olunmasını istəsə də, Qorxmaz onunla razılaşmamış və o, da məcbur olub bu işin məhkəmə müstəvisində həll olunması məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 3320 manat və dövlət rüsumu olaoraq ödədiyi 53,20 manat olmaqla, cəmi 3373,20 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etiməyərək göstərdi ki, İddiaçı xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomaşınla Ağsu-Kürdəmir-İmişli yolunda hərəkət edərkən Yol hərəkəti qaydalarını pozaraq ona məxsus bir baş inəyi vurub ona məddi ziyan vurmuşdur. İddliaçı ona vurduğu ziyanı ödəmək əvəzində ondan əsassız olaraq ziyan tələb edir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materitallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)- 990/2023 nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzhibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat msiqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli Ziyan aktından görünür ki, İddiaçı məxsus “KİA SERATO“ markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyəri 3320 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2059 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Kürdəmir şəhər avtomobillərə texniki Xidmət Məntəqəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “KİA SERATO“ markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3340,0 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, o, Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayır. 30 oktyabr 2023-cü il tparixdə saat 17.00 radələrində mülkiyyətində olan KİA SERATO markalı, ** BN *** nömrəli avtomobili ilə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu istiqamətində idarə edərkən 3 baş inəyin yolun sağından yolun hərəkət hissəsinə çıxmış və onlardan biri asfalt qatında onun avtomobilinə dəymiş və avtomobil yararsız hala düşmüşdür. Onun maşınına 3320 manat maddi ziyan dəymişdir. Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2023-cü il tarixli, 04 nömrəli Ziyan aktından görünür ki, İddiaçı məxsus “KİA SERATO“ markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyəri 3320 manat müəyyən edilmişdir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçıya məxsus “KİA SERATO“ markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyərinin 3340,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçıya məxsus “KİA SERATO“ markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir dəyərinin 3340,0 manat olduğu müəyyən edilsə də iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı onun idarə etdiyi avtomobilinə dəyən maddi ziyana görə heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habel hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzini ödəmək tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzininaturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 2320 manat və 53,20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2320 manat və 53,20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X1, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-208/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-208/2024
15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver