Məhkəmə qərarları › İş №2(041)-2099/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2099/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2099/2024 16.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə İddiaçı oğlunun cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X1 2800 manat pulun və ödənilmiş rüsumuna görə 48 manat pulun ümumilikdə 2848 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvülərb blə birlikdə Kürdəmir şəhərində yaşayır. Özü məllimədir. Cavabdeh Kürdəmir şəhər 5 saylı orta məktəbin direktoru işləyəndən tanıyıb. Onunla həmkar kimi münasibəti olub. X7 Ali təhsilli müəllimə olduğu üçün onu işə düzəltmək qərarına gəlib və buna görə həmin vaxt Kürdəmir şəhər 5 saylı orta məktəbinin direktoru işləmiş Cavabdeh çoxdan tanıdığı üçün ona müraciət edib. Cavabdeh bir neçə gündən sonra ona bildirib ki, qızını işə götürmək mümkündür. Bunun 4000 manat xərci var. Həmin 4000 manat pulu verəcəksən mənə məndə sənin qızını Kürdəmir şəhər 5 nömrəli orta məktədə Azərbaycan dili müəlliməsi olaraq işə götürəcəm. O da Cavabdehla razılaşıb. Cavabdeh həmin 4000 manat pulun 1000 manatını özünün iş yerindəvermiş, 3000 manatı isə cavabdehin işlədiyi 5 saylı məktəbdə verib. Üstündən xeyli müddətdə keçməsinə baxmayaraq Cavabdeh qızımı işə düzəltməyib. Hərdəfə soruşanda bugün sabah düzələcək deyib onu arxeyin salıb. Artıq cavabdehin onu aldatdığını hiss edib ona verdiyim pulu geri tələb etməyə başlayıb. Cavabdeh hazırda 5 saylı orta məktəbdə müəllim işləyir o, çoxtandır ki, məktəb diretorluğundan çıxıb. Ondan uzun müddət pulumu tələb etdikdən sonra cavabdeh ona müxtəlif tarixlərdə 900 manat, 200 manat və yaxınlarda da 100 manat pul qaytarıb. Cavabdeh ona ümumilikdə verdiyi 4000 manat puldan 1200 manat pul qaytarıb və ona hazırda 2800 manat borcu qalıb. Cavabdeh ona olan 2800 manat borcunu ödəyəcəyinə söz versədə ödəmir. Ona görə də cavabdehin ona olan 2800 manat pul borcunun alınıb verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlib.Ona görədə cavabdeh X1 ödədiyi dövlət rüsumu ilə birlikdə 2848 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qəbul edərək göstərdi ki İddiaçı müəllim həmkarı kimi tanıyır. Ona pul lazım olduğu üçün iddiaçıdan 4000 min manat borc pul almış, müxtəlif vaxtlarda həmin puldan 1200 manat qaytarmışdır. Sonradan maddi imkanı olmadığı üçün iddiaçıya olan borcunu qaytara bilməmişdir. Hazırda onun iddiaçıya 2800 manat borcu var. O, məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, İddiaçı 2800 manat borcunun olduğunu bildirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ailə üzvülərb blə birlikdə Kürdəmir şəhərində yaşayır. Özü məllimədir. Cavabdeh Kürdəmir şəhər 5 saylı orta məktəbin direktoru işləyəndən tanıyıb. Onunla həmkar kimi münasibəti olub. X7 Ali təhsilli müəllimə olduğu üçün onu işə düzəltmək qərarına gəlib və buna görə həmin vaxt Kürdəmir şəhər 5 saylı orta məktəbinin direktoru işləmiş Cavabdeh çoxdan tanıdığı üçün ona müraciət edib. Cavabdeh bir neçə gündən sonra ona bildirib ki, qızını işə götürmək mümkündür. Bunun 4000 manat xərci var. Həmin 4000 manat pulu verəcəksən mənə məndə sənin qızını Kürdəmir şəhər 5 nömrəli orta məktədə Azərbaycan dili müəlliməsi olaraq işə götürəcəm. O da Cavabdehla razılaşıb. Cavabdeh həmin 4000 manat pulun 1000 manatını özünün iş yerindəvermiş, 3000 manatı isə cavabdehin işlədiyi 5 saylı məktəbdə verib. Üstündən xeyli müddətdə keçməsinə baxmayaraq Cavabdeh qızımı işə düzəltməyib. Hərdəfə soruşanda bugün sabah düzələcək deyib onu arxeyin salıb. Artıq cavabdehin onu aldatdığını hiss edib ona verdiyim pulu geri tələb etməyə başlayıb. Cavabdeh hazırda 5 saylı orta məktəbdə müəllim işləyir o, çoxtandır ki, məktəb diretorluğundan çıxıb. Ondan uzun müddət pulumu tələb etdikdən sonra cavabdeh ona müxtəlif tarixlərdə 900 manat, 200 manat və yaxınlarda da 100 manat pul qaytarıb. Cavabdeh ona ümumilikdə verdiyi 4000 manat puldan 1200 manat pul qaytarıb və ona hazırda 2800 manat borcu qalıb. Cavabdeh ona olan 2800 manat borcunu ödəyəcəyinə söz versədə ödəmir. Ona görə də cavabdehin ona olan 2800 manat pul borcunun alınıb verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görədə cavabdeh X1 ödədiyi dövlət rüsumu ilə birlikdə 2848 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X4 iddia tələbini qəbul etdiyini, İddiaçı 2800 manat borcunun olduğunu bildirib bu barədə məhkəməyə ərizə təqdim edərək iddianın həmin məbləğdə təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, cavabdeh X1 2800 manat və ödənilmiş dövlət rüsumuna görə 48 manat olmaqla, cəmi 2848 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 2800 manat və ödənilmiş dövlət rüsumuna görə 48 manat olmaqla, cəmi 2848 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar