Məhkəmə qərarları › İş №2(041)-21/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-21/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-21/2023 27.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 və Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 və Cavabdeh5 "xxxx" QSC-nin xeyrinə 1614,12 manat məbləğində kredit borcu, 106,06 manat məbləğində faiz borcu və 287,32 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2007,50 manatməbləğində borcun və ödənilmiş 40,08 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X9 iddia tələbini müdafiə edərək göstərdi ki, X8 "xxxx" QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X12 aylıq faiz dərəcəsi 1,75% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qpaytarmamışdır. O, götürdüyü kredit borcundan 1385,88 manat ödəniş etmiş və onun iddiaçıya 1614,12 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizdlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmsiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsimnə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 178 gün üçün hesablanmış faiz borcu 106,06 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 178 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 287,32 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixdə verdiyi arayışdan borclu X7 vəfat etdiyi "xxxx" QSC-nə məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, **********99 nömrəli cavab məktubuna əsasən, X7 adına Kürdəmir rayonu, Cəyli kəndində yerləşən 5,25 ha torpaq sahəsinin və 0,33 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bununla bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixində 194 saylı sorğu verilmiş, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyininxx.xx.2022-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, X2 mülkiyyətində olan Kürdəmir rayonu, Cəyli kəndində yerləşən 5,25 ha torpaq sahəsinin və 0,33 ha torpaq sahəsini hal-hazırda ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 idarə edir. Belə ki, faktiki vərəsələr- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeyd edilən torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmişhesab edildiyindən X6 faktiki vərəsələri hesab edilir. Mülki Məcəllənin tələbinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558.1-ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxmi iştirakı olmadan mümkün olduğu üçıün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Görünrdüyü kimi, X7 ölümü onun krekdit öhdəliklərinin xitam olunmasıilə nətimcələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüquqnu yaranması üçıün əsasdır. Ona görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 və Cavabdeh5 "xxxx" QSC-nin xeyrinə 1614,12 manat məbləğində kredit borcu, 106,06 manat məbləğində faiz borcu və 287,32 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2007,50 manatməbləğində borcun və ödənilmiş 40,08 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, mərhum atası X12 2020-ci ildə İddiaçı QSC-dən 3000 manat məbləğində kredit götürmüşdür. O, krediti götürəndən sonra kredit borcunun müəyyən hissəsini ödəmiş və sonradan, yəni xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, hazırda anası ilə birlikdə mərhum atasından qalma evdlə yaşasa da, mərhum atasının qalan kredit borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 026A********** nömrəli kredit razılaşmasına əsasən İddiaçı QSC tərəfindən X8 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli, 13466 nömrəli maliyyə arayışından görünür ki, X7 xx.xx.2020-ci il tarixli, 026A********** nömrəli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə 1614,12 manat əsas, 106,06 manat faiz borcu, cərimə boru 287,32 manat, cərimə hesablanmış gunlərin sayı 178 gün olmaqla cəmi borcu 2007,5 manat təşkil edir. İş materiallarına əlavə olunmuş, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 58310-/228 nömrəli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə Kürdəmir rayonu, Cəyli kəndində qeydiyyatda olmuş xx.xx.1958-ci il təvəllüdlü X7 adına və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarına əlavə edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********99 nömrəli məktubdan görünür ki, X7 adına Kürdəmir rayonu, Cəyli kəndində yerləşən 5,25 ha (ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0001 KOD 90609018 nömrəli xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X7 adına Kürdəmir rayonu, Cəyli kəndində yerləşən 0,33 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-161A KOD 90609018 nömrəli 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş və X16 Xidmət Mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən ünvan 4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 555 nömrəli məktubdan görünür ki, elektron notariat informasiya sistemində araşdırma aparılarkən X8 vərəsəlik işi açılmaması aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Cəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 159 nömrəli arayışından görünür ki, X3 rayon Cəyli kəndində yaşamış, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ibarət ailə üzvləri (varisləri) var. Hal-hazırda həmin evdə X4 və Cavabdeh2 (varislər) qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Cəyli Bələdiyyəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 38 nömrəli məktubdan görünür ki, X8 məxsus 0,38 ha həyətyanı, 5,25 ha çöl pay torpaq sahəsi olmuşdur. Hazırda həmin torpaq sahəsi mərhumun ailə üzvlərinin istifadəsindədir. İş materiallarına əlavə edilmiş və "xxxx" QSC tərəfindən X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, onlara X2 vərəsələri olaraq onun banka olan kredit borcunu ödəmələri barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını diləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 "xxxx" QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X12 aylıq faiz dərəcəsi 1,75% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qpaytarmamışdır. O, götürdüyü kredit borcundan 1385,88 manat ödəniş etmiş və onun iddiaçıya 1614,12 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizdlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmsiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsimnə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 178 gün üçün hesablanmış faiz borcu 106,06 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 178 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 287,32 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixdə verdiyi arayışdan borclu X7 vəfat etdiyi "xxxx" QSC-nə məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, **********99 nömrəli cavab məktubuna əsasən, X7 adına Kürdəmir rayonu, Cəyli kəndində yerləşən 5,25 ha torpaq sahəsinin və 0,33 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bununla bağlı Kürdəmir rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixində 194 saylı sorğu verilmiş, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyininxx.xx.2022-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, X2 mülkiyyətində olan Kürdəmir rayonu, Cəyli kəndində yerləşən 5,25 ha torpaq sahəsinin və 0,33 ha torpaq sahəsini hal-hazırda ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 idarə edir. Belə ki, faktiki vərəsələr- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeyd edilən torpaq sahəsindən istifadə etdiyindən, onlar vərəsə kimi X2 banka olan kredit borcu onun vərəsələri tərəfindən "xxxx" QSC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinin tələbinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasındanasılı olmayaraq , o, mirası tamamilə qəbul etmişdir. İş materiallarından görünür ki, X2 adına Kürdəmir rayonu, Cəyli kəndində yerləşən 5,25 ha (ümumi birgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0001 KOD 90609018 nömrəli xx.xx.1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş, həmçinin Kürdəmir rayonu, Cəyli kəndində yerləşən 0,33 ha (ümumi birgə) həyətyanı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-161A KOD 90609018 nömrəli 2005ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda həmin əmlaklar onun vərəsələri faktiki qəbul edilib istifadə edirlər. X2 ölümü onun krekdit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüquqnun yaranması üçıün əsasdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinin tələbinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payınamütənasib surətdə birgə borclu kimitam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tavrixli qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qloyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır“. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilməmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənqin ödənilməsini v əvə öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 1614,12 manat məbləğində kredit borcu, 106,06 manat məbləğində faiz borcu və 287,32 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2007,50 manat məbləğində borc və ödənilmiş 40,08 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 1614,12 manat məbləğində kredit borcu, 106,06 manat məbləğində faiz borcu və 287,32 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2007,50 manat məbləğində borc və ödənilmiş 40,08 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar