Məhkəmə qərarları › İş №2(041)-2094/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2094/2025

11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2094/2025 11.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, X1 ona vurduğu maddi ziyan 8200 (səkkiz min iki yüz) manat pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 1993-cü ildən biri-birilərini tanıyır, dost kimi yaxşı münasibətdə olmuşlar. Təxminən 33 (otuz üç) il bundan əvvəl keçmiş SSRİ rublları Azərbaycan manatına dəyişdirilərkən 42000000 rubl pulu olmuş və bu barədə həmin vaxtı Mollakənd neft şıxarma idarəsində işlədiyi üçün Fərhada demiş, Fərhad da ona həmin pulu Azərbaycan manatı ilə əvəz edib qaytaracağını bildirmişdir. Fərhad pulu ona verəndən 1 həftə sonra dəyişdiyini Fərhad ona demiş, həmin vaxtlar onun başına hadisələr gəldiyi üçün təxminən 4 (dörd) ildən sonra Fərhaddan həmin pulu istəmiş, lakin pulu ona qaytarmamaq üçün ona hər dəfə bir bəhanə gətirdiyi üçün xx.xx.2025-ci il tarixində o Kürdəmir RPŞ-nə muraciət etmiş, cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, iddia tələbini aşağıda göstərdiyi iki əsas səbəblərə görə qəbul etmir: 1. İddiaçı ilə 1990-cı illərdən tanımış və həmin müddətdə aralarında dostluq münasibəti yaranmışdır. İddiaçı 1993-cü ildə onun yanına (həmin vaxt o İmişli rayonunda Yanğından Mühaizə İdarəsində yanğınsöndürən işləyirdi) gələrək keçmiş SSRİ dövlətinə aid olan 42.000.000 (qırx iki milyon) rubl olduğunu, yaşadığı Ağsu rayonunda həmin pulu dəyişə bilmədiyini və həmin pulu Neft çıxarma İdarəsində dəyişdirilməsinin mümkün olmasını eşitdiyinə görə həmin pulu dəyişmək istədiyini bildib, həmin pulun dəyişdirilməsində ona ona kömək etməyini xahiş etmişdi. O onun xahişinə əsasən işlədiyi idarənin kassirindən həmin pulun dəyişdirilməsinin mümkün olub-olmamasını soruşanda kassir ona keçmiş SSRİ dövlətindən qalan pulun dəyişmə müddətinin bitdiyinə görə hazırda dəyişməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı yaşadığı Ağsu rayonuna getmiş. İddiaçı həmin vaxt ona özündə olan keçmiş SSRİ dövlətindən qalan pulu ümumiyyətlə göstərməyib nə də o, ona pul verməyib. 2. Həmçinin, iddiaçı təxminən 33 il bundan əvvəl keçmiş SSRİ dövlətinə aid olan 42.000.000 (qırx iki milyon) rublu dəyişmək məqsədilə ona verdiyini bildirir və həmin ərəfədə onun başına bir neçə hadisə səbəbindən (həmin ərəfədə mənim başıma hansısa bir hadisənin gəlməsini mən özüm xatırlamıram) ona verdiyi pulu ala bilmədiyini qeyd edir. Yuxarıda qeyd edildiyi kimi iddiaçı 33 il bundan əvvəl özündə olan keçmiş SSRİ dövlətinə aid olan 42.000.000 manat pulu dəyişdirilməsi ilə bağlı müraciət etsə də, o, ona pul verməmiş və sadəcə olaraq onunla olan dostluq münasibətinə görə bir neçə adamlara iddiaçıda olan pulun dəyişdirilməsi ilə ağlı müraciət etməyinə baxmayaraq keçmiş SSRİ dövlətinə aid olan pulların dəyişdirilməsi üçün təyin edilmiş vaxtın bitdiyinə görə bunun mümkün olmadağını iddiaçının özünün iştirakı ilə onlara bildirmişlər. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimidirsə 33 il bundan əvvəl ona pul vermişdirsə, həmin ərəfədə 4 il ərzində başına gələn hadisələrdan sonra iddiaçı ona verdiyi pulun geri qaytarılması ilə bağlı hər hansı bir aidiyyəti orqana, ən azından özünə və ya məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi iddiaçının tələbi tamamilə əsassız olmaqla bərabər o, iddia müddətini ötürməklə məhkməyə müraciət etmişdir. İddiaçı dəyişdirmək istədiyi keçmiş SSRİ dövlətinə aid olan 42.000.000 (qırx iki milyon) manat pulu 33 il bündan əvvəl dəyidirmək istəməsi ilə bağlı ona müraciət etsə də, həmin pulun dəyişdirilməsi üçün müəyyənləşdirilmiş müddət tamam olduğuna görə o, həmin məbləğdə pulu şəxsən ona verməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində heç bir sübuta istinad etmədən guya onun başına hansısa hadisənin gəlməsindən təsirləndiyinə görə məhkəməyə müraciət etmədiyini göstərir. Bununla bağlı iddiaçı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Göstərilənlərə əsasən İddiaçı ona qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia tələbi əsassız bir iddia tələbi olmaqla ondan qisas almaq məqsədi daşıyan heç bir hüquqi əsası olmayan saxta bir tələb olduğundan, həmçinin iddiaçının iddia tələbinin qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə verildiyinə görə təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 izahatında eddiya dair etirazda qeyd etdiyi xüsusatları təsdiq edərək, habelə iddiaçı iddia müddətini keçirdiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X5 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Ağsu rayonu Cəlayir kəndində yaşayan Soltanov X6 RPŞ-yə ərizə ilə müraciət edərək, xeyli müddət əvvəl X1 ona məxsus olan 8200 manat pulunu ələ keçirdiyini, Fərhad İsgəndərovun cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdir. Araşdırma zamanı İddiaçı izahatında, X3 təxminən 1993-cü ildən tanıdığını, onunla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, təxminən 33 il bundan əvvəl SSRİ pulunun Azərbaycan manatı ilə əvəz olunduğu üçün onun özüməməxsus olan 42000000 SSRİ pulu olduğunu, onda olan pulu Azərbaycan manatı ilə əvəz etmək istədiyini, ona görədə bununla bağlı Fərhada dediyini, Fərhadında həmin vaxtı Mollakənd neft çıxarma idarəsində işlədiyini, Fərhadın ona həmin pulu Azərbaycan manatına çevirə biləcəyini dediyini, elə həmin vaxtı Fərhadın yaşadığı evdə 42000000 SSRİ pulunu ona verdiyini, Fərhadında ona həmin pulu Azərbyacan manatı ilə əvəz edib qaytaracağını dediyini, Fərhada həmin pulu verəndən 1 həftə sonra pulu Azərbaycan manatı ilə dəyişdiyini ona dediyini, Fərhadın həmin vaxtı övladına toy məclisi etdiyi üçün pulu ondan istəmədiyini, lakin onunla dostluq münasibəti olduğu üçün ondan pulu istəmədiyini, təxminən 4 ildir ki, Fərhaddan həmin pulu istədiyini, lakin Fərhadın həmin pulu ona qaytarmamaq üçün ona hər dəfə bir bəhanə gətirdiyini, ona pul verməkdən imtina etdiyini, hal hazırda Fərhadın ona 8400 manat pul borcunun olduğunu bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahatında, İddiaçı təxminən 1993-cü ildən tanıdığını, onunla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, 1995-ci ilədək DİN-nin 20 saylı hərbiləşdirilmiş Yanğından Mühafizə dəstəsində işlədiyini, elə həmin ərfələrdə Əhmədin onun yanıma gəlib SSRİ pulunun manata çevrildiyini onunda SSRİ pulunun olduğunu dediyini, həmin pulu manata çevirməyini ondan istədiyini, onunla razılaşdığını, Əhmədin həmin pulu onun işlədiyi iş yerinin mühasibatlığına gətirdiyini, həmin pulu mühasibatlıqda onun xahişi əsasında manata çevirdiklərini və həmin pulu Əhmədə verdiklərini, Əhmədin nə qədər SSRİ pulunu manata çevirməsi ilə bağlı xatırlamadığını, Əhmədin ona təxminən 20 il bundan əvvəl 42000000 SSRİ pulu vermədiyini, Əhmədin onun barəsində etdiyi müraciətin yalan olduğunu, təxminən 15 ildən münasibəti artıq müddətdir ki, Əhmədlə dostluq etmədiyini, onu 15 ildir ki, görmədiyini, Əhmədə pul borcunun olmadığını bildirmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Ağsu rayonu Cəlayir kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməli, tərəflər arasında pul ilə bağlı məsələ götürülmüş öhdəliyin yerinə yetirilməməsi ilə bağlı olması mülki xarakter daşıdığından bununla bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olması tərəflərə izah edilməlidir. Tərəflərin izahatından və işə əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X5 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, tərəflər arasında mübahisə 1992-1993-cü illərdə Azərbaycanın milli pul vahidi olan manatın dövriyyə buraxılması zamanı iddiaçıda olan rublların manata dəyişdirilməsi ilə əlaqədar yaranmışdır. İddiaçı özünə məxsus 42000000 rubl pulu dəyişdirilməsi üçün cavabdehə verdiyini və həmin pulun manatla məzənnəsi ilə ona qaytarılmadığını iddia edir, cavabdeh isə polis şöbəsində verdiyi izahatında iddiaçının həmin pulu onun işlədiyi iş yerinin mühasibatlığına gətirdiyini, onun xahişi əsasında manata çevirdiklərini və həmin pulu Əhmədə verdiklərini bildirsə də, məhkəmədə verdiyi izahatında və iddaya dair etirazında iddiaçının 33 il bundan əvvəl özündə olan 42.000.000 rubl pulun dəyişdirilməsi ilə bağlı müraciət etdiyini, ona pul vermədiyini, sadəcə olaraq onunla olan dostluq münasibətinə görə bir neçə adamlara iddiaçıda olan pulun dəyişdirilməsi ilə bağlı müraciət etməyinə baxmayaraq pulların dəyişdirilməsi üçün təyin edilmiş vaxtın bitdiyinə görə bunun mümkün olmadağını iddiaçının özünün iştirakı ilə onlara bildirildiyini göstərmişdir. Cavabdeh eyni zamanda iddiaya dair etirazında iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycanın milli valyutası - milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub. 1992-ci ilin avqustundan 1994cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. - 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında gəlinən nəticəyə görə; - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; - Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi heç bir sübut məhkəməyə təqdim etmədiyindən və iddia müddətini ötürdüyünə görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar